Bakıda dəhşət: Naşı həkim xəstəyə "SPİD" diaqnozu qoydu - Bibaırçılıq
Tarix: 25-04-2015, 14:27 | Çap et
Redaksiyamıza həkimlərin kobud səhvi nəticəsində barəsində yalan diaqnoz qoyulan Sumqayıt şəhər sakini Leyla Əskərova adlı vətəndaş müraciət edib. Leyla xanımla etdiyimiz söhbət zamanı gördük ki, şikayətçi xanım həkimlərin onun barəsində qoyduqları yalan diaqnozun şokundan hələ də ayıla bilməyib. Leyla xanıma adının anonim saxlanması şərtilə müraciətinin sayta yerləşdiriləcəyinə dair söz verdik. Çünki adətən bir azdan söz açacağımız xəstəliyə yoluxanlar və adı həmin mövzuda hallananlar adlarının anonim qalmasını istəyirlər. Ancaq Leyla xanım onun tərəfindən təqdim olunan şikayətin açıq mətnlə işıqlandırmasını istədi. Azinforum.az saytı olaraq Leyla Əskərovanın başına açılan müsibətlərə həsr etdiyi şikayətin mətnini olduğu kimi təqdim edirik: “Mən Əsgərova Leyla Sumqayıt sakiniyəm bir övladım var. Təkrar ana olmaq arzusundayam. Hamiləlikdən öncə, sağlam hamiləlik arzusu ilə bədənimdə virusların olub -olmadığını yoxlatdırmaq üçün Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanın yanında yerləşən ” Sağlam Ailə” Klinikasına müsraciət etdim. 17.04.2015-ci il tarixdə 196 manat ödəyərək sağlam hamiləlik üçün lazım olan bütün analizləri verdim və bir gün sonra, cavabı almaq üçün klinikanın qəbul şöbəsinə yaxınlaşdım. Qəbul şöbəsindən 11-ci kabinetə keçib klinikanın baş laboratoriya həkimi Cəlalə İlyasovaya yaxınlaşmağımın lazım olduğunu bildirdilər. Həmin kabinetə yaxınlaşdım, Cəlalə xanım məni orda gözləyirdi. Mən onun şübhəli nəzərlərini və hərəkətlərini görüb,” analizlərimdə nəsə pis şey çıxıb?”- deyə soruşdum.O, çox əmin şəkildə kompüterə baxıb “xanım sizin qanınızda “Spid” aşkarlanıb”-dedi.spid Eşitdiklərimdən şoka düşdüm.Həmin an bütün dünya başıma fırlandı. Həkim bu cür xəstələrin qeydiyyata götürülməsi anket blankını doldurmaq üçün mənə təqdim etdi.O an nələr keçirdiyimi mən və Allahımdan başqa heç kim bilmədi.Vəziyyət o yerə çatdı ki, mən nəinki təqdim olunan blankı doldurmaq, hətta öz əlaqə nömrəmi və yaşadığım ünvanı belə xatırlamadım.Bunu görən Cəlalə xanım mənim evə getməyimi və səhəri gün klinikaya müraciət edib həmin anket blankı doldurmağı məsləhət gördü . Yalnız blankı doldurduqdan sonra analizimin nəticələrini götürə bələcəyimi dedi.Təsəvvür edin, həmin vəziyyətdə evimə necə qayıtdığımı xatırlamıram.Əlbəttə, bütün bu olanları ailəmdən gizlədə bilməzdim.Evə çatar – çatmaz bütün bu yaşadıqlarımı ailə üzvlərimlə bölüşdüm. Sinəsində şəhid oğlunun və başqa cavan qardaşımın dağını gəzdirən anama yeni dərd verdim. Həmin gün ailəmdə yeni bir hüzn günü yaşandı.Anam və həyat yoldaşım başımıza gələn növbəti bədbəxt hadisənin şokuna düşdülər. Onlar nə edəcəklərini belə bilmədilər. Yaşadığım bu hadisəni yaxin bir qohumumla da bölüşdüm. O, mənə həmin klinikanın analizlərinin nəticələrinin dəfələrlə yalnış olduğunun u dedi və məsləhət gördü ki, başqa yerdə təkrar analizlər verim. 20.04.2015-ci il tarixdə iki ayrı klinikada- Sumqayıt şəhərində yerləşən bir özəl tibb mərkəzində və Sumqayıt şəhər QİÇS-lə mübarizə mərkəzində təkrar olaraq analiz verdim. Elə həmin gün də, “Sağlam Ailə” Klinikasına “çox vacib və lazımi anket”i doldurmağa getdik. Klinikaya girəndə qəbul şöbəsində işləyən xanımların məni qeyri-adi baxışlarla qarşılamalarından heyrətləndim. Başa düşdüm ki, anonim olması lazım olan məlumatı bütün klinikaya yayıblar. Həkim Cəlalə xanımın kabinetinə keçdik. Cəlalə xanım mənə danışdıqlarını yoldaşıma da danışdı və üzünü mənə tutaraq bu sözləri dedi: “Sən çox şanslısan ki, sənin bir övladın var və həyat yoldaşın sənə dəstək olur. Belə bir hadisənin şahidi olmuşdum, 5 aylıq yeni ailə həyatı qurmuş qadında da bu virus aşkarlanmışdı. Bunu eşidən həyat yoldaşı 4 aylıq dölü tələf etdirdi və 5 aylıq ailəsini dağıdaraq həyat yoldaşını boşadı”. Bu bir növ mənim yoldaşıma da yol göstərmək idi. Hətta Cəlalə xanım yoldaşıma mənimlə münasibətdə olanda necə və hansı vasitələrlə qorunmağı belə məsləhət gördü.Bu söhbət əsnasında mən elə bu gün iki ayrı klinikada təkrar olaraq analiz verdiyimi bildirdim və qollarımı açıb analiz izini göstərdim. Cəlalə xanım bunu eşidən kimi özünü itirdi və analizlərin haralarda verildiyini bilmədən, cavablar alınmadan onsuz da nəticələrin səhv olacağını iddia etdi. Təkidlə Bakıdakı QİÇS-lə mübarizə mərkəzində hansısa Dilşad xanımla görüşməyimizi məsləhət gördü. Maraqlıdır ki, Sumqayıt şəhərində də həmin mərkəzin filialı yerləşdiyi halda o, israrla bizi Bakıya göndərmək istəyirdi. Dilşad xanımın əlaqə nömrəsini yoldaşıma təqdim etdi. Evə qayıtdıqdan sonra, Dilşad xanımla əlaqə saxladıq. Gördük ki, o , artıq mənim haqqımda məlumatlıdı.Maraqlıdır ki , Dilşad xanım bizi QİÇS-lə mübarizə mərkəzində deyil, təcili olaraq “Semaşko “ xəstəxanasında onunla görüşməyimizi istədi.Təbii ki, biz digər iki klinikada verdiyimiz analizlərin nəticəsini almadan Dilşad xanımla görüşə getmədik. 21.04.2015-ci il tarixdə verdiyim analizlərin nəticələrini almaq üçün klinikalara getdik. Yuxarıda adını qeyd etdiyim hər iki klinikadan verilən nəticələrdə mənim HİV virusu daşımadığım açıq – aşkar göstərilmişdi.Nəticələrdən tam əmin olduqdan sonra , yenidən “Sağlam Ailə” Klinikasına qayıtdım. Onların etdikləri analizin nəticələrinin səhv olduğunu sübuta yetirib haqqım olanı, yəni yalnış analiz nəticəsinə ödədiyim pulu geri tələb etdim.Cəlalə xanım isə bu mövzuya heç bir aidiyyəti olmayan Dilşad xanımın Bakıdan gəlməsini gözləməyimi istədi. Dilşad xanım gəldikdən sonra, “Sağlam Ailə ” Klinikasında verdiyim analizə baxıb nəticəsinin heç də, Cəlalə xanımın mənə dediyi kimi olmadığını bildirdi. Məndən , Cəlalə xanımı bağışlamağımı istədi.Görəsən, nəticədən əmin olmadan, bu cür ciddi və ağır xəstəliyin diaqnozunu qoyan, mənə və ailəmə maddi və mənəvi ziyan vuran bir insanı bağışlamağa dəyərmi? Səhv analiz nəticəsi bir insanın həyatını necə dağıtdığını, bu hissin necə bir hiss olduğunu heç kim anlaya bilməz . Bunu yaşayan bilər. Bir yalnışlıq ucbatından yaşadıqlarımı heç kimin yaşamasını arzulamıram. Mən nazir Oqtay Şirliyevə müraciət edirəm. Ondan Cəlalə həkmin cəzalandırmasını və ailəmə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm”. Azinforum.az olaraq qeyd edirik ki, şikayətçinin barəsində söz açdığı bütün analizlərin nəticəsini əks etdirən bütün sənədlər redaksiyaya təqdim olunub. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|