ŞOK: İcra hakimiyyətinin işçisi şərəf məsələsini qanunların ayağına necə bağladı - Minaya düşən vətəndaşa diqqət üçün qanun lazım imiş...
Tarix: 9-10-2014, 14:45 | Çap et
![ŞOK: İcra hakimiyyətinin işçisi şərəf məsələsini qanunların ayağına necə bağladı ŞOK: İcra hakimiyyətinin işçisi şərəf məsələsini qanunların ayağına necə bağladı](/uploads/posts/2014-10/1412847959_0001.jpg) Oktyabrın 7-də 59 yaşlı Tovuz rayonu Əsrik Cırdaxan kəndinin sakini Bayram Süleymanov minaya düşüb. Hadisə Ermənistanla sərhəd ərazidə Süleymanov öz mal-qarasını axtararkən baş verib. Partlayış nəticəsində sağ ayağını itirən Süleymanov Tovuz rayon Mərkəzi klinik xəstəxanasına çatdırılıb. Həkim Kəmaləddin Abbasov bildirib ki, yaralının sağ ayağı amputasiya olunub: “Bundan əlavə o, bir neçə mərmi yarası da alıb və xeyli qan itirib. Ona zəruru yardım göstərilib”. ( Kəpəz TV ) Tovuz RİH başçısının köməkçisi Fuad Zeynalov qafqaznews.org-a bildirib ki, bu gün Bayram Süleymanova bəş çəkmişik, o, özünü yaxşı hiss edir. Müxbirin “İcra hakimiyyəti Bayram Süleymanovun ailəsinə yardım edirmi” sualına köməkçi belə cavab verib: “ Azərbaycan qanunvericiliyi bunu nəzərdə tutmayıb”. Tovuz RİH başçısının birinci müavini Mahir Həsənov da köməkçinin dediklərini təsdiq elədi. Hərbi hüquqşünas Telman Əbilov isə deyilənləri belə şərh elədi: “ Ölkə qanunvericiliyinə əsasən mülki vətəndaş ermənilərlə toqquşmada həlak olarsa ona şəhid statusu verilir və ailəsinə müvafiq güzəştlər nəzərdə tutulur. Əgər mülki vətəndaş erməni aqressiyası nəticəsində əlil olarsa, o, əlilliyə görə adi təqaüd alır. Bu məntiqə ziddir, ancaq qanun belədir”. Milli Məclisin üzvü Yevda Abramov isə müxbirimizə bildirib ki, əgər Bayram Süleymanov nədənsə narazıdırsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin, ona mütləq kömək edərlər.
“Əgər qanunvericilikdə nəzərdə tutulmayıbsa nazirlik Bayram Süleymanova necə kömək edə bilər” sualını millət vəkili belə cavablandırıb: “ Bilirsiniz, nə qədər mülki vətəndaş minaya düşür? Bunun hamısına dövlət kömək etməlidir? Həm də Bayramovu minalı sahəyə heç kim göndərməyib, öz mal-qarasını axtaranda minaya düşüb”. Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, qanunvericilikdə nəzərdə tutulmasa da Bayram Süleymanov yüksək təqaüd almaq üçün məhkəməyə müraciət edə bilər. Müxbirimizin “Hansı əsasla məhkəməyə müraciət edə bilər” sualına hərbi ekspert belə münasibət bildirib: “ Bayram Süleymanov cəbhə xəttində minaya düşüb. Aydınlaşdırmaq lazımdır ki, o, cəbhə xəttinə necə keçib? Həm də müvafiq hərbi hissənin komandirinin şəxsiyyətini müəyyən eləmək lazımdır. Nə üçün Süleymanovu cəbhə xəttinə buraxıb?”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|