Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                 

Prezidentdən 50 milyonluq Azərbaycan xalqına MÜRACİƏT - "Hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar diləyirəm!"
Tarix: 25-12-2018, 12:24 | Çap et
Prezidentdən 50 milyonluq Azərbaycan xalqına MÜRACİƏT
Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk.

2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir.

Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür.

Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar diləyirəm!

Bayramınız mübarək olsun!".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru