Adil Vəliyevdən daha bir "yaşıl QƏTLİAM" - Bakıxanov qəsəbəsində ağacları kim kəsir?
Tarix: 21-10-2015, 10:49 | Çap et
![Adil Vəliyevdən daha bir "yaşıl QƏTLİAM" Adil Vəliyevdən daha bir "yaşıl QƏTLİAM"](/uploads/posts/2015-10/1445406546_0001.jpg) Son illər “Hərəyə bir ağac əkək” devizi altında paytaxtın qəsəbələrində ağaclar əkilir, ucu-bucağı görünməyən geniş yaşıllıq zonaları yaradılır. Bütün bunlara rəğmən, paytaxtın müxtəlif ərazilərində naməlum şəxslər tərəfindən 30-40 illik ağaclar qəddarcasına kəsilərək yerində lüzumsuz tikililər inşa edilir. Ölkə prezidentinin dəfələrlə bununla bağlı xəbərdarlığına baxmayaraq, hələ də Bakı şəhərində ağacların soyqırımı açıq aydın şəkildə özünü göstərir. Belə yerlərdən biri də Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsidir. DİA.AZ bildirir ki, “həftə içi”nin məlumatına görə, son illərdə adıçəkilən qəsəbədə böyük abadlıq, quruculuq və tikinti işləri aparılıb. Halbuki bəlkə də paytaxtın heç bir yerində bu qədər yaşıllaşdırma işləri görülməyib. Təəssüflər olsun ki, heç də öz gözəlliyinə və abadlığına görə şəhərin mərkəzindən seçilməyən Bakıxanov qəsəbəsində yaşıllıqlara qənim kəsilən insanlar da var. Xəqani adlı sakin “Həftə içi”nə bildirib ki, Bakıxanov qəsəbəsi Mahir Əliyev küçəsi 32 saylı yaşayış binasının ərazisində poçt binasının yanındakı asfalt yolun qırağındakı parkda 4 ədəd şam ağacları kəsilib. Qəsəbə sakininin bu məlumatından sonra vəziyyətlə yerindəcə tanış olmaq üçün həmin ünvana baş çəkdik. Məlum oldu ki, həqiqətən də 4 ədəd şam ağacı gövdəsindən mişarlanıb. Ancaq onun kəsik yerləri qalıb. Burada Mürvət Hüseynov adlı sakinlə görüşdük. Onun dediyinə görə, təxminən bir həftə əvvəl hündür, qollu-budaqlı şam ağaclarını gecəyarı bir qrup şəxslər tərəfindən kəsilib: “Kəsilmiş ağacların gövdəsi səhər saatlarındək yerdə idi. Sabunçu Rayon İcra Hakimiyyətindən nümayəndələri gəlib kəsilmiş ağacları “samasvalt ZİL” maşınına yükləyib apardılar. Yerini də süpürüb təmizlədilər”. Oqtay adlı sakin isə ürəkağrısı ilə şikayətləndi ki, bu ağaclar hələ 40 il bundan öncə onun gözləri qarşısında əkilib. Onun sözlərinə görə, ahıl adamların oturmağa və istirahət etməyə nə yerləri var, nə də şəraitləri: “Qoca, ahıl adamlarıq. Yolun qırağında bu yaşıl ağacların altında köhnə taxta parçasından stol və oturacaqlar düzəldib isti günlü havalardan gəlib dominadan, nərddən oynayıb başımızı qatırdıq. Təəssüflər olsun ki, həmin o 40 illik ağacları da bizə çox gördülər. Biz bu ağacların kölgəsi altında oturub dincəlirdik. İndi isə açıq havada başımıza gün döyə-döyə köhnə taxta parçasının üstündə oturub günümüzü keçiririk”.
![Adil Vəliyevdən daha bir "yaşıl QƏTLİAM" Adil Vəliyevdən daha bir "yaşıl QƏTLİAM"](/uploads/posts/2015-10/thumbs/1445406542_01.jpg)
Sakinlər onu da xatırlatdılar ki, min bir əzab-əziyyətlə burada yaşıllıq salınıb. Hətta isti yay günlərində ağacları sakinlər özləri sulayıblar: “Təəssüflər olsun ki, bu il təxminən avqust ayının axırlarında “Mercedes” markalı avtomobildən 4 nəfər naməlum şəxs əllərindəki yandırıcı kimyəvi madəni həmin ağacların dibinə töküb getdilər. Bizim tanımadığımız bu naməlum şəxslər deyirdilər ki, guya gətirdikləri dərmandır. Dərman vurmaqla ağacların qurdlarını tökürlər. Hətta bu barədə həmin əraziyə nəzarət edən sahə müvəkkilindən tutmuş rayon icra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinədək müxtəlif dövlət orqanlarına xəbər verilib. Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri də gəlmişdilər. Dedilər ki, ağacların kimlər tərəfindən kəsildiyi araşdırılacaq və cinayət törədən günahkar şəxslər cəzalandırılacaq. Xoşbəxtlikdən həmin ağaclar qurumadı. Vaxtlı-vaxtında suvarıldı, onlara qulluq göstərilirdi. Elə həmişəki kimi yaşıl qalmışdı. Bu yaxınlarda isə gecə vaxtı bir qrup adamlar həmin o 4 ağacı mişarlayıblar. Biz özümüz şahidik ki, naməlum adamlar ağacları gövdəsindən kəsərək, yanı üstə qoyub getdilər. Onlar yaşıllığın gizli şəkildə qırılmasının da yolunu tapıblar. Əvvəlcə ağacların bir metr hündürlüyünə qədər gövdəsinə yandırıcı kimyəvi maddə töküb qurudurlar, sonra həmin yeri sənədləşdirib və qurumuş ağacları mişarlayıb yerində tikinti işləri aparırlar. Bu barədə aidiyyəti qurumlara məlumat verilsə də, bir tədbir görülməyib”. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də, ağacların kim tərəfindən və hansı məqsədlə kəsildiyinə aydınlıq gətirə bilmədik. Amma icra hakimiyyətindən “Həftə içi”nə bu barədə yetərincə məlumatların olduğunu söylədilər: “Biz bu məsələdən xəbərdarıq. Rayon icra hakimiyyəti tərəfindən ağacların kəsilməsi ilə bağlı akt tərtib edilib. Rayon polis idarəsinə müraciət olunub ki, bu məsələlər araşdırılsın. Lakin hələ ki, günahkarlar tapılmayıb”.
Qələndər Xaçınçaylı
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Bu gün, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Bu gün, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Bu gün, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
|