Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Tovuzda ƏCAİB OLAY... - İşin içində Eldar Mahmudovun adamları da var...
Tarix: 15-08-2018, 10:34 | Çap et
Tovuzda ƏCAİB OLAY...
Bir müddət əvvəl ölkə mətbuatunda Tovuz rayonu, Düz Qırıqlı kənd Poçt şöbəsinin poçtalyonu kimi fəaliyyət göstərən Süleymanov Elməddin Fəxrəddin oğlunun heç də düz olmayan əməllərindən yazı yazılmışdır.
Onun barəsində tədbir görülməsi üçün hətta Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə həmin kənd sakini Hümmətov Rəfail Talıb oğlunun müraciəti də saytımızda dərc olunmuşdu.
Xatırladaq ki, Düz Qırıqlıda vaqe olan hadisələrin kökü yaxın keçmişdən başlamışdır.
Belə ki, həmin kənd sakini Anar Məhərrəm oğlu Məhərrəmov keçmiş MTN-nin Göygöl, Ağstafa rayon şöbələrinin rəisi olarkən vəzifəsindən sui-istifadə etməklə və aldatma yolu ilə Rəfail Hümmətovun ümumilikdə 200.000 ABŞ dolları məbləğində əmlakını və pullarını alıb mənimsəmişdir.
Legion.az bildirir ki, onun bu əməlləri barədə hüquq-mühafizə orqanları ilə yazışmaları Rəfail Hümmətov kəndin poçtu vasitəsi ilə göndərmiş və cavabları da həmin poçtla almışdır.
“Almışdır” demək də heç düz deyil, çünki az əvvəl Elməddin Süleymanovun “poçtalyon kimi fəaliyyət göstərir” yazmağımızın səbəbsiz deyildir. Gəlin “yaxın keçmiş”dən başlayaq.
Naziri Eldar Mahmudov olan keçmiş “MTN-çi rəis” Anar Məhərrəmov özü və ətrafına topladığı qohum-dostlarının vasitəsi ilə 2012-15-ci illər ərzində Rəfail Hümmətova və ailə üzvlərinə zorakılıq etməklə onların pullarını, avtombillərini və digər əmlaklarını zorla əlindən almışdır.
Hələ bu azmış kimi 2014-cü ildə Anar Məhərrəmov Moskvada istirahət edərkən, Ufa şəhərində yaşayan doğma qardaşı Natiq qəflətən vəfat etmişdir. Onun meyitini gətirmək üçün Hümmətov Rəfaildən 1 milyon rubl tələb etmiş, ala bilmədikdə isə qardaşının meyitini kəndlərinə gətirməyə məcbur etmiş və ona 9.000 dollar pul xərclətmişdir. Özü isə Rəfail Hümmətovun otelə ödədiyi pulu geri alıb kəndlərinə qayıtmışdır.
MTN dağıldıqdan sonra Rəfail Hümmətov Anar Məhərrəmovdan pullarını tələb etdikdə o, əvvəlcə ağlayıb-yalvarmış və “son qəpiyinə kimi qaytaracam” desə də, işini hərbiyə dəyişib verdiyi sözdən qaçmağa başlamış və hətta ona hədə-qorxu da gəlməyə başlamışdır.
Buna görə Rəfail Hümmətov şikayətlər yazmağa və kəndin poçtundan istifadə etməyə başlamışdır.
Anar Məhərrəmov və yaxınları bu səbəbə görə Rəfail Hümmətova qarşı bacardıqları qədər təsirlər göstərməklə, onu bu şikayətlərdən yayındırmaq üçün dəridən-qabıqdan çıxırlar.
Göstərdiyimiz kimi, şikayətləri ilə əlaqədar Rəfail Hümmətova poçt vasitəsi ilə sənədlər yollanılır, yazışmalar aparılır. Lakin, həmin sənədlərin bəziləri gec çatdırılır, bəziləri isə ümumiyyətlə ona verilmir. O, dövlət orqanlarında olub maraqlanarkən, ona bildirilir ki, cavablar və digər sənədlər onun ünvanına yollanmışdır.
Rəfail Hümmətov onun poçt sənədlərinə əngəl törədilməsində Düz Qırıqlı kənd poçtunun poçtalyonu Süleymanov Elməddin Fəxrəddin oğlundan şübhələnir.
Çünki, Süleymanov Elməddin “MTN-çi rəis” Anar Məhərrəmovun əmisi qızının həyat yoldaşıdır və Anar Məhərrəmov onu əvvəllər həmin poçt şöbəsinin rəisi vəzifəsinə düzəltmişdi.
Lakin, təxminən 2 il öncə poçtun pullarını mənimsəmək məqsədi ilə Elməddin Süleymanov özü öz başını yaralayıb və poçta basqın edilib soyğunçuluq olması barədə polisə yalan məlumat vermişdi. Polisdə yalanın üstü açılanda, Anar Məhərrəmov işə qarışaraq məsələni ört-basdır etdirmişdir. Elməddini isə poçtalyon vəzifəsinə keçirmişlər.
Beləliklə, 27.03.2018-ci il tarixdə Rəfail Hümmətov təsadüf nəticəsində görür ki, poçtalyon Süleymanov Elməddin kənddə aviakassada satıcı işləyən - Anar Məhərrəmovun qaynı Vüsal Bağırovun iş yerinə gəlib onun maşını ilə Tovuz şəhərinə gedirlər. Elməddin mərkəzi poçtdan poçtu alır və onlar kəndə Vüsalın evinə qayıdırlar. Elməddinin həmin bağlamanı aparıb Vüsalın evində yoxladıqdan sonra, evdən çıxıb yenə maşınla geri qayıdanda, Rəfail Hümmətovun onları maşınla izlədiyini görüb yollarını dəyişirlər, lakin o, başqa yolla hərlənib onların qarşılarına çıxaraq izlədiyini onlara biruzə verdikdə, onlar Rəfailin maşınını uzaqdan görüb poçta getmək üçün yenə istiqaməti dəyişib üçüncü yolla gedirlər. Rəfail isə poçtun qarşısında dayanır. Başqa küçə ilə gələn Vüsal Bağırov uzaqdan Rəfaili görüb, xeyli kənarda maşını saxlayıb poçtalyon Elməddin Süleymanovu düşürüb gedir.
Poçtun rəisi Fərid Hüseynovun iş otağında məlum olur ki, poçtalyon Elməddinin əlindəki bağlamada prokurorluqdan və məhkəmədən cəmisi 3 məktub var və onlar hamısı Rəfail Hümmətova gəlib. Həmin sənədlər poçtalyon Elməddin Süleymanovla Bağırov Vüsalın evində açılıb oxunub.
Poçtun rəisi Fərid Hüseynovun buna aid sualına poçtalyon Elməddin dəqiq bir cavab verməyib deyir ki, “Rəfailin bizi bir yerdə görməməsi üçün Vüsal maşını başqa istiqamətə sürdü”.
Məlumat üçün bildirək ki, Anar Məhərrəmov, onun qaynı Vüsal Bağırov və digərləri barədə Rəfail Hümmətovla həyat yoldaşı Məhbubə Məhərrəmovanın ünvanına Şəmkir rayon məhkəməsindən 08.01.2018-ci il tarixdə yollanmış qətnamələri poçtalyon Elməddin Süleymanov gizlədib vermədiyi üçün, vaxtında Apellyasiya şikayəti verə bilməmişlər. Məhkəmədə hakim Nemət Paşayev qətnamələrin göndərilməsi barədə poçt qəbzlərini onlara təqdim edəndə aşkar olur ki, imzalar onların deyil.
Poçtalyon Elməddin Süleymanov bu əməlləri qohumu - keçmiş “MTN-çi rəis” Anar Məhərrəmovun tapşırığı ilə ona görə edir ki, Anar Məhərrəmov, onun qaynı Vüsal Bağırov və digərləri barədə şikayətlərə əngəllər törətsinlər. Etdiyi şikayətlərlə bağlı dövlət orqanlarından ünvanına yollanmış sənədlər Anar Məhərrəmovun tapşırığı ilə poçtalyon Süleymanov Elməddin tərəfindən Anar Məhərrəmovun qaynı Bağırov Vüsala verilir və onun evində açılıb yoxlanılır, oxunur, sonradan ya məhv edilib verilmir, ya da vaxtından gec verilir. Çünki, son 8 ay ərzində DİN, Baş Prokurorluq, Ombudsman, Milli Məclis, Tovuz, Şəmkir rayonlarının prokurorluq, polis və məhkəmələrindən yollanmış sənədlərin bir çoxu Rəfail Hümmətova çatdırılmasa da, xəbərnamələrdə həmin sənədlərin ona verildiyi göstərilmişdir.
Bütün bunlara rəğmən Rəfail Hümmətov poçtalyon Süleymanov Elməddinin əməlləri barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə müraciət edərək tədbir görülməsini xahiş edir.
Nazir vətəndaşın müraciətinə görə dərhal Tovuz rayonuna Azərpoçtun İsax Cəfərov adlı əməkdaşını ezam etdirir. İsax Cəfərov Tovuz rayon poçt şöbəsinin rəisi Elşən Kəmərovu Düz Qırıqlı kənd poçtunun rəisi Fərid Əmirovu, poçtalyon Elməddin Süleymanovu və onun qaynatası – Anar Məhərrəmovun əmisi – Məhərrəmov Hüseyni kəndin çayxanasına toplayıb şikayətçi Rəfail Hümmətovu da oraya dəvət edərək, öz “razborka”sını apardıqdan sonra, Rəfail Hümmətova müraciətlə deyir ki, “Sənin şikayətin öz təsdiqini tapdı və mütləq poçtalyonun barəsində ən ciddi tədbir görüləcək.”
Poçt əməkdaşları və poçtalyon Elməddinin qaynatası tərəfdən Düz Qırıqlı kəndindən Bakıya təm-təraqla yola salınan İsax Cəfərov, nədənsə öz iş yerinə çatan kimi məsələni “unudur”. Nazirə müraciətdən 1 ay keçməsinə baxmayaraq vətəndaşa cavab verilmir. Rəfail Hümmətov məsələni İsax Cəfərovun yadına saldıqdan sonra “Azərpoçt” MMC-nin baş direktor müavini Sübhan Kazımovun imzaladığı 2-02-14/2580 saylı, 21 iyun tarixli məktubla Rəfail Hümmətova bildirilir ki: “Sizin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış Tovuz Regional Poçt Filialının Düz Qırıqlı kənd poçt şöbəsinin əməkdaşı barədə müraciətə aidiyyəti üzrə “Azərpoçt” MMC tərəfindən baxılmışdır.
İlk öncə “Azərpoçt” MMC-nin poçt xidmətlərindən istifadə etdiyinizə görə Sizə təşəkkür edirik.
Eyni zamanda bildirilir ki, müraciətinizdə qeyd olunanlarla əlaqədar müvafiq araşdırma aparılmış və sifarişli poçt göndərişinin ünvançıya çatdırılması üzrə mövcud qaydanı pozan əməkdaşlar barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq intizam tənbehi görülmüşdür. Nəzərə almağınızı xahiş edirik.”
Cavab məktubundan bilinir ki, poçtalyonla qaynatası “nazirlikdən gələn qonağı hörmətlə” yola salıblar. Ona görə də baş direktor gözlərini yumub məktubu imzalayıb. Məktubda isə nə ad var, nə soyad, nə də ki, vəzifə. 2 il öncə poçt rəisi Elməddinin təşkil etdiyi “poçta quldur basqını”nın da “razborkasını” yəqin belə “mükəmməl” yoxlayıblar ki, onu “aşağı vəzifəyə” keçiriblər.
Ən başlıcası isə odur ki, vətəndaşın müraciətinə dərhal reaksiya verən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadə tərəfindən Düz Qırıqlı kəndinə ezamiyyə edilən İsax Cəfərov və başdansovdu cavab məktubunu imzalayan “Azərpoçt” MMC-nin baş direktorunun müavini Sübhan Kazımovun öz nazirlərinin tapşırığını göstərdiyimiz kimi “çayxana razborkası” səviyyəsində icra ediblər.
Sonda isə həmin şəxslərə xatırlatmaq istərdik ki, Poçt haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında poçt sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir.
Nazirə müraciət etmiş vətəndaşın isə aşağıdkı hüquqları pozulmuşdur:
Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.
Bu hüquqların pozulmasına görə isə, AR Cinayət Məcəlləsinin 155-ci (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru