Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                 

Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir? - Şok vandalizm aktı
Tarix: 26-02-2014, 13:37 | Çap et
Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqları məhv edən şəxslərə qarşı ən sərt tədbirləri həyata keçirsə də, bəzi tikinti şirkətlərinin rəhbərləri, eləcə də müxtəlif məmurlar ağacları qırmaqda israrlıdır. Son vaxtlar paytaxt rayonlarının ərazisində «yaşıl soyqırım» daha geniş vüsət alıb desək, yəqin səhv etmərik. Bəzi hallarda yerli icra hakimiyyəti orqanları ilə «razılaşan» iş adamları böyük yaşıllıq sahələrini hasara alaraq burda öz məqsədlərini həyata keçirirlər. Ağacların kəsilməsi hesabına göydələnlər, müxtəlif ticarət obyektləri və əyləncə mərkəzləri tikilir. Ölkə prezidenti İlham Əliyev yaşıllıqlara qarşı amansız münasibət bəsləyən şəxslərin ağır formada cəzalanması üçün lazımi instansiyalara öz göstərişlərini verib.

Dünən Binəqədi rayonu ərazisində üzləşdiyimiz mənzərələr isə bizi sözün əsl mənasında şoka saldı. «Ceyhun» şadlıq sarayının arxa tərəfində təxminən iki hektara yaxın yaşıllıq sahəsi «Orbita» Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən daş hasara alınıb. Ərazidə çəkiliş apardığımızı görən yaxınlıqdakı binada yaşayan sakinlərdən biri bizə tərəf gələrək ağacları gözləyən acı aqibət və ərazidə göydələn tikən şirkətlə bağlı maraqlı məlumatları dilə gətirdi. Firudin İsayev bildirdi ki, zeytun ağacları ilə bol olan sahə təxminən üç ay əvvəl «Orbita» MTK-nın rəhbərliyi tərəfindən satın alınaraq daş hasara çəkilib: «Sizdən xahiş edirəm ki, hər şeyi çəkib ictimaiyyətə və aidiyyəti qurumların nəzərinə çatdırasınız. Burda gördüyünüz ağacları şəxsən öz əllərimlə sulayıb qulluq göstərmişəm. Tikinti şirkətinin nümayəndələri isə ağacları məhv etmək üçün bir sıra üsullardan istifadə edir. Onlar ağacların dibinə beton qatışıqlı palçıq tökürlər ki, kökü qurusun. Artıq bir neçə ağacı bu yolla məhv ediblər. MTK rəsmilərinin niyyəti ərazidə gözə dəyən bütün ağacları qırıb yerində hündürmərtəbəli bina tikməkdir. Qarşıda yerləşən göydələn məhz bu şirkət tərəfindən inşa olunub. Qonşularla birlikdə neçə dəfə müvafiq qurumlara şikayət etmişik, amma bizə qulaq asan yoxdur. Ömrümün çox hissəsini burdakı ağacların böyüməsinə həsr etmişəm ki, indi hansısa şirkət gəlib onları kəssin? Yalan danışmaqla qətiyyən aramyoxdur. Nə qədər imkanım var, yaşıllıqların məhvinə qarşı mübarizə aparacam. Mənə təzyiqlər edilsə də, geri addım atan deyiləm». Qeyd edək ki, hasara alınan ərazidə yaxınlıqdakı binalarda yaşayan sakinlərin bağı var. Firudin müəllim bildirdi ki, yay vaxtı məhəllə sakinləri - qocalar, cavanlar, uşaqlar həmin ağacların kölgəsində oturaraq istirahət edir: «Qoca adamam. Yay aylarında burda başımı qatıb ağaclara qulluq etməklə vaxtımı keçirirəm. Ağacları qırıb yerində bina tiksələr, biz harda istirahət edəcəyik? Bunu niyə nəzərə almırlar? Ərazidə yüzlərlə ağac var.

Onların kəsilməsinə heç vaxt icazə vermərik. Sakinlərin inadını görən şirkət işçiləri bilərəkdən ağacların dibinə kimyəvi maddələr və beton töküb qurudurlar. Qəzet vasitəsilə əlaqədar dövlət orqanlarından xahiş edirəm ki, bu biabırçılığa son qoysunlar». Biz isə öz növbəmizdə bəzi məsələləri qabartmaq istəyirik. Bildirək ki, qanunların kifayət qədər sərt olmaması meşə sahələrinin, yaşıllıq zolaqlarının qorunmasını çətinləşdirir. Belə ki, ağac kəsən şəxslər cərimə ödəməklə canlarını həbs cəzasından qurtarırlar. Mövcud qanunda qeyd edilir ki, ağac kəsən şəxsi 850-1000 manat məbləğində cərimə gözləyir. Ağacın yaşı, cinsi və digər faktları da nəzərə alanda məbləğ 2000 manata qədər artır. Vaxtilə bu məbləğ çox cüzi idi. ETSN-in təşəbbüsü, təklifləri ilə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi və cərimələr bir qədər artırıldı. Sözügedən ərazidə yaşıllıqları məhv etməyi planlaşdıran «Orbita» MTK-nın rəhbərliyi ən ağır formada cəzalandırılmalıdır. Şirkətin sahibi məgər bilmirmi ki, ölkə başçısı ağacları kəsən şəxslərə qarşı hansı münasibəti bəsləyir? MTK-nın başında dayanan şəxs bilmirmi ki, rəhmətlik Heydər Əliyev vaxtilə «bir ağac kəsəndə, sanki mənim qolumu kəsirlər» deyib? Yəqin ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və ETSN rəsmilərinin ərazidə aparılan «yaşıl vandalizm»dən xəbərləri yoxdur. Biz hər iki qurumun rəhbər şəxslərinə məsləhət görürük ki, elə günü bu gün «Orbita» MTK tərəfindən hasarlanan əraziyə baş çəkib ağacların başına gətirilən dəhşətləri canlı şəkildə izləsinlər. Onu da qeyd edək ki, artıq «Orbita» MTK ilə bağlı araşdırmalara başlamışıq. Gələn saylarımızda şirkətin kimə məxsus olması, arxasında hansı məmurun dayanması, MTK-da çalışan fəhlələrin əmək müqavilələrinin olub-olmaması, təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsi və digər ilginc məqamlarla bağlı geniş yazı dərc edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var. \\ «Gündəlik Bakı» \\










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru