Daha bir bank çökür: "AG Bank"da vəziyyət çətindir - kredit verməyi dayandırdı
Tarix: 30-08-2018, 11:49 | Çap et
![Daha bir bank çökür: "AG Bank"da vəziyyət çətindir Daha bir bank çökür: "AG Bank"da vəziyyət çətindir](/uploads/posts/2018-08/thumbs/1535615413_0001.jpg) Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan AG Bank kredit verməyi dayandırıb. DİA.AZ xəbər verir ki, bu barədə FED.az-a bankdan bildirilib. Bankın əməkdaşları bildirib ki, kreditlərin verilməsi artıq iki aydır ki, dayanıb. Amma bunun səbəbi izah edilmir. Hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta AG Bankın məşhur olduğu ipoteka kreditləri də «limit bitməsi» səbəbindən başa çatıb. Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. AG Bankdan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər. Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil. Bank 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurmuşdu. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib. İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb.
Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda AG Bank məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir. Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb. Doğrudur, hazırda AG Bank aktivlərinin həcminə görə, ölkənin aparıcı bankları arasındadır. 2018-ci ilin iyulun 1-ə olan vəziyyətə bankın aktivlərinin həcmi 487 milyon 790 min manat təşkil edib. Bu göstəriciyə görə, AG Bank ölkə bankları arasında 14-cü yeri tutur və bir sıra bankları, o cümlədən «Muğanbank», «Nikoyl», «Ekspressbank» və «Yapı Kredi Bank»ı qabaqlayır. Amma bankın əsas narahatlıqlardan biri problemli borclardır. Bu ilin ilk yarısının nəticələrinə görə, AG Bankın vaxtı keçmiş kreditlərinin həcmi kredit portfelinin yarıdan çoxunu keçir. Müştərilərə verilən kreditlər 263 milyon 612,15 min manatdır, ilin əvvəlindən indiyədək kredit portfeli 7,3% kiçilib. Kreditlərin 89 milyon 890,41 min manatı və ya təqribən 30%-i xarici valyutadadır. Bankın problemli kreditlərinin həcmi 148 milyon 148,7 min manat təşkil edir. Bu da ümumi kredit portfelinin 56,2%-dir. Başqa sözlə, verilmiş hər 100 manat kreditin 56 manatının qaytarılmasında problem var. AG Bank depozit portfelinin həcminə görə, 30 bank arasında 17-ci yeri tutur. Bankın depoxit portfeli 218,8 milyon manat təşkil edir, ilin əvvəlindən bəri azalma 15 milyon manatdır. AG Bank filiallarının sayına görə də ölkə bankları arasında yuxarı yerlərdən birini tutur. Hazırda bankın 18 filialı və 1 şöbəsi var və bu göstəriciyə görə. 30 bank arasında 11-ci yerdədir. Bank kapitalının artıılması üçün yeni səhm buraxaraq kənardan payçılar – yeni investorlar cəlb etməyə çalışır. Belə ki, iyulun 26-da Maliyyə Bazarlarına Nəzarət Palatası bankın yeni səhm emissiyasını (AZ1001000970 qeydiyyat nömrəsi ilə) qeydiyyata alıb. Plana əsasən, "AGBank” ASC hər birinin nominal dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxmaqla 5,8 milyon manat cəlb edəcək. Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust 2018-ci il tarixində başlayıb və 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Səhmləri yerli vətəndaşlar və şirkətlərlə yanaşı, xaricilər də ala bilər. Hələlik səhm emissiyasının nə qədər uğurla getdiyi bilinmir, amma artıq sentyabın 6-da bankın səhmdarlarının ümumi yığıncağının keçirilməsi nəzərdə tutulur. Yığıncaqda Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, maliyyə nəticələrinin və nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi nəzərdə tutulur. Xatırladaq ki,"AGBank" ın səhmdarları aşağdakılardır. Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) - 33,57% Marçenko Qriqoriy - 8.30% Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79% Beynəlxalq Maliyyə Korporasiyası - 4,28% Kazimir Partners şirkəti - 2,45% Səhmdarların ümumi sayı 83-dür. Onlardan yalnız birinin səhmləri 10%-dən artıqdır. Qalan 82 şəxs minoritar sayılır, onların ümumi payları - 66,43%-dir.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|