Müslümovun özü ilə gətirdiyi kadrı kimləri himayə edir? - İTTİHAM VAR
Tarix: 19-05-2016, 11:00 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) özbaşınalıq halları, vətəndaşlara qarşı olunan haqsızlıqlar səngimək bilmir. Gundelik-baku.com xatırladır ki, bir müddət əvvəl Bərdə rayonu Mustafaağalı kəndində yaşayan şəhid anası Muradova Əsli Həmid qızı üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlamış, mərkəzin direktoru Raquf Məmtiyevin qanuna sığmayan əməllərindən şikayətini dilə gətirmişdi: «Mən həyat yoldaşımı erkən itirmişəm və öz halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Lakin həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan belə küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım. 1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsini üstümə gətirdilər. Hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, “oğlunuz şəhiddir”, deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı. Əlbəttə nə şəhid adı, nə hansısa fəxri ad, nə milli qəhrəman statusu, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar. Oğlum Murovdağda ön mövqedə xidmətə cəlb olunub. Ölümündən sonra da hərbi hissənin komandiri şəraiti, vəziyyəti əks etdirən arayış verib. Ölümün səbəbi barədə çox aydın şəkildə yazılıbki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub. 2007-ci ilin yanvarından dekabrına qədər hər ay 100 manat olmaqla prezident təqaüdü almışam. 2008–ci ildən isə Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən mənə bu vəsaitin dayandırıldığı bildirilib. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlıqdan şəhid statusu barədə arayış tələb ediblər.Hərbi Komissarlığa müraciət etsəmdə, Komissarlıq Hərbi hissənin arayışında “ölümün səbəbi barədə aydın yazılmadığını”bəhanə gətirərəkoğlumun şəhid olmasını təsdiq edən arayışı verməkdən imtina edib. Hərbi Komissarlıq oğluma şəhid statusunun verilməsi üçün bizə məhkəməyə müraciət etməyi məsləhət görüb». Şəhid anası bildirir ki, 2015-ci ilin iyun ayında Bərdə rayon ƏSMM-də mənim adımdan 2008-ci ildən üzü bəri bütün təqaüdlər alınıb. Şəhid anasına dayandırılan vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət olunub. Bu əsasla Bərdə RPŞ-nin müstəntiqi A.Mehdiyevin apardığı təhqiqat işi, cinayət əməli kimi qiymətləndirməyərək rədd edilib. Əldə etdiyimiz məlumatlara görə, Raquf Məmtiyevə Bərdə rayon icra başçısı Vidadi İsayevə arxalanaraq rəhbərlik etdiyi mərkəzi uçuruma sürükləyir: «Hazırda Bərdə rayonunda 2159 nəfər vətəndaş ünvanlı sosial yardım alır. Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonda sosial yardım alanların siyahısını azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. Raquf Məmtiyev artıq bir ildən çoxdur ki, Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəhbərlik edir. Bu müddətdə Bərdə ƏSMM-də bir neçə dəfə qanusuzluq aşkarlansa da, sonda bu məsələlər hansısa gücün və maliyyənin hesabına ört basdır edilib. Raquf Məmtiyev bundan əvvəl mərkəzdə adi işçi, sonra Bərdə və Ağdaş DSMF şöbələrinin müdiri işləyib. Hər iki rayonda işlədiyi DSMF müdiri vəzifəsində isə Raquf Məmtiyevin çoxsaylı qanunsuzluqları və korrupsiya əməllərinin olduğu deyilir. Ancaq buna baxmayaraq Raquf Məmtiyev yenə də öz vəzifələrini və korrupsiya ampulasını sürdürməkdə davam edir. Dövlət Sosial Təminat Xidmətinin rəhbərliyində direktorun havadarlarının olduğu idda edilir. Hətta bir aydan bir mərkəz direktorunun bu "himayədara" böyük bazarlıq göndərdiyi və tez-tez Bakı şəhərinə yanına getdiyi deyilir. Bərdə ƏSMM-də ünvanlı sosial yardım almaq əsl problemə çevrilib. Vətəndaşlar yardım ala bilmək üçün mütləq direktorla birbaşa «əlaqə» yaratmalı, onunla «hal-əhval» tutmalıdır. Əks təqdirdə, onların sənədinə baxılmır və aylarla süründürməçiliyə məruz qalırlar». Başqa bir məlumatda isə bildirilir ki, Raquf Məmtiyevin ƏSMM-də törətdiyi özbaşınalıqlardan Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin xəbəri olsa da, onunla bağlı heç bir tədbir görmək istəmir. Maraqlıdır, görəsən niyə? Onu da qeyd edək ki, Bərdə ƏSMM-də hökm sürən neqativ hallarla bağlı redaksiyamıza gələn şikayət məktublarının ardı-arası kəsilmək bilmir. Növbəti yazımızda məhz həmin şikayətlərdən birini diqqətinizə çatdıracağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
|