Bu rayonda əlil acından ölür, məmur cah-cəlal içində... - "Mən nə edə bilərəm axı"...
Tarix: 28-08-2015, 11:15 | Çap et
![Bu rayonda əlil acından ölür, məmur cah-cəlal içində... Bu rayonda əlil acından ölür, məmur cah-cəlal içində...](/uploads/posts/2015-08/1440742517_0001.jpg) Gədəbəy rayonunu girdabına almış məmur özbaşınalıqları nə saymaqla bitmək bilir, nə də yazmaqla. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu rayonda dərin köklər atmış və icra başçısı Ramiz Yediyarovun hələ də rəhbərlik etdiyi korrupsioner məmur kontingentinin Gədəbəydə hədəfə aldığı əsas zümrə məhz yerli sahibkarlar və iş adamlarıdır. Lakin bu heç də o demək deyil ki, rayon əhalisinin sahibkarlıq fəaliyyətilə məşğul olmayan digər hissəsi bütün problemlərdən azad, asudə həyat keçirirlər. Əsla belə deyil. Gədəbəydə məmurlar ümumiyyətlə heç kimə nə göz, nə də işıq vermirlər. Əksinə, bu məmurlar kimdən nə mümkündürsə, alırlar – rüşvət, “haqq”, obyekt, torpaq və sairə. Torpaq demişkən, qeyd etmək olar ki, bu gün Gədəbəydə davamlı olaraq müxtəlif maxinasiyalara məruz qoyulan subyektlərdən biri kimi də məhz elə torpaq sahələri çıxış edir. Həm də bu xüsusda rayon rəhbərliyi bütün digər sahələrdən daha çox aqressivlik nümayiş etdirir. Elə aldığımız çoxsaylı məlumatlarda da mənbələr vurğulayırlar ki, Ramiz Yediyarov rayonun ən münbit torpaqlarını öz qohumlarının və yaxın adamlarının adlarına alaraq sənədləşdirməklə məşğuldur. İcra başçısının gözünə xoş gələn torpaq sahəsinin artıq başqa bir şəxsə məxsus olduğu aşkarlandıqda isə, icra başçısı bütün prinsipləri bir kənara ataraq, həmin ərazini sadəcə zor gücünə zəbt edir. İş o yerə çatıb ki, rayonun hətta əlil vətəndaşları belə torpaq məsələlərində ciddi haqsızlıqlara məruz qoyulurlar. Ötən saylarımızda dərc etdiyimiz materiallarda biz bir neçə dəfə bu mövzuya dair bəzi açıqlamalar təqdim etmişdik.Məsələn, bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev və Aqrar islahatlar üzrə müavin Rüstəm Nağıyev hətta əlbir olaraq, ikinci qrup əlil Sürəyya Məmmədovaya məxsus olan torpaq sahəsinin təxminən 4 sotunu qeyri-qanuni olaraq onun əlindən alıblar. Açıqlamada bildirilmişdi ki, bu məmurlardan hansısa həmin torpaq sahəsində özünə ev tikdirir. Sürəyya Məmmədovanın isə, heç şikayətlərini də dinləyən olmamışdı. Çarəsiz qalan əlil qadın da düşdüyü vəziyyətlə barışaraq, durumu belə şərh etmişdi: “Mən nə edə bilərəm axı, rayonda Ramiz Yediyarovun qoçuları Qüdrət Paşayev və Rüstəm Nağıyevdir. Mənim torpağımı da onlar zəbt ediblər. Qüdrət Paşayevdən soruşmaq lazımdır ki, bu neçə illər ərzində yığdığı pullar, tikdirdiyi malikanələr ona azlıqmı edir ki, ikinci qrup əlilin torpağını əlindən alır?” Biz Sürəyya xanımla tam razıyıq. Əlbəttə soruşmaq lazımdır. Amma təəssüflər olsun ki, soruşan yoxdur. Və soruşan olmadıqca, bu məmurların da əl-qolları daha geniş açılır, onların haqsızlıqlara məruz qoyduqları vətəndaşların da sayları durmadan artır.Bu günlərdə redaksiyamıza yenə də torpaq problrmi ilə bağlı daha bir Gədəbəy sakini müraciət edib. Maraqlıdır ki, bu vətəndaş da II qrup əlildir. Amma Sürəyya Məmmədovadan fərqli olaraq, Miskinli kənd sakini Fazil Abdullayev əlil statusunu 2011-ci ildə Xocavənddə hərbi xidmətdə olarkən, döyüş şəraitində yaralandıqdan sonra alıb. Fazil Abdullayev bildirir ki, bir müddət bundan əvvəl o, ev tikmək və məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qanunla müəyyən olunmuş qaydada torpaq sahəsi almaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət edib. Şikayətçinin deməyinə görə, onu qəbul edən icra başçısı məsələni həll etməyi həmin vaxt Aqrar islahatlar üzrə müavini olan Rüstəm Nağıyevə tapşırıb. Amma bu tapşırıq necə verilibsə, Fazil Abdullayev indiyə kimi torpaq sahəsi ala bilmir. Şikayətçi xüsusi olaraq qeyd edir ki, artıq düz üç dəfə qəbulda olub və ondan tələb olunan bütün sənədləri də hazırlayıb təqdim edib. Amma bütün bunlara baxmayaraq, torpaq sahəsi ayrılmır ki, ayrılmır...\\bizimdovr.az\\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|