Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisindən özbaşınalıq - Ağacları kəsdirir...
Tarix: 26-05-2015, 10:58 | Çap et
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisindən özbaşınalıq
Yaşıllıqların cəmiyyətin sağlamlığında rolunu sübut etməyə ehtiyac yoxdur. Dünyanı bürüyən hazırkı ekoloji böhran vaxtında isə yaşıllıqların qorunması az qala bir saylı problemə çevrilib. Yaşıllıqların qorunması ilə bağlı mərhum prezident Heydər Əliyevin dediyi fikirlər bu gün az qala aforizm kimi işlənir: "Bir ağacın budaqlarını kəsəndə elə bil qollarımı kəsirlər".

Bir müddət əvvəl prezident İlham Əliyev cənabları keçirdiyi müşavirələrin birində üzünü məmurlara tutaraq sərt xəbərdarlıq elədi: "Bundan sonra haradasa iş adamı, yaxud vəzifəli şəxsin ərazini hasarlayıb, ağacları kəsib, özü üçün mülk, obyekt tikdiyini eşitsəm, həmin binalar, obyektlər söküləcək və buna yol verən şəxslər isə ağır cəzalandırılacaqlar. Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə bu gündən qadağa qoyuram". Hər iki prezidentin bu sərt xəbərdarlıqlarına baxmayaraq, hələ də yaşıllıqların qırılması və yerində müxtəlif obyektlərin tikilməsi davam edir. Təəssüf hissilə bildirmək istəyirik ki, son bir neçə il ərzində müxtəlif məmurlar tərəfindən yaşıllıqlara qarşı göstərilən ögey münasibət bəzi fəsadlara yol açıb. Halbuki bu məsələ üzrə cavabdeh sayılan Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi xoşagəlməz hallara qarşı yetərincə mübarizə apara bilmir. Məsələn, hazırda istirahət parklarının bir çoxunda yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Olan-qalan ağacları da qırıb əvəzində restoran, kafe, əyləncə mərkəzləri ucaldıblar. Nəzərinizə çatdıraq ki, bu işlərə birbaşa cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Birlik 2005-ci ildə ləğv edilən Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazası əsasında yaradılıb. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Qurum öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri Xidməti İdarəsi kimi təşkilat və müəssisələri öz tərkibində birləşdirir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, birliyin baş direktoru Vaqif Novruzovun səhlənkarlığı nəticəsində paytaxtda yerləşən parkların bir çoxunda, eləcə də yol kənarlarındakı yaşıllıqlar kütləvi şəkildə məhv edilib: "Birliyin balansında olan parkların sayı-hesabı yoxdur. Onların hər birində müxtəlif ticarət obyektləri fəaliyyət göstərir ki, burdan alınan aylıq icarə kimlərinsə cibinə gedir. Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi olsa da, bəzən bunlara riayət olunmur. Hər gün müxtəlif yerlərdə ağac kəsirlər. Birliyin əməkdaşları niyə onların qarşısını almır, cəzalandırmır? Baş direktor parklardakı yaşıllıqları viran qoymaqla öz biznesini bir xeyli genişləndirib. Bakı parklarındakı çayxanaların çoxu Vaqif Novruzova məxsusdur". Qeyd edək ki, vaxtilə Hüseyn Cavid parkında Ədliyyə Nazirliyi tərəfdə xırda bir çayxana fəaliyyət göstərirdi. Bir müddət həmin çayxana Qarabağ savaşının iştirakçılarına, veteranlara icarəyə verilmişdi. Keçmiş döyüşçülər üçün bura həm iş yeri, həm də istirahət məkanı idi. Eyni zamanda şəhərimizin sakinlərinə ucuz qiymətə çay verilirdi. Nəzərə almaq lazımdır ki, çayxana Şərq ölkələrində təkcə çay içmək yeri deyil, həm də ictimai bir yerdir. Ancaq müharibə veteranlarının burada çalışması çox da uzun sürmədi. Müxtəlif bəhanələr gətirib, hətta bu obyektin ölkə başçısının yolunun üstündə olmasını əsas gətirib veteranları buradan qaçaq saldılar və çayxana guya bir müddət işləmədi. Bu məqamda bir məsələni qeyd etmək vacibdir. Birincisi, Qarabağ uğrunda canını qoymuş oğlanlardan dövlət rəhbərinə heç vaxt təhlükə gəlməz. İkincisi, buranı mühafizə məqsədi ilə yığışdırmışdılarsa, necə oldu ki, az müddət sonra başqa şəxslərin əlinə keçdi. Daha doğrusu, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzova yaxın olan şəxslər ağacları qırmaqla veteranlara məxsus bu çayxananın ərazisini xeyli genişləndirdilər. Hətta parkdakı əlavə ərazini də istismar etməyə başladılar. Bütün bunlar azmış kimi, birlik rəhbəri öz yaxınlarına taşırdı ki, çayxananın yaxınlığındakı tualetin ərazisini zəbt etsinlər. Beləliklə, hələ sovet dövründə parkda istirahət edənlər üçün nəzərdə tutulmuş tualet sökülərək yerində böyük bir kafe-çayxana inşa olundu. Həmin ərazidə də xeyli ağac məhv edildi. Ən maraqlısı odur ki, həmin ərazi bir neçə nazirliklə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə üzbəüzdür. Bəs, bu qurumların rəsmiləri hara baxır..? Ən dəhşətlisi odur ki, bu çayxanada əhaliyə 15-20 manata çay satılır. Müştərilərə zorla Naxçıvandan gətirilmiş vaxtı keçmiş mürəbbələr, xarab olmuş şokoladlar, biskvitlər satılır. Dəfələrlə müştərilər tələb edir ki, biz mürəbbə, şokalad istəmirik. Ancaq xidmətçilər deyir ki, müdiriyyət tapşırıb ki, kim mürəbbə yeməsə, qovun getsin, onlara çay verməyin. Budur Vaqif Novruzovun əhaliyə xidməti. Birlik rəisi Hüseyn Cavid parkındakı çayxanalarının sayını artırmaq istəyir. Yəqin ki, yaxın günlərdə xeyli ağacın kəsildiyinin şahidi olacağıq. Artıq parkın ərazisindəki bəzi çoxillik və qiymətli ağaclar (hansı ki, onların əksəriyyəti ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə əkilib-red) kəsilməyə başlanıb. Birliyin əməkdaşları həmin ağacları guya quruduğu üçün kəsdiklərini açıqlayırlar. Əslində isə yaşıllıqlar məqsədli şəkildə məhv edilir ki, yerində adıçəkilən məmur üçün yeni çayxana, kafe salınsın. Xüsusi vurğulamaq lazımdır ki, paytaxtın ən böyük parklarından biri hesab edilən Hüseyn Cavid parkına hər gün yüzlərlə insan gəlir. Vətəndaşların rahatlığını əlindən almaq, onların oksigen mənbəyi sayılan ağacları kiminsə biznes marağı ucbatından qırmaq doğru addım deyil. Biz bir daha vurğulamaq istəyirik ki, ölkə başçısının ağac kəsənlərə, eləcə də buna şərait yaradanlara qarşı münasibəti mənfidir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi bu minvalla özünə problem yaradacaq. Özəl mənbələrin dediyinə görə, məmurun həyata keçirdiyi özbaşınalıqlar haqqında yuxarılara bəzi məlumatlar çatdırılıb. Onun yaxın vaxtlarda ağır formada cəzalandırılacağı gözləniləndir.

Həmçinin qeyd edək ki, bu məmurun vəzifəyə gəlişindən sonra bəzi yaxınları vəzifə və karyera baxımından irəli gediblər. Lakin bu günlərdə Vaqif Novruzovun qardaşının həbs edilməsi onların bəzi qeyri-qanuni işlərinin yarımçıq qalacağını düşünmürəm. Xatırladaq ki, məlum yanğın hadisəsi ilə bağlı bir neçə gün əvvəl birlik rəisinin qardaşı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qəzənfər Novruzov həbs olunub. Baş Prokurorluğun rəsmi məlumatına görə, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın "poliuretan" materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Deyilənə görə, eyni aqibət onun birlik rəisi işləyən qardaşını da gözləyə bilər.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru