![Qaçırtdığı avtomobillə birgə saxlanıldı Qaçırtdığı avtomobillə birgə saxlanıldı](/uploads/posts/2018-03/1522485369_0001.jpg)
DİA.AZ: - Martın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.
DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.