Gədəbəydə icra hakimiyyəti başçısına qarşı xalq üsyanı baş qaldıra bilər - Başçı sakinləri təhqir edib?
Tarix: 6-08-2014, 12:49 | Çap et
DİA.AZ: - Redaksiyamıza Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətində müşahidə olunan qanun pozuntularına dair məlumatlar daxil olmaqda davam edir. Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində həmin məlumatlar əsasında hazırlanmış materiallar dərc olunmaqdadır. Yerli mənbələrdən aldığımız məlumatlarda vurğulanır ki, bu gün ölkə prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanla üzbəüz mövqelərdə yerləşən Gədəbəy rayonunda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi halda, yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin ağırlaşmasına yol açır. Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, 2012-ci ildə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemlərin sayı sürətlə artmağa başlayıb. Məlum olduğu kimi Prezident İlham Əliyev martın 31-də Gədəbəy rayonu ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb. Lakin gədəbəylilər ayrılan bu məbləğin də təyinatı üzrə sərf olunmayacağından çox narahatdırlar. Buna səbəb isə Ramiz Yediyarovun dövlət başçısı tərəfindən keçən il Gədəbəy rayonuna ilkin olaraq ayrılmış 4 milyon manat vəsaitin heç də təyinatı üzrə xərclənməməsidir. Bu barədə aldığımız məlumatda göstərilir ki, rayonun sosial inkşafı üçün ayrılan vəsaitin hara xərcləndiyini yalnız icra başçısı bilir. Gədəbəy rayonundan verilən məlumata görə, icra başçısı Ramiz Yediyaraov dövlət büdcəsindən və rayon daxili büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri abadlıq, təmir tikinti işlərinə “sərf edərək” vəsaitlərin bir hissəsinin mənimsənilməsinə şərait yaradır. Bildirilir ki, keçən il Gədəbəy rayonunda 9 səhiyyə, 28 mədəniyyət obyekti, 2 kənd məktəbi cari, 2 kənd orta məktəbi isə əsaslı təmir edilib. 39 obyektin cari təmiri üçün xərclənən 2 milyon manat vəsaitin bir hissəsi cavabdeh şəxslər tərəfindən mənimsənildiyi iddia olunur. Bu obyektlərdə də görülən işlərin çox hissəsi sənədləşdirmələrdə bir neçə dəfə şişirdilib. Həmçinin Nəriman və Miskinli kəndlərində əsaslı təmir edilən orta məktəblərinin tikintisində də yeyinti hallarına yol verildiyi bildirilir. Yeni aldığımız məlumatlarda isə Ramiz Yediyarovun Yeni Azərbaycan Partiyasına (YAP) qəbulu məsələsində də bir çox şübhəli məqamlar barədə açıqlamalar verilir. İlk növbədə icra başçısının 23.04.2012-ci il tarixində imzaladığı ərizədə belə bir məqam diqqəti çəkir ki, Ramiz müəllim tutduğu vəzifəni Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kimi deyil, Gədəbəy RİH-ti aparatının başçısı kimi göstərmişdir. İkinci bir məqam isə bu ərizənin üstünün həmin vaxt YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tərəfindən yazılmamasıdır. Etibarlı mənbədən aldığımız məlumata görə R.Muradov müəyyən səbəblərdən başçının YAP sıralarına qəbul olunmasına hətta etiraz etmişdi. Lakin bu barədə daha dəqiq məlumatı Ramazan müəllimin özündən almağa çalışsaq da, onunla hələ ki, əlaqə yarada bilməmişik. Digər tərəfdən isə 17 may 2012-ci il tarixində Gədəbəy RİH başçısının birinci müavini Qüdrət Paşayevin Ramazan Muradova göndərdiyi məktubun məzmunu bu şəxslər arasında münasibətlərin həqiqətən gərginləşdiyindən xəbər verir. Məktubda göstərilir ki, R.Muradov eyni zamanda həm YAP rayon təçkilatının sədri, həm də RİH başçısı aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrini tutmaqla “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin müvafiq bəndlərini pozmuşdur. Maraqlıdır ki, Gədəbəy RİH-nin rəhbərliyi digər şəxslərə münasibətdə elə həmin qanuna əməl olunmasına heç də səy göstərməmişdir. Belə ki, ilk növbədə Ramiz Yediyarovun YAP sıralarına qəbul olunmasında xüsusi xidmətləri olmuş rayon partiya təşkilatının aparat rəhbəri Namiq Rüstəmov hal-hazırda həm də rayonun statistika şöbəsinə rəhbərlik edir. YAP Gədəbəy rayon təşkilatının indiki sədri Rüstəm Nağıyev isə, eyni zamanda icra başçısının müavini vəzifəsini daşıyır. Nəhayət Ramiz Yediyarovun özü də rayon partiya təşkilatının İdarə Heyətinin üzvüdür. Qeyd edək ki, başçının İdarə Heyətinin üzvlüyünə seçilməsi də YAP-ın nizamnaməsində müəyyənləşdirilmiş qaydalara zidd olub. Belə ki, hər bir partiya üzvü partiya sıralarına qəbuldan yalnız bir il sonra rayon təşkilatının idarə heyətinə üzv seçilə bilər. Ramiz Yediyarova isə bunun üçün 5-6 ay da kifayət etmişdir. Başçının 1-ci müavini Qüdrət Paşayev isə daha geniş “partiya təcrübəsi” ilə diqqəti cəlb edir. Belə ki, YAP sıralarına 1999-cu ildə qəbul olunmuş Qüdrət müəllim, həmin ilə qədər AMİP-in “sadiq üzvü” olmuşdur. Göründüyü kimi Gədəbəy rayonunun idarə olunmasında çeşidli qanun pozuntuları ilə diqqəti cəlb edən RİH rəhbərliyi, öz əməlləri ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə də kölgə salırlar. Eyni zamanda da Ramiz Yediyarovun insanlarla davranışında yekəxanalığa, təhqiramiz ifadələrə yol verməsi rayonda yeni fəsadların yaranmasına şərait yaradır. Aldığımız məlumatlarda bildirilir ki, bir müddət bundan əvvəl rayonda keçirilmiş iclasdan çıxarkən icra başçısı ona haqlı iradlarını bildirmiş Ramazan Muradova müraciət edərək, Gədəbəydə kişi yoxdur – ifadəsini işlətmişdir. Buna cavab olaraq isə, əslən Gədəbəyli olan Ramazan müəllim ona öz kişiliyini nümayiş etdirərək, R.Yediyarovun cavabını olduqca sərt ifadə ilə vermişdir. Bununla belə başçının davranışı təkcə R.Muradova qarşı deyil, rəhbərlik etdiyi rayonun bütün sakinlərinə qarşı yönəlmiş təhqir kimi qiymətləndirilməlidir. Bu kimi təhqirlərə yol verən şəxslər isə gədəbəylilərin onların mərdliyinə, kişiliyinə şübhə ilə yanaşan hər kəsi diz çökdürməyə qadir olduqlarını aydın dərk etməlidirlər. Məlumatlarda bildirilir ki, bu insident barədə müvafiq instansiyalara da xəbər verilmişdir. Gədəbəy camaatı isə bu təhqirə yol vermiş Ramiz Yediyarova qarşı ciddi ölçülərin götürülməsini gözləyirlər. Əks halda yerli sakinlər başçının davranışına Quba və İsmayıllıdakı kimi adekvat reaksiya verə bilərlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|