![Hakimiyyətdən şok islahat qərarı: DSMF də ləğv olunur, nazirliyə birləşdirilir Hakimiyyətdən şok islahat qərarı: DSMF də ləğv olunur, nazirliyə birləşdirilir](/uploads/posts/2015-12/1449128542_0001.jpg)
DİA.AZ: - Yaxın günlərdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ləğv edilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, ləğv edilən DSMF-nin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir.
Mənbənin diaaz.space-a söylədikləri: "Artıq bu barədə DSMF-nin hazırki sədri Elman Mehdiyevə hökumətin adından müvafiz müraciət ünvanlanıb və həmin müraciətdə DSMF-nin ləğvetmə prosesinə hazırlanması üşün uyğun göstəriş və təlimatlar qeyd olunub".
Bildirək ki, Elman Mehdiyev Səlim Müslümov ƏƏSMN-yə nazir təyin olunduqdan sonra DSMF-də rəhbər vəzifəsinə gətirilmişdi.
İndi isə aydın olur ki, hökumətin növbəti "kəmərsıxma" siyasəti DSMF-nin ləğvini zəruri edib.