Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Qazaxın da öz neftxudası var imiş... - Papaq altında yatan oliqarxlar...
Tarix: 5-08-2016, 10:38 | Çap et
Qazaxın da öz neftxudası var imiş...
Son vaxtlar dilimizdə tez-tez işlənən oliqarx sözünün çox maraqlı mənası var. Belə ki, qədim yunan dilindən tərcümədə bu söz özünün şəxsi maraqlarını ümummilli mənafeydən üstün tutan və bu maraqları təmin edə bilmək üçün böyük kapitala malik olan dövlət məmuru mənasını verir. Maraqlıdır ki, oliqarx adlana bilmək üçün, şəxsin mütləq böyük vəzifədə təmsil olunması heç də zəruri deyil. Əsas odur ki, oliqarx həm özünün, həm mənsub olduğu müəyyən dairənin maraqlarını təmin etmək üçün yetərincə maliyyə imkanlarına malik olsun. Təbii ki, istənilən bir ölkədə oliqarx və “oliqarxlığa iddialı” məmurların özbaşınalıqlarının qarşısının alınması, bu şəxslər tərəfindən əsasən sahibkarlığın inkişafı yolunda törədilən əngəllərin aradan qaldırılması, eləcə də büdcə vəsaitlərini talan edənlərin aşkar edilərək cəzalandırılması istiqamətində həyata keçirilən tədbirlər hər zaman sadə vətəndaşlar tərəfindən böyük məmnunluq və ruh yüksəkliyi ilə qarşılanıb.

O cümlədən, bu gün Azərbaycanda da getdikcə sürətlənən bu proseslər əhalinin ictimai-siyasi aktivliyinin yüksəlməsini stimullaşdırır. Ayrı-ayrı vətəndaşlar dövlət büdcəsini özlərinin gəlir qaynağına çevimiş məmurların ifşa olunmasında getdikcə daha yaxından iştirak etməyə, məmur özbaşınalıqlarına son qoyulması üçün dövlət orqanlarına əllərindən gələn yardımı göstərməyə çalışırlar. Məhz elə bu səbəbdən də son vaxtlar aidiyyatı olan qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə bu və ya digər azğınlaşmış məmurun əməllərindən bəhs edən məlumatların daxil olmasında da bir artım müşahidə olunmaqdadır.

Artıq bir neçə müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına da «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun fəaliyyətində yer almış çeşidli qanun pozuntularından bəhs edən açıqlamalar təqdim edilir. Müxtəlif mənbələr tərəfindən təqdim olunan bu açıqlamalarda Zeynal Əhmədovun istər müəssisə rəhbəri kimi fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan, istər bu şəxsin iş adamı kimi biznes sahəsində daha çox mənfəət qazanmaq naminə atdığı son dərəcə şübhəli addımlar, istərsə də onun heç də stabilliyi ilə seçilməyən siyasi baxışları və əlaqələri barədə ətraflı bəhs olunur. Əslində qəzetimizin ötən saylarında dərc olunmuş yazılarda bu açıqlamalardan bir çoxu öz əksini tapmışdır. Lakin aldığımız yeni açıqlamalar bütün əvvəlki məlumatların da bir növ sistemləşdirilməsinə ehtiyac olduğunu göstərir. Məhz bu səbəbdən də bugünkü yazıda müəyyən məqamları təkrar vurğulamalı olacağıq.

Ən böyük regional Neft Terminalı...

Aldığımız məlumatlarda «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının həqiqətən də respublikada fəaliyyət göstərən analoji müəssisələr arasında ən böyüklərindən biri olduğu vurğulanır. Bildirilir ki, bu terminalın fəaliyyət dairəsinə beş böyük rayon – Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonları daxildir. Başqa sözlə, 7 saylı Terminal bu bölgələrdə yerləşən bütün yanacaqdoldurma stansiyalarını, həmçinin müəssisə və təşkilatları yanacaq və sürtgü materialları ilə təmin edir. Məlumata görə, bütün bu tələbatı təmin etmək üçün hər gün Terminaldan 200 maşın yanacaq yola salınır. Əlbəttə ki, bu məqam Zeynal Əhmədovun maraqlarına xidmət edə biləcək ən əhəmiyyətli amil kimi xüsusi qeyd olunmalıdır. Necə deyərlər, böyük dövriyyə böyük imkanlar deməkdir. Baxdığımız halda isə, Zeynal Əhmədovun bu imkanları şəxsi maliyyə qaynağına çevirməsi, onun üçün son dərəcə təbii bir proses kimi müşahidə olunmaqdadır. Beləliklə də, 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru hər bir oliqarxa qarşı irəli sürülən birinci və ən vacib “tələbi” – yüksək maliyyə imkanlarına malik olmaq tələbini beləcə təmin edə bilir.

Oliqarxın ikinci xüsusiyyəti...

Bir qədər yuxarıda qeyd etdiyimiz kimi, oliqarx adına “layiq olmaq” üçün məmurun malik olması gərəkən digər bir xüsusiyyətdə də, onun öz maraqlarını sadə vətəndaşların mənafeyləeindən üstün tuta bilməsidir. Həm də bu yanaşma konkret əməllərdə öz təsdiqini tapmalıdır. Daxil olan məlumatlara görə, Zeynal Əhmədov bu xüsusiyyətə də kamil şəkildə sahib ola bilib. Mənbənin verdiyi açıqlamalarda qeyd olunur ki, «SOCAR Petroleum» QSC-dən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü yağları və digər meft məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Başqa sözlə desək, yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin, nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Həmçinin təqdim edilən məlumatlarda qeyd olunur ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatının yüksək olması, baza direktoruna bir çox spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur.
Biznes imperiyası...
Artıq qeyd olunduğu kimi, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. İlk növbədə mənbələr baza direktorunun böyük bir daş karxanasının, Qazaxda “Avey” yanacaqdoldurma stansiyasının, Ağstafada “Orxan” şadlıq sarayının, Qazax şəhərinin mərkəzində, İcra Hakimiyyətinin binası ilə bir küçədə yerləşən “Finka” BOKT-nin, “Xalq Bank”ın binalarının və hələ də istifadəyə verilməmiş “Cəmalə” klinikasının şərikli sahibi olduğunu diqqət mərkəzinə çəkirlər. Başqa bir məlumata görə isə, Zeynal Əhmədov bir müddət bundan əvvəl Qazaxda yerləşən “Qərb qapısı” adlı restoranı 500 min manata Nail adlı bir vətəndaşdan alıb. Həmçinin açıqlamalarda Zeynal Əhmədovun Bakıda bir neçə lombard müəssisəsinin də sahibi olduğu qeyd edilir. Bundan başqa isə, əldə etdiyimiz daha bir məlumata görə, baza müdiri Yalta şəhərində turizm sahəsində fəaliyyət göstərən daha bir obyektə də şərikdir. Diqqət edirsinizsə, biz bütün bütün bu sadalamalar əsnasında Zeynal Əhmədovun şəriklərindən heç birinin adını qeyd etməmişik. Səbəb isə budur ki, bu şəxslərin kimliyi məsələsi xüsusi maraq doğuran və buna görə də ayrıca diqqət tələb edən bir məqamdır.

Şübhəli əlaqələr...
Bu məqam həqiqətən də Zeynal Əhmədov barədə təqdim olunan açıqlamaların bəlkə də, ən maraqlısıdır. Məsələ bundadır ki, məlumatlarda neft-baza direktorunun birinci və ən əhəmiyyətli şərikinin keçmiş MTN naziri Eldar Mahmudovun bacısı oğlu olduğu bildirilir. Deyilənə görə, Zeynal Əhmədov bu şəxslə “Finka” BOKT-na və “Xalq Bank”-a icarəyə verdikləri binalara, eləcə də “Cəmalə” klinikasına şərikdir. Mənbə xüsusi olaraq vurğulayır ki, “Cəmalə” klinikası 5 mərtəbəli, tam təmirli, möhtəşəm bir binada yerləşməklə, bütün avadanlıqlarla təchiz olunmuş və istifadəyə tam hazır vəziyyətdədir. Lakin “MTN işi” ilə bağlı məlum hadisələrdən sonra klinikaya lisenziya verilməmiş, buna görə də müəssisə fəaliyyətə başlamamışdır.
Zeynal Əhmədovun digər bir şəriki də “Avey” yanacaqdoldurma stansiyasının və Ağstafada “Orxan” şadlıq sarayının həmsahibi olan Elxan Cümənovdur. Mənbə bildirir ki, Elxan Cümənov daş karxanasına sahib olan iş adamı olmaqla bərabər, həm də rayonda radikal müxalifətçi kimi tanınır.

Və nəhayət, Zeynal Əhmədovun Yalta biznesində şəriklik etdiyi (ən azından son vaxtlara qədər) digər iş adamının da, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanovun yeznəsi olan Bünyamin adlı bir şəxs olduğu bildirilir.

Qazaxlı oliqarxın “özünüsığorta” siyasəti...

Ötən yazılardan birində biz qeyd etmişdik ki, Qazaxdan aldığımız məlumatlarda Zeynal Əhmədovun bilavasitə rəhbərlik etdiyi neft-bazada həyata keçirdiyi maraqlı “kadr islahatlarından” da bəhs olunur. Bu xüsusda bizimdovr.az-a açıqlama verən Qazax şəhər sakini göstərmişdi ki, hələ 2009-cu ildə Zeynal Əhmədov öz doğma bacısının adını terminalın ştatına mühasib vəzifəsinə yazıb. Lakin indiyədək bu xanım işə çıxmayıb. Bu yaxınlarda isə, əsil adı Həvva olan, lakin hamının Xanım deyə müraciət etdiyi bacı birdən-birə neft-bazaya təşrif buyurub. Həm də sadəcə mühasib deyil, birbaşa baş mühasib kimi. Ən son aldığımız açıqlamada isə, bildirilir ki, Zeynal Əhmədov həmçinin Elxan Cümənovu da neft-bazaya mühasib kimi işə qəbul edib. Mənbənin deməyinə görə, bu addımları atmaqla, Zeynal Əhmədov törətdiyi maliyyə maxinasiyalarının aşkara çıxmasından özünü maksimum sığortalamaq məqsədi güdür.

Yekun

Beləliklə, bütün bu fakt və iddiaların araşdırılması birmənalı olaraq bunu deməyə əsas verir ki, «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədov heç bir mübaliğəyə yol vermədən, özünü ən azından “regional çəkili” oliqarx adlandıra bilər. Əlbəttə ki, biz bunun məmurun özü üçün yenilik olmadığını gözəl bilirik. Amma hər halda, ümid edirik ki, bu faktın mətbuatda öz təsdiqini tapması müəyyən qurumların da diqqətindən yayınmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru