2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb - ŞİKAYƏT VAR
Tarix: 11-08-2016, 12:10 | Çap et
![2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb 2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb](/uploads/posts/2016-08/thumbs/1470902992_0001.jpg) Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakı şəhər 2 saylı Dəri Zöhrəvi Dispanserinin fəaliyyətndə müşahidə olunan nöqsanlardan bəhs edilir. Açıqlamalarda bildirilir ki, bu tibb müəssisəsinin baş həkimi Arif Hasilov tərəfindən tətbiq olunan idarəçilik üsulları hazırda dispanserdə rüşvətxorluq və korrupsiya hallarının çiçəklənməsi üçün əlverişli şərait yaratmışdır. Mənbənin verdiyi açıqlamaya görə, 2 saylı dispanserə müayinə və müalicə məqsədilə müraciət edən əksər xəstələr bu fikirdədilər ki, yaşı artıq çoxdan 60-ı ötmüş Arif Hasilov, hazırda tutduğu vəzifənin tələb kimi irəli sürdüyü meyarlara qətiyyən cavab vermir. Məlum olduğu kimi bir vaxtlar respublikanın Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən dövlətə məxsus xidməti vəzifələrin, əmək haqqı formasında ayrılan dövlət vəsaitlərinin və digər səlahiyyət və imtiyazların öz şəxsi rəyləri əsasında seçilmiş kadrlara təqdim olunması və bu yolla himayədarlığın nümayiş etdirilməsi bir tendensiya halını almışdı. Bu səbəbdən də bir çox elmi, tədris və müalicə-profilaktik müəssisələrə rəhbərlik səriştəsiz, vəzifələrdən doğan tələblərə cavab verməyən kadrlara həvalə olunurdu. Belə vəziyyət isə, az müddət sonra bir sıra problemlərə yol açmış oldu. Bu cür təcrübələr eyni zamanda həm ümumilikdə səhiyyənin inkişafını ləngidir, həm də konkret müəssisənin funksional fəaliyyətini əngəlləyir. Bu isə, həmin müəssisələrin məxsusi hansı sahəyə aidiyyatından asılı olaraq daha ciddi problemlərin baş verməsinə, o cümlədən ölkə daxilində müəyyən xəstəlik və epidemiyaların da yayılmasına yol aça bilər. Təsadüfi deyildir ki, bu gün səhiyyəmizin məhz dəri-zöhrəvi xəstəlikləri sahəsində mövcud olan xoşagəlməz durum həm ictimaiyyətin, həm də mütəxəssislərin diqqətini getdikcə daha çox cəlb edir. Belə ki, son illər dəri üzərində gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları, eləcə də ümumi üşütmə-qızdırma, yuxusuzluq, iştahasızlıq və əsəbiliklə müşahidə olunan xəstəliklər insanları daha çox narahat edir. Təbii ki, əgər vatxında müdaxilə olunmasa, bu xəstəliklər insan orqanizmi üçün ciddi fəsadlar törədə bilər. Bəzən bu cür xəstəliklərə tutulan şəxs hətta müalicə almasına baxmayaraq, uzun müddət əziyyət çəkir. Bu vəziyyət isə, həm də 2 saylı Dəri Zöhrəvi Dispanserinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsidir. Aldığımız məlumatlarda bildirilir ki, dəri-zöhrəvi xəstələrinin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən 2 saylı dispanserə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Mütəxəssislər hesab edirlər ki, bu tibb müəssisəsində xəstələrin dəri-zöhrəvi xəstəliklərindən şəfa tapmaları üçün zəruri şərtlər belə mövcud deyil. Digər tərəfdən isə, aldığımız məlumatlarda vurğulanır ki, Səhiyyə naziri Oqtay Şirəliyev özü bir vaxtlar məhz Arif Hasilovun rəhbərliyi altında çalışıb. Bu səbəbdən də indi bu baş həkimin bir çox özbaşınalıqlarına yuxarı instansiya tərəfindən göz yumulur. Belə ki, aldığımız məlumatlarda Arif Hasilovun özünün dispanserin fəaliyyətində elə də aktiv iştirak etmədiyi qeyd olunur. Açıqlamaya görə, baş həkim rəhbərlik etdiyi müəssisəyə həftə ərzində 1-2 dəfə gəlir. Həmçinin iddia olunur ki, belə bir tendensiya bəzi həkimlərə də sirayət etmişdir. Mənbənin verdiyi açıqlamaya görə, 2 saylı Dəri Zöhrəvi Dispanserinin iki həkimi, Təranə Nəsibova və Lalə İsgəndərova artıq üç ildir ki, Türkiyədə yaşayırlar. Buna baxmayaraq, hər iki həkimin adları dispanserin ştat cədvəlində qeyd olunub. Qeyd edək ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Arif Hasilovla telefon əlaqəsi saxlamışdır. Baş həkim bildirmişdir ki, Lalə İsgəndərova hal-hazırda dispanserdə işdədir. Təranə Nəsibovanın isə, işdən azad olunması barədə əmr verilmişdir. Öz növbəmizdə biz də dəqiqləşdirmə apardıq. Məlum oldu ki, Lalə İsgəndərova həqiqətən də bu yaxınlarda Bakıya gəlib. Amma, sadəcə olaraq sertifikasiya imtahanı vermək üçün. Digər tərəfdən isə, Təranə Nəsibovanın da yalnız üç il işə çıxmadıqdan sonra barəsində əmr verilməsi xüsusi maraq doğurur...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|