Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Oqtay Şirəliyevin açdığı bazar... - VİDEOFAKT
Tarix: 27-04-2018, 09:23 | Çap et
Oqtay Şirəliyevin açdığı bazar...
Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda təkcə rentgendən keçən vətəndaşlardan ay ərzində 50 min manat yığılır



Bu video bazarda çəkilməyib. Bura M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutudur(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalnı” deyilir).

Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb, əksinə ildən-ilə vəziyyət daha da pisləşir. Nazir (?) Oqtay Şirəliyev isə səhiyyədə rüşvət barədə yazılanları “gülməli” adlandırıb. Amma rüşvət giriş qapısından başlayan, açıq bazar şəraitində işləyən əksər paytaxt xəstəxanalarının ön cərgəsində yer alan bu xəstəxanada vəziyyət gülməlidən çox, ağlamalıdır.

Apardığımız araşdırmalara əsasən, əslində bütün müayinə və müalicənin tamamilə ödənişsiz olduğu bu dövlət xəstəxanasındakı müayinə xidmətlərinin qiymətlərini oxucularımıza təqdim edirik.

Rentgen müayinəsinin qiyməti 10 -50 AZN, USM müayinəsi 20-45 AZN, qan analizi 10-50 AZN, əməliyyatlar 600-2000 AZN civarındadır. Teropevtin, cərrahın və digər həkimlərin qəbulu isə pasientlərə 50 AZN-ə başa gəlir.

Ən qəribəsi odur ki, xəstəxanaya həkim müayinəsinə gələn pasientlər, eləcə də xəstələrinə baş çəkmək istəyən ziyarətçilər içəri buraxılmırlar. O üzdən xəstəxana qarşısında böyük növbələr yaranır, səs-küydən ağız deyəni qulaq eşitmir. Bu isə heç kəsi narahat etmir. Vətəndaşlara yüksək səviyyəli xidmət təşkil etmək, onları nizam-intizama riayətə dəvət etmək əvəzinə, süni şəkildə qarışıqlıq yaradırlar. Nəzərə almırlar ki, xəstəxanaya gələn vətəndaşların əksəriyyəti sağlamlığı ilə bağlı problem yaşayan insanlardır, onlara uzun müddət ayaq üstə qalmaq, əsəbləşmək olmaz.

Böyük çək-çevirdən sonra nəhayət xəstəxanaya daxil olan insanlar burda da xoşagəlməz hallarla, böyük növbələrlə qarşılaşır. Ən böyük növbə isə yaxşı mütəxəssis kimi tanınan qocaman rentgenoloq həkim, professor Soltan Manafovun kabineti qarşısında olur.

Adıçəkilən rentgenoloq haqda daha müfəssəl məlumat almaq məqsədi ilə M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna zəng vurduq. Dəstəyi bir xanım qaldırdı. Əməkdaşımız rayondan gələn qohumunun həmin məşhur rentgen mütəxəssisinin qəbuluna yazılmaq istədiyini dedi. Dəstəyin o biri tərəfindəki xanım çox həvəslə rentgenoloqun qəbuluna yazılmaq üçün pasientin səhər tezdən xəstəxanaya gəlməli və elə oradaca qəbula yazılmalı olduğunu dedi.

“Səhər tezdən gəlsin ki, növbənin ön sıralarında yer ala bilsin”, - deyə əlavə etdi.

Söhbəti genişləndirmək üçün rentgenoloqun adını və soyadını dəqiqləşdirmək istəyəndə isə, nədənsə, xanımın səsi dəyişdi. “Gələr, burada hər şeyi dəqiqləşdirər”,- dedi.

Əməkdaşımızın bütün cəhdləri boşa çıxdı, xanım əsl çekistlər kimi “sirr” vermədi ki, vermədi. Bu səbəbdən digər əməkdaşımızı işə qoşmalı olduq.

O, daha fərasətli çıxıb həkimin adını və soyadını öyrənə bildi, amma xidmətinə görə nə qədər haqq aldığını öyrənməyi bacarmadı.

“Telefonla qəbula yazmırıq, gəlib özünüz yazılmalısınız, həkim xidmətinin qiyməti də burada deyiləcək sizə”, - zənglərə cavb verən xanımın konkret cavabı belə oldu. Bir sözlə, əsl triller təsiri bağışladı bizim bu kiçik araşdırmamız.

Biz də üz tutduq həmin xəstəxanada rentgen müayinəsindən keçən soydaşlarımıza. Onların söhbətlərindən belə məlum oldu ki, bu həkimin qəbuluna düşmək üçün əvvəlcədən növbəyə yazılan insanlar çox zaman ahıl yaşa çatan professorun qeyri-adekvat davranışı sayəsində həmin gün ümumiyyətlə müayinə olunmadan evlərinə qayıtmalı olurlar.

Soltan Manafovun qəbulunda olan insanlar danışır ki, bu ahıl professor əsl kef əhlidir. İstədiyi vaxt xəstəni qəbul edir, istədiyi vaxt isə vəzifəsini icra etməkdən imtina edir. Çünki yaşı ilə əlaqədar tez-tez əhvalı dəyişir, o da pasientlərlə öz əhvalına uyğun davranır.

Rentgen otağına növbədən kənar keçirilən insanlar az olmur. Bu isə şübhəsiz ki, saatlarla öz sırasını gözləyən xəstələrin haqlı etirazına səbəb olur. Bununla bağlı irad bildirən xəstəni yaşlı professor çox sərt formada kabinetindən çıxarır, qapısını açarla kilidləyib uzun müddət otaqdan çıxmır, heç kəsi də qəbul etmir. Amma nədənsə həkimin bu qəbuledilməz davranışı ilə bağlı xəstəxana müdriyyəti tərəfindən heç bir ölçü götürülmür. Üstəlik, çoxdan təqaüd yaşını aşan həkim hələ də xəstəxanada işləyir.

Əslində müdriyyətin bu məqsədli etinasızlığı səbəbsiz deyil. Dövlət hesabına olan rentgen müayinəsi üçün vətəndaşlardan alınan 10-50 AZN civarında ödənişdən hər halda baş həkim xəbərsiz deyil və təbii ki, bu məbləğin böyük bir hissəsi məhz ona çatır. Nəzərə alsaq ki, gün ərzində ən azı 50-70 adam rentgen müayinəsindən keçir, əgər hər biri orta hesabla 25-30 manat haqq ödəyirsə, bir günə minimum 1500 manat edir. Həmin məbləği 30 günə vuranda orta hesabla aya 50 min manata yaxın pul çıxır. Digər müayinə kabinetlərindən, əməliyyatlardan, həkim qəbullarından toplanan pulu da bu məbləğin üstünə gələndə ağlasığmaz rəqəm alınır. Özü də bu qanunsuz gəlirin böyük hissəsi şübhəsiz ki, xəstəxananın baş həkiminin cibinə gedir.

Xəstəxanada hökm sürən bu özbaşınalıq, hərcmərclik və rüşvətxorluq sayəsində bütün gününü bu səhiyyə müəssisəsində itirən, acından, halsızlıqdan ayaq üstə güclə duran xəstə vətəndaşlar milli səhiyyəmizə güvənini itirir, imkanı çatanlar müalicə olunmaq üçün xarici dövlətlərə üz tutur, imkansızlar isə əlacsızlıqdan bütün bu özbaşınalığa dözməli olur.

Heç kəs üçün sirr deyil ki, bütün bu deyilənlər təkcə adıçəkilən xəstəxanada baş vermir. Paytaxtımızın, eləcə də ölkəmizin əksər dövlət xəstəxanalarında buna bənzər vəziyyətlə qarşılaşmaq olar.

Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? Axı iqtisadi cəhətdən bizdən qat-qat zəif olan qonşumuz Gürcüstanda rüşvətxorluq, korrupsiya çoxdan keçmişdə qalıb. Paytaxt Tbilisidə, eləcə də Gürcüstanın digər bölgələrində fəaliyyət göstərən dövlət xəstəxanalarında xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərlir, özü də tamamilə təmənnasız, hətta öz istəyi ilə həkimə “hörmət” etmək istəyən vətəndaşdan belə pul alınmır. Bəs bizdə nədən vəziyyət yaxşılığa doğru dəyişmir? Bunun səbəbini kimdə, nədə axtaraq? Suallarımızı Səhiyyə Nazirliyinə və şəxsən hörmətli Oqtay Şirəliyevə ünvanlıyırıq.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru