Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Səlim Müslümov tikinti mafiyasının əlində acizmi qalıb? - Azərbaycanda quldarlıq bəyəm ləğv olunmayıb?
Tarix: 13-01-2015, 13:58 | Çap et
Səlim Müslümov tikinti mafiyasının əlində acizmi qalıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti deyilən bir qurumu var. Onlar nə işlə məşğuldurlar? Əvvəlcə gəlin, kağız üzərində gördükləri rəsmi fəaliyyətlə tanış olaq. Əmək müfəttişliyi adətən iki istiqamətdə «işləyir». Birincisi, əməyin mühafizəsinə dair sənədləri yoxlayır. İkincisi, ümumilikdə əmək münasibətlərinə dair (kadrlarla iş üzrə) bütün sənədləri nəzərdən keçirir. Əməyin mühafizəsinə dair sənədlərə aşağıdakılar şamil olunur: əməyin mühafizəsinə dair təlimat, işçilərin müvafiq təlimatlandırma və tibbi baxışdan (zəruri hallarda) keçmələri barədə diplomlar və arayışlar, təhlükəsizlik texnikası ilə bağlı təlimatlandırma jurnalı.

Kadr sənədlərinə isə təsis sənədləri dəsti, kollektiv müqavilə (əgər müqavilə bağlanıbsa), əməyin ödənilməsinə dair bütün sənədlər (mükafatlandırmalar, əlavələr barədə əsasnamə, hesablaşma vərəqləri), daxili əmək intizamı qaydaları, əmək müqavilələri, iş vaxtının uçotuna dair ştat cədvəli, əməkhaqqı hesablanması tabelləri, xəstəlik vərəqələri aiddir. Bundan əlavə, məzuniyyət qrafiki, şəxsi vərəqələr, əmrlər də bura daxildir. Sözsüz ki, müfəttişlər əmək kitabçalarını, əmək kitabçalarının və onlara əlavələrin hərəkətinin uçotu kitabını da tələb edəcəklər. «Əmək Müfəttişliyinin fəaliyyətini tənzimləyən normativ akt Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Hər bir sahibkar çek-list - əmək müfəttişliyinin subyektlərə irəli sürdüyü sualların-tələblərin tam siyahısı üzrə öz hazırlığını yoxlaya bilər.

Əmək müfəttişliyinin təqribi görəcəyi işlər bunlardır. Bəs praktikada bu qurumun əməkdaşları öz işlərinin öhdəsindən gəlirmi? Bildiyiniz kimi, Azərbaycanda tikinti ilə məşğul olan böyük bir mafiya mövcuddur. Onların qanunsuz fəaliyyətləri tez-tez ifşa olunsa da, ümumi anlamda dövlət qurumlarının bu sahəyə diqqəti daim güclü olmalıdır. Çünki gördükləri işin yarıdan çoxu qanunsuz əməllərlə doludur. O cümlədən bu sahədə işləyən fəhlələrin hüquqlarını qorumaq, bu sahədəki qanunsuzluqları ortaya çıxarmaq birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyəti çərçivəsindədir. Amma gəlin görək, bu qurum öz səlahiyyətlərindən istifadə edib belə demək mümkünsə, fəhlələrin hüquqlarını işverəndən qoruyurlarmı? Mən bu qurumun 2014-cü ildə tikinti sahəsində hansı işlər gördüyü ilə maraqlandım. Və rəsmi saytlarında yalnız bir fakta rast gəldim. Məlumat belədir.

Azərbaycanda quldarlıq bəyəm ləğv olunmayıb?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən "Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması növbəti yoxlamalar aparılıb.

Yoxlamalar zamanı "Alpina” MMC və "Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin başvermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.

Əla, deməli, lazımi tədbirlər görülüb. Amma bu tədbirlərin bir nəticəsi olubmu? Əgər əmək müfəttişlərinin etdiyi yoxlamadan təqribən bir həftə keçəndən sonra gedib həmin tikinti şirkətini bir dəfə də jurnalist kimi yoxlasanız heç bir nəticənin olmadığının şahidi olarsınız. Adətən bu cür yoxlamalar sonda kiminsə cibinə müyyən miqdarda pul girəndən sonra necə varıydısa, o cür də davam edir. Yenədə fəhlə müqaviləsiz, günəmuzd qul kimi işləyir, yenə də təhlükəsizlik qaydalarına riayət olunmur. Onda sual yaranır bu yoxlamalar nəyə görədir?

Bir misal çəkim. Özüm ev almaq üçün bir neçə dəfə Şamaxinka deyilən yerə getmişəm. Bu ərazi Bakı ətrafı qəsəbələrin içərisində bəlkə də ən böyük tikinti meydançaslarından biridir. Əksəriyyəti rayonlardan olan minlərlə insan burda qul kimi günəmuzd işlədilir. Hər dəfə ora gedəndə fəhlələrlə söhbət edirəm. Müqavilələrinin olub-olmadığı, xüsusi təhlükəsizlik geyimlərinin verilməsi, harda qaldıqları barədə sorğu-suala çəkirəm. Əksəriyyəti əmək müqaviləsi, təhlükəsizlik geyimləri nədir, anlayışları belə yoxdur. Hansısa işçinin ayağı büdrəyib hündürlükdən yıxılsa və ağır xəsarət alsa, cavab verən belə tapılmayacaq. Fəhlələrə uniforma, kaska və iş prosesində zəruri olan digər geyim növləri verilmir. Fəhlələrin dediyinə görə, hətta bir neçə dəfə bədbəxt hadisə də baş verib. Amma şirkət sahibləri təbii ki, əmək müqaviləsinin olmaması ucbatından sadəcə olaraq, onların obyektlərində belə bir işçinin olmadığını bildirir və bununla da işi ört-basdır edirlər. Əmək qanunlarına önəm verilmir. İşçilər bəzən gecə saatlarına kimi işlədilir. Ona görə də bu cür fəhlələri (qullar desək daha düzgün olardı) yalnız bir şey bilir. Səhərdən axşama kimi işləyib günə 10 manat pul qazanmaq. Onun da 5 manatını evə, arvad-uşağa çörək pulu göndərmək. 5 manatını isə qul olduğunu yadından çıxarmaq üçün arağa verib içmək. Bir az zirəkli olan fəhlə isə 15-20 manat almaq şansını qazanır, bir də yarıtikili binada gecələmk imkanına nail olur. Yəqin ki, minlələ kvadratmetr ərazidə tikilən bu obyektlərdən Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da xəbardardırlar. Xəbardardırlarsa, onda bu ərazilərdə işləyən fəhlələr niyə bu gündədirlər? Bəyəm, bu ölkədə quldarlıq rəsmən qadağan deyil? Özü də tək burda belə deyil. Tam əminliklə deyə bilərəm ki, Bakı və ətrafı, o cümlədən rayonlarda gedən tikinti obyektlərində çalışan fəhlələrin 70-80 faizi müqaviləsiz, günəmuzd qul kimi çalışır. Hələ təhlükəsizlik məsələsini demirəm. Mütəxəssislərin fikrincə, bunların hamısı xərc tələb edir. Bizdə isə bu xərcləri işəgötürən çəkmək istəmir: ”Birinci məsələ odur ki, indi Azərbaycanda tikintini kim gəldi həyata keçirir. Xarici ölkələrdə bunu oturuşmuş, lisenziyası olan, bu sahədə təcrübəsi olan bir neçə şirkət öz üzərinə götürür və bu işləri yerinə yetirir, tikintisini aparır. Bizdə isə fərqlidir. Hərə bir MMC yaradır və başlayır tikinti işi ilə məşğul olmağa, bina inşa etməyə. Və fəhləni hardan gəldi yığır, onlarla heç bir əmək müqaviləsi bağlamır, münasibətlər rəsmiləşdirilmir. Təcrübəsiz fəhlələr yığılır iş başına və sonucda da bədbəxt hadisələr baş verir. İşçilər ən azından 30 parametr üzrə təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Bizdə isə nəinki 30 parametr, heç bir parametr də təhlükəsizlik qaydalarına riayət etmirlər. Məsələn, fəhlələrin işlətdiyi avadanlıqlar fiziki baxımdan aşınıb. Xüsusi təhlükəsizlik balonları ki, var, hara gəldi tullanılır, yəni xüsusi saxlanma qaydalarına əməl olunmur. Fəhlələrin tikinti apardığı yerdə yıxılmamaq üçün setkalar qurulmalıdır ki, onlar qurulmur. Həmçinin inşa işləri gedən yer bürünməlidir ki, oradan hava axıb, fəhlələri soyuqlatmasın, bunlar edilmir. İşçilərə heç bir təlimat verilmir, əyani vəsaitlər yoxdur. Fəhlələrin əmək təhlükəsizliyi ilə bağlı heç bir bilgisi yoxdur. Nəticədə də bu cür bədbəxt hadisələr olur”. Ən maraqlısı və acınacaqlı tərəfi isə ordadır ki, heç kim bu faktları ortaya çıxarmır. Çünki ortada yeyilən pullar var ki, bu da yoxlayana da, yoxlamaya məruz qalana da bəs edir. Ortada yetim-yesirin ahı qalır. Heç olmasa ondan qorxun.
\\ GünBakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru