"Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                 

Dizləri bükülən Balakənin üzü niyə gülmür... - Korrupsiya ittihamı...
Tarix: 21-09-2015, 11:42 | Çap et
Dizləri bükülən Balakənin üzü niyə gülmür...
Son günlər Balakən rayonundan ictimaiyyət nümayəndələrinin müraciətləri və rayondakı məmur özbaşnalıqlarının KİV-ə yol tapa bilməməsi, narazıların elə yerindəcə susdurulmasını cumhuriyyət.az olaraq diqqətinizə çatdırmışdıq. Bu kimi məsələləri rəhbər tutaraq Balakən rayonuna səfər etdik. Balakəndə keçirdiyimiz üç gündə qarşılaşdığımız mənzərələr, eybəcərlik və könül oxşayan mənzərə barədə qeyd etmək qərarına gəldik.
Balakən rayonundan bir neçə il bundan əvvəl ayrılmışıq. Burada düz beş il müddətinə yaşamışıq. Həmən dönəmlərdə Balakən demək olar ki, ən gözəl günlərini yaşayırdı. İnsanların üzü gülür, hər kəs əla olmasa da orta səviyyədə yaşayırdı. Çünki həmin dönəmdə rayonda vəzifə başında olan məmurlara nəzarət var idi. Eyni zamanda həmin dövrdə vəzifə başında indiki qədər düşük və nəfsinin əsiri də yox idi. İnsanlar problemsiz öz fikir və mülahizələri üzərində rayondakı idarə və müəssisələrə müraciət edir, narazılığını bildirir, hazırda olduğu qədər alçaldılmırdılar. Hazırda rayonda məmurların rüşvət və korrupsiyaya qurşandığını bildirən nəinki sıravi vətəndaş, istənilən qədər ikinci, üçüncü dərəcəli məmur var. Onlar cumhuriyyet.az-a bildirirlər ki, Balakəndə indiki qədər məmur özbaşnalığı heç bir zaman olmayıb. Monitorinq aparıb söhbətləşdiyimiz müsahiblərimiz söyləyirlər ki, əslən Göyçay rayonundan olan İslam Rzayev rayona icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra rayonda vəziyyət kəskin dərəcədə pisləşməyə başladı. İslam Rzayev olduqca məsələlərə gec reaksiya verən məmur olmaqla yanaşı, başqalarının əlində kimlərəsə qarşı dəyənəyə çevrildi. Başçı günün çox hissəsini kabinetində keçirir, insanların arasında çox təsadüfü halda olur. Müsahiblərimizdən biri bildirir ki, rayonda ən dəyərsiz adamlar icra başçısına xod tapmaqla istədikləri postlara dürtülə biliblər. Onsuz da əvvəldən Balakən rayon icra hakimiyyətində dövlət və dövlətçilikdən xəbəri olmayan, idarəetmənin nə olduğunu bilməyən şəxslər var idi. Hazırda kim ki, insanlarla qaba rəftar edir, vaxtı ilə fərari olub, məişət pozğunluğu ilə məşğul olur, belə şəxslər adam olub ortaya çıxıblar. Müsahib. Bilirsiniz hər hansı bir rayonun rəhbərində onun rəhbərlik etdiyi rayonun ərazisinə uyğun olaraq intellektual səviyyəsi olmalıdır. Bizim icra hakimiyyətimizin başçısında bu qabiliyyət yoxdur. Onun idarəetmə bacarığı yox dərəcəsindədir. Burnunun ucundan qabağı görə bilmir. Diqqət edin, Balakən şəhər icra nümayəndəliyinin sədri Telman Bayramov. Bu adam haqqında nə qədər axtarsanız mənfi fikirlər var. Bu adam öz yaxınları içərisində sayılıb- seçilməyən birisidir. Keçmişı ləkəli, şəxsiyyətində fəaliyyəti dövründə ən pis məmura yaraşmayan vərdişlərin daşıyıcısı olan birisidir. Görün nə qədər bədbəxtçilikdir ki, İslam Rzayev bu adamın diqtəsi ilə hərəkət edir. Telman Bayramov qorxmadan yasda, toyda deyir ki, mən nə desəm o da olacaq, İslam kimdir. Kəndlərdən birində icra nümayəndəsi işləyən şəxs qeyd edir ki, İslam Rzayevi rayonda rivizor deyə adlandırırlar. Çünki bundan əvvəlki işi rivizor olub. Hazırda prezidentin səlahiyyətli nümayəndəsi olsa da özünü yenə rivizor kimi aparır. Müsahibim söyləyir ki, rayonda idarə və müəssisələrin smetalarının hamısına nəzarəti şəxsən başçı İslam Rzayev edir.
Rayon maliyyə idarəsini də qanunsuz əməllərə sövq edən başçıdır. İslam müəllim rayonda və bir sıra kiv-lərdə özü haqqında belə rəy yaradıb ki, güya rüşvət almır. Bəli, şəxsən rüşvət almır. Deyək ki, kimlərdənsə rüşvət almaq onun nəyinə lazımdır?İslam müəllim büdcəni sökür. Az müddət öncə rayon təhsilində baş verənlərdən yəqin xəbəriniz var?Xəbəriniz yoxsa araşdırın. İdarə müdirlərini əvvəlcə qanunsuz işlərə vadar edir, sonra da yoxlama apartdırıb işindən atdırır. Bu adam üçün sadə Balakənlinin necə yaşaması, güzəranının necə olmasının qəti ilgisi yoxdur. Bu adam burada oturub mülkədar rolunu ifa edir. Ətrafında olan məmurlar da hansı ki, Balakənlidirlər, ona pul daşımaqla məşğuldurlar. Balakəndə məlum zəlzələdən ziyan çəkmiş xeyli sayda ailələrin problemi həll olunmamış qalıb. Ancaq İslam müəllim onun birinci müavini, fövqaladə hallar komissiyasının sədri Azad Balayev və sairlər əməlli-başlı varlandılar. Demək olar ki, rayon icra hakimiyyətində hər gün dava-dalaş olur. İnsanlar gəlib ağlayırlar, söyürlər, haqqlarını tələb edirlər. Ancaq nə fayda, onları eşidən yoxdur. Hər həftənin 3-cü iş günü icra başçısının vətəndaşları qəbul günüdür. Bu qəbul günü gəlib izləsəniz görərsiniz buradakı özbaşnalığı. Hər küncdə bir idarə müdiri, bələdiyyə sədri, icra nümayəndəsi;çoxları vətəndaşlara icazə vermir ki, qəbula girib dərdlərini desinlər. Lap qəbula girsələr də belə İslam Rzayev hərəsinə bir tütək verib yola salır. Vətəndaş nə qədər üfürürsə səsi çıxmır ki, çıxmır. Rayon idarə olunmur. Artıq Balakən barıt çəlləyinə dönüb. İnsanlar günü-gündən müflüsləşir. Qazanan, günü-gündən varlanan Telman Bayramov kimi rayonda zərrə qədər hörməti olmayan məmurlardır. Atalar deyir ki, döstunu mənə göstər, sənin kim olduğunu deyim. Bir rayonun ki, icra başçısını Telman kimisi yönləndirir. Onda ona necə bel bağlamaq olar?Dəfələrlə yazılıb ki, rayon icra hakimiyyəti daxil olmaqla ayrı-ayrı idarələrdə saxta diplomla işləyənlər var. Hətta həmin məmurların adları da çəkilib. Adam var ki, hansı patokta oxuyub, müəllimlərinin kim olduğunu bilmir. Onun Rusiyada oxuduğu deyilən univerisitetə müraciət olunub cavab gəlib ki, belə bir adam bizdə təhsil almayıb. İslam Rzayev əgər səmimi bir rəhbər idisə, əgər doğurdanda dövlətin, dövlətçiliyin qeydinə qalan bir rəhbərdisə onda nədən bu məsələdə susdu?
Hansı qanunda göstərilib ki, rayon icra hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Mehbarə Nuriyeva, onun həyat yoldaşı Vahid Əliyev 109-saylı DSK-nin sədri, eyni zamanda bacısı Sevinc Əliyeva 8-saylı məntəqənin sədridir. Görürsünüz belə anormallıq yalnız İslam Rzayevin dövründə ola bilər. Sonra da deyirlər ki, Balakəndə Şəffaf seçkilər keçirilir. Müsahibimiz deyir ki, İslam Rzayevin adamları rayonda fındıq biznesinə də əl qoyublar. Fındığı insanların kasıblığından istifadə edərək qiymətini öldürüb Göyçay bazarına, Bakı şəhərində bazarlara daşıyırlar. Rayonda hər ay idarə müəssisə rəhbərlərindən, icra nümayəndələrindən haqq yığıldığını qeyd edirlər. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin məhv olunduğu qeyd edilir. Hazırda təhsil şöbəsinin müdirliyinə adam axtarılır. Kim ki, daha çox pul verdi onu təyin elətdirəcəklər. Rayonda müdirlər insanlara yuxarıdan aşağı baxırlar. Sanki bu vəzifə onlara dədələrindən qalıb. İstənilən müdir istədiyi vətəndaşı qəbul edir, istədiyini qovur, başına olmazın oyunlar aça bilir. Bir sözlə, rayonda cəzasızlıq mühiti olduğu üçün belə olaylar baş verir.
Redaksiyadan:Balakəndə olduğumuz vaxt rayon Mtn-nin sürücüsü və tarix diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyevin komorxozun müdiri işləyən oğlu tərəfindən addım-addım izlənildik. Müdir özü də bilmədən yanına göndərdiyimiz adamla söhbətində ağzından qaçırdıb ki, cənab başçı göstəriş verib ki, bu jurnalisti izləyin görək hara gedir, kimlərlə oturur, söhbətləşir, nə bilim nə edir. Bütün bunlara baxmayaraq yazının əvvəlində qeyd etdiyimiz kimi Balakən camaatı olduqca qonaqpərvər və qədir biləndir. Bəlkə də onların düzə meylliliyi, hər şeyə olduğu kimi qiymət vermələri azacıq da olsa insanda pisləri unudub gələcəyə ümidlə baxmağı təlqin edir. Bax bu Balakəndə keçirdiyimiz üç gündə qarşılaşdığımız könül oxşayan situasiyalardan biri idi. Ardı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru