Yasamal İcra və Probasiya Şöbəsi KİMİN ƏMRİNDƏDİR? - Hər halda dövlətin əmrində görünmür...
Tarix: 15-07-2023, 10:10 | Çap et
“Yasamal İcra və Probasiya Şöbəsində kiminsə göstərişi Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarından üstündür. Məhkəmə icraçısı Erol Kazımlı açıq-aşkar deyir ki, mənə rəis göstəriş verib ki, Mövlam Şıxəliyevgilin, Sahib Ələkbərovun işi üzrə hər hansı bir icra işi görmə, icra işi dayandırılsın”. “MTN işi” üzrə zərərçəkənlərdən olan Qulam Bağırov belə deyir.
DİA.AZ-ın məlumatına görə, “Yeni Müsavat”a müraciət edən zərərçəkən bildirib ki, 2023-cü ilin aprel ayında Bakı Apelyasiya Məhkəməsi Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digər iki şəxsin cinayət işi üzrə qərar verib: “Həmin qərarla bir daha təsdiqləndi ki, MTN-in keçmiş şöbə rəisi Sahib Ələkbərov Mövlam Şıxəliyevin rəhbərliyi altında, mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənə qarşı cinayət törədiblər. 2009-cu ildə məni qanunsuz olaraq həbs ediblər, həbsdə olduğum dövrdə yaşlı anamı aldadaraq mənim ölüm ayağında olduğumu bildiriblər. Bunu edən birbaşa Sahib Ələkbərov olub. Anam məcbur olub mənim ailəmi 2 azyaşlı övladımla bərabər öz evinə köçürüb mənim evimi, maşınımı, bütün ələ gələn əmlakımı sataraq 135 min dollar pul toplayıb. Həmin pulu Sahib Ələkbərov ailəmdən alandan sonra barəmdə saxta ekspertiza rəyi verilib ki, guya ağır xəstəyəm. Həmin rəyə istinad edib məni zaminə buraxıblar. Üstəlik, qondarma ittiham üzrə barəmdə məhkəmə hökmünün çıxmasına nail olublar.
Mən həbsdən azad olandan sonra mənə qarşı cinayət törədilməsindən şikayət etmişəm. Lakin Eldar Mahmudov vəzifədə olduğu müddətdə şikayətimə baxan olmayıb. 2015-ci ildə cənab Prezident İlham Əliyev MTN-dəki cinayət yuvasını darmadağın edəndən sonra şikayətim üzrə araşdırma başladı, Mövlam Şıxəliyev başda olmaqla Sahib Ələkbərov və digərləri istintaqa cəlb olundular, həbsə alındılar. Mən zərərçəkən qismində tanındım. Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digərlərinin cinayət işinə baxıldı və barələrində ittihamedici hökm çıxarıldı. Eyni zamanda mənim Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəyə - özəlliklə Sahib Ələkbərova qarşı 135 min dollarlıq mülki iddiam da tam şəkildə təmin edildi. Bunu Bakı Apelyasiya Məhkəməsi də öz qərarı ilə həmin hökmü və mülki iddiamı qüvvədə saxladı. Bakı Apelyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarında yazılır:
"Zərərçəkmiş şəxs Bağırov Qulam Davud oğlunun mülki iddiası təmin edilməli, 135.000 ABŞ dollar (tutulduğu gün Mərkəzi Bankın məzənnəsi ilə manatla) və iddianın təmin edilmiş hissəsinə mütənasib 519,50 manat dövlət rüsumu təqsirləndirilən Sahib Ələkbərovdan tutularaq Qulam Bağırova qaytarılmalıdır.
Yasamal İcra və Probasiya Şöbəsində isə icraçı Erol Kazımlı deyir ki, rəis göstəriş verib ki, məhkəmənin qərarını icra etmə! Yasamal İcra və Probasiya Şöbəsi məhkəmə hökmünə əsasən cinayətkar elan olunan Sahib Ələkbərova faktiki olaraq havadarlıq edir. Onun məndən cinayət yolu ilə aldığı pulun qaytarılmasını təmin etməkdən qanunsuz şəkildə yayınır. Bu adamlar cənab Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı sərəncamlarını, çağırışlarını sanki heç eşitməyiblər, prezidentin ardıcıl çıxışlarına məhəl qoymurlar".
Zərərçəkən deyir ki, məhkəmə qərarının qanunsuz şəkildə icra edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət təqdim edib: “Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1 (103)-1/2023 saylı 04.04.2023-cü il tarixli qərarı aidiyyəti üzrə təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlunun qeydiyyatda olduğu Yasamal rayon icra şöbəsinə həvalə olunub. Son qərara əsasən 135 000 (yüz otuz beş min) ABŞ dolları və 519,50 (beş yüz on doqquz manat əlli qəpik) təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlundan tutulub mənə qaytarılmalıdır. Amma əfsuslar olsun ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Erol Kazımlı bu günə kimi mənə ödənişlə bağlı boş vədlər verdi, 11.07.2023-cü il tarixdə isə mənim işimin icrasının dayandırılmasına rəhbəliyi tərəfindən göstəriş verildiyini bildirdi. Səbəbini soruşduqda cavab verə bilmədi. Yasamal Rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarını qəsdən icra etməməsi, mənim qanuni hüquq və mənafeyimi kobud surətdə pozur. Möhtərəm cənab Prezidentdən xahiş edirəm ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarını icra etməməsi ilə bağlı qanuni tədbir görülməsinə göstəriş verilsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|