Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən narazılıq var... - Nazirə şikayət olundu
Tarix: 20-08-2015, 12:21 | Çap et
![Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən narazılıq var... Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən narazılıq var...](/uploads/posts/2015-08/1440055272_0001.jpg) Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən özbaşnalıqlardan, burada vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edilir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd etmişdik ki, Qazaxdan daxil olan məlumatlarda rayon ƏSMM-nin direktoru Yasin Mürsəlovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Bir müddət əvvəl isə, redaksiyamızın elektron ünvanına daha bir şikayətçi tərəfindən ünvanlanmış ərizə daxil olmuşdur. Qazax şəhər sakini, Qarabağ Müharibəsi veteranı, Bakı küçəsi ev 115-də yaşayan Hüseynov Tahir Arif oğlu bildirir ki, o da öz növbəsində mərkəzdə hökm sürən süründürməçiliyə məruz qalmışdır. Şikayətçinin verdiyi məlumata görə, bir müddət bundan əvvəl Qazax ƏSMM-də müfəttiş kimi çalışan Yasin müəllimin əslində bu sahədə yetərincə iş təcrübəsi belə yoxdur. Bununla belə Qazax rayonundan Milli Məclisin deputatı, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevlə qohumluq əlaqələri bütün bu çatışmayan cəhətlərin ört-basdır olunmasına kifayət etmişdir. Elə nazir Səlim Müslümovdan Yasin Mürsəlovun təyinatı barədə xahişi də Əhməd Vəliyev özü etmişdir. Həmçinin təqdim etdiyi ərizədə Tahir Hüseynov Qazax RİH başçısının birinci müavini Fərman Nağdalıyevdən və müavin Gülayə Həsənovadan da şikayətçi olduğunu bildirmişdir.Bundan başqa isə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Qazax ƏSMM-nin ahıllara xidmət şöbəsinin fəaliyyəti faktiki olaraq formal şəkildə həyata keçirilir. Belə ki, iddiaya görə şöbənin sənədlərində guya ki, xidmət göstərilən çox sayda vətəndaşların adları qeydiyyatdan keçsə də, əslində bu xidmətlərdən indiyədək heç kəs yararlanmayıb. Təbii ki, şöbənin fəaliyyəti üçün ayrılan dövlət vəsaitləri də şöbənin müdiri Günəş Məmmdova və mərkəzin mühasibi Günəş İsmayılova tərəfindən sənədlərə saxta imzalar atılaraq mənimsənilir. Daha sonra məlumatı təqdim edən mənbələr vurğulayırlar ki, Qazax ƏSMM-də Əmək Məcəlləsinin tələbləri də kobud şəkildə pozulur. Müxtəlif vəzifələrə təyin olunmuş əməkdaşların isə, əksəriyyəti qeyri-qanuni işə qəbul olunublar. Məsələn bildirilir ki, Yasin Mürsəlovun müavini Elxan Vəkilov bu vəzifəyə təyin olunarkən, heç bir test imtahanında və ya müsabiqədə iştirak etməyib. Sadəcə olaraq bu məmurun Şöhrət Vəkilovun qardaşı oğlu olması, onun hazırda tutduğu vəzifəyə təyinatı üçün yetərli olub. Digər tərəfdən isə, Yasin Mürsəlov hətta müqavilə əsasında işə qəbul etdiyi istədiyi əməkdaşa belə qeyri-qanuni olaraq, dövlət rütbələrinin verilməsinə və bunun əsasında həmin şəxslərin aylıq məvaciblərinin də artırılmasına nail ola bilir. Bu xüsusda məlumatda bildirilir ki, Qazax ƏSMM-nə testdən kənar, müqavilə əsasında məsləhətçi vəzifəsinə işə götürülmüş Elnarə adlı əməkdaşa III dərəcəli dövlət qulluqçusu rütbəsi verilmişdir. Yenə də məsləhətçi işləyən, orta təhsilli İradə adlı digər bir əməkdaşın adı isə ƏSMM-nin ştat cədvəlində arxiv işçisi kimi qeydə alınıb. Halbuki, mərkəzin ümumiyyətlə arxivi yoxdur və bu ştat artıq çoxdan ləğv olunmalıdır. Daha sonra məlumatlarda xüsusilə qeyd olunan qanun pozuntularından biri kimi, dünyasını dəyişmiş vətəndaşların ailələrinə dövlət tərəfindən ayrılan bir dəfəlik müavinatlarla (dəfn pulu) bağlı maxinasiyalar göstərilir. Qeyd olunur ki, Yasin Mürsəlov bu məqsədlə xüsusi mexanizm işlə bu məqsədlə xüsusi mexanizm işləib hazırlamışdır ki, onun vasitəsilə həmin müavinatın eyni şəxsin adına iki dəfə ayrılmasına nail ola bilir. Həmçinin məlumatlarda Qazax ƏSMM-də yerli əlil təşkilatlarının bəzi rəhbərləri ilə əlbir olaraq müəyyən maxinasiyalar həyata keçirdiyi də bildirilir. Qeyd olunur ki, bu maxinasiyalar əsasən ildə bir dəfə, beynəlxalq əlillər günü münasibətilə dövlət tərəfindən əlil vətəndaşlara ayrılan birdəfəlik müavinatların mənimsənilməsi üçün tətbiq olunur. Belə ki, iddiaya görə, təqdim olunan siyahılarda artıq adlar yazılır və onlara ayrılan vəsaitlər mənimsənilir...
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|