Sahibkarların “dərisini soyan” icra başçıları - “İşlədikləri rayonu dədə-baba mülkü sayırlar”
Tarix: 5-07-2018, 12:15 | Çap et
Bəzi şəhər və rayonlarda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki, illərdir icra başçılarının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlərini az qala “əyalət padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə istədikləri kimi davranan bəzi icra başçıları isə “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi...
Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçılarına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salır.
Araşdırmalar da göstərir ki, bir sıra regionlarda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandaları durur. Məsələn, bir rayon və ya şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçıları bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsair xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır.
Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu məsələni Modern.az-a şərh edərkən bir çox icra başçıları ilə vətəndaşlar arasında müxtəlif problemlərin olduğunu vurğulayıb:
“Bunu bütün icra başçılarına şamil etməzdim. Elə icra başçıları var ki onlar həqiqətən də xalqın içindədir. Problemləri həll etmək üçün bütün potensialını, imkanlarını sərf edirlər. Salyanın icra başçısı Sevindik Hətəmov vaxtilə həmkarlımız olub. O, Salyanda tamam başqa ab-hava yaradıb. Əsl xalqa xidmət nümunəsi ortaya qoyub. Təəssüf edirəm ki, bu cür icra başçılarımızın sayı azdır. Bəziləri ölkə prezidentinin sərəncamını aldıqdan sonra sanki təyin olunduqları rayona, şəhərə dədə-babalarından qalma mülk kimi baxırlar. Belə hallar təəssüf doğurur və narazılığa gətirib çıxarır”.
Deputat bildirib ki, xalqa qarşı laqeyd olan icra başçıları sahibkarlara da, iş adamlarına da eyni halı yaşadırlar:
“İş adamlarına donor, maliyyə, əlavə gəlir mənbəyi kimi yanaşırlar. Bu doğru deyil. Belə hallara son qoyulmalıdır. Onlar ittiham olunmaqla bərabər, ciddi şəkildə tənqid edilməli, qınaq obyektinə çevrilməlidir. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə müxtəlif çıxışlarında deyib ki, “xalqın ən böyük xidmətçisi mənəm. Mən sizi təyin edirəm ki, xalqa xidmət edəsiniz”. Ancaq bəzi adamlarda abır-həya yoxdur. Bunu necə eləyəsən? Kim ki daha çox pul qazanmaq istəyir, məmur işləməsin. Həmin adam gedib sahibkarlıqla məşğul olsun. Getsin həmin sahədə pul qazansın. Ancaq dövlət məmuru səlahiyyətindən istifadə edib insanları incitməklə və ən müxtəlif yollarla özünə var-dövlət yaratmalı deyil”.
F.Ağamalı qeyd edib ki, yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyev yeni bir xətt götürüb.
“Bu və buna bənzər hadisələrə özünün birmənalı və barışmaz mövqeyini ortaya qoyub. Bir tərəfdən islahatların aparılması ilə ölkədə sahibkarlığın inkişafına mane olan əngəllər aradan qaldırılır. Baxın, ölkə başçısı bununla əlaqədar sərəncamlar imzalayır, sahibkarlığın inkişafına xidmət edən qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı Milli Məclis qarşısında təşəbbüslərlə çıxış edir. Başqa bir tərəfdən isə yeni düşüncəli insanları yüksək vəzifələrə təyin edir. Son təyinatlar dediklərimə misaldır. Xüsusi olaraq, Vergilər Nazirliyində, Gömrük Komitəsində təyinatlar və bu sahələrdə ciddi dəyişikliklər, islahatlar dediklərimə misaldır”.
Deputat əminliklə deyib ki, icra strukturlarında da islahatlar aparılacaq. “Artıq bu islahtların ilkin əlamətləri özünü ifadə etməkdədir. Düşünürəm ki, icra başçıları siyasi yükü öz üzərilərində daşımalıdır. Əslində bu çox şərəfli vəzifədir. “Sahibkarın qazandığı pulun müəyyən və çox hissəsini müxtəlif yollarla almalıyam, götürməliyəm” psixologiyası və həyat tərzi ilə yaşayanlar nə xalqa, nə prezidentə, nə də dövlətə xidmət edir. Bu cür insanlar xalqın dövlətə qarşı etimadını zəiflədirlər. Bu da yolverilməzdir. Bu gün biz çox gözəl bir nümunəni yaşayırıq ki, xalqla-prezident arasında etimad, güvən mühiti var. Məmurların hər hansı bir addımı da buna xidmət etməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|