![Bacanağını namus üstündə qətlə yetirdi Bacanağını namus üstündə qətlə yetirdi](/uploads/posts/2019-01/1547461672_0001.jpg)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Ş.Qasımov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, bacanağını namus üstə öldürdüyünü etiraf edib: "Qızım boşanmışdı, ata evində qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım".
Ş.Qasımov törətdiyi əməldən peşmançılıq çəkmədiyini məhkəmənin diqqətinə çatdırıb: "Müşviqin bu cür binamus hərəkətlərindən xəbərsiz idim. O, qızıma pulla intim əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki, öldürmüşəm”.
Məhkəmə prosesi yanvarın 21-də davam edəcək.
Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş. Qasımov aralarında yaranan münaqişə zəmnində bacanağı Müşviq Abbasovu qətlə yetirib.