“KİA Servis” verdiyi zəmanətdən imtina etdi - ŞİKAYƏT VAR
Tarix: 1-11-2016, 11:04 | Çap et
Son vaxtlar redaksiyamıza “KİA Motors Azərbaycan” MMC-nin fəaliyyətilə bağlı daxil olan şikayət ərizələrinin sayında bir artım müşahidə olunmaqdadır. Həm də bu şikayətlər daha çox “KİA Servis” mərkəzlərində vətəndaşların aldadılması, müştərilərə qarşı yolverilməz münasibət göstərilməsilə bağlı olur. Artıq qəzetimizin ötən saylarında bu kimi hallara dair aldığımız müraciətlər əsasında bir neçə tənqidi material dərc olunub. Məlum olduğu kimi “KİA Motors Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia Motors korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. 2006-cı ildən tam Azərbaycan Respublikasının şəraitinə uyğun istehsal olunan ilk “KİA” avtomobillərinin “Kia Motors Azərbaycan” MMC tərəfindən satışına başlanmışdır. Qeyd etmək lazımdır ki, “Kia Motors Azərbaycan” şirkəti hazırda ölkənin ən böyük satış və servis şəbəkələrindən birinə malikdir. Eyni zamanda da ötən illərin statistikasına görə “KİA” markası ölkəmizdə ən çox satılan avtomobillərin arasındaaparıcı mövqeylərdən birinə sahib ola bilib. Şirkətin servis mərkəzləri isə, bu gün artıq təkcə Bakıda deyil, bir çox bölgələrdə də fəaliyyət göstərirlər. Elə aldığımız növbəti şikayət ərizəsi də Gəncə şəhərində fəaliyyət göstərən “KİA Servis” mərkəzinin yarıtmaz fəaliyyətilə bağlıdır. Beləliklə, redaksiyamıza müraciət edən Qazax sakini, vətəndaş Şamil Əliyev öz ərizəsində başına gələnləri belə təsvir edir: “2012-ci ilin axırlarında Gəncədə yerləşən avtosalondan “KİA Cadenza” markalı avtomobil aldım. Maşının 5 illik zəmanəti var. Bütün bu müddət ərzində də avtomobilə yalnız Gəncə şəhərində fəaliyyət göstərən “KİA Servis” mərkəzində qulluq olunub. Üç gün bundan əvvəl isə, maşın məni gözləmədiyim halda yolda qoydu. Hadisə Ağstafayaya gedərkən baş verdi. Trasla hərəkət edərkən, heç bir səbəb olmadan avtomobilin sürət qutusu sıradan çıxdı. Təbii ki, Gəncəyə, servis mərkəzinə zəng vurdum. Əlaqə saxladığım şəxs servisin Əbdülxaliq adlı əməkdaşı idi. Məsələni ona danışanda, həmin şəxs mənə dedi ki, avtomobillərin sürət qutularının təmirilə yalnız Bakıdakı servis mərkəzində məşğul olurlar. Bunu bəhanə edib, hətta mərkəzin hesabına evakuator göndərməkdən də imtina etdilər. Məcbur qalıb öz hesabıma evakuator çağırdım və nasaz avtomobili Gəncəyə apardım. Buna 100 manat xərcim çıxdı. Hələ bir geri qayıtmağım, Ağstafaya taksi ilə getməyim və bəzi xırda-para xərclər də mənə əlavə 50 manata başa gəldi. Gəncədə avtomobili diaqnostika edib təsdiq etdilər ki, həqiqətən də problem sürət qutusundadır. Həm də qeyd etdilər ki, bu, “Cadenza” modellərində çox yayılmış zavod deffektidir. Bundan sonra isə, avtomobili Bakıya daşımaq üçün məndən daha 200 manat pul istədilər. Əvvəlcə servisin rəhbəri İbrahim müəllimə müraciət etdim. Nəticə olmadı. Bundan sonra Bakıda yerləşən “KİA Servis” mərkəzinə zəng vurdum. Mənimlə danışan şəxs mərkəzin baş meneceri Elnur Seyidəliyev oldu. İlk əvvəl bu şəxs də avtomobilin Bakıya mənim hesabıma daşınmalı olduğunu iddia edirdi. Lakin sonradan, Gəncə servis mərkəzinin rəhbəri İbrahim müəllim mənə dedi ki, Elnur ona zəng vurub və deyib ki, daşınma haqqının 160 manatını şirkət, 40 manatını isə mən ödəməliyəm. Bu təklifi də belə izah edirlər ki, guya Cənubi Koreyalı tərəfdaşları “KİA Motors Azərbaycan”ın servis mərkəzlərinə xarab olmuş avtomobillərin daşınması üçün məhz bu məbləğdə, yəni cəmi 160 manatlıq limit ayırıblar. Onda belə çıxır ki, “KİA” avtomobilləri ilk beş il ərzində yalnız serviz mərkəzlərinin yaxın ətrafında sürülmək üçün nəzərdə tutulub? Lakin mən bütün bunları Elnur Seyidəliyevə başa sala bilmədim. Son sözü də bu oldu ki, hara istəyirsən şikayət edə bilərsən. Əlbəttə, mən burada 40 manatın davasını etmirəm. Amma məsələ bundadır ki, əgər “KİA Motors Azərbaycan” dünya şöhrətli avtomobil markasını ölkəmizdə təmsil etməyə qalxıbsa, onda buyursunlar beynəlxalq standartlara uyğun da iş qursunlar. Bu arada isə, mənim avtomobilim hələ də Gəncə “KİA Servis” mərkəzinin bokslarından birində durmaqdadır...”
Biz yuxarıda da qeyd etdik ki, qəzetimizin ötən saylarında bu kimi hallara dair aldığımız müraciətlər əsasında artıq bir neçə tənqidi material dərc olunub. Həmin materiallardan bir neçəsində isə, bilavasitə “Kia Motors Azərbaycan” MMC-nin rəhbəri Əşrəf Səfərovun öz müştərilərinə qarşı yol verdiyi qanunsuz hərəkətlərlə bağlı ciddi iradlar da yer almışdı. “Balıq başdan iylənər” prinsipinə əsaslansaq, Elnur Seyidəliyevin də vətəndaşlara qarşı sərgilədiyi etinasızlığın haradan qaynaqlandığını görmək elə də çətin olmaz. Digər tərəfdən isə, bu işbazların öz əməlləri ilə ölkəmizi xarici tərəfdaşlar qarşısında da hansısa üçüncü dünyü dövlətlərindən biri kimi təqdim etmələrini də xüsusilə vurğulamaq lazımdır. Ərizədən də göründüyü kimi, Gəncə “KİA Servis”in əməkdaşları “Cadenza” model avtomobillərinin sürət qutularında zavod deffektinin olmasını çox yayılmış hal kimi qeyd ediblər. Belə olduğu halda, hansı səbəbdən bu avtomobillərin ölkəmizdə satışı yenə də həyata keçirilir? Bundan başqa, hansı haqla Cənubi Koreyalılar hələ bir bizə satdıqları deffektli avtomobilin zəmanət servisinə hansısa limit və məhdudiyyətlər də qoyurlar? Görəsən belə fırıldaqları onlar Avropa ölkələrində həyata keçirə bilərlərmi? Əlbəttə ki, yox! Çünki həmin ölkələrdə Əşrəf Səfərov kimi, Elnur Seyidəliyev kimi sapı özümüzdən olan baltalar yoxdur. Əgər varsa da, onları böyük ehtimalla beynəlxalq biznes layihələrinə heç yaxın da buraxmırlar.
Çox ümid edirik ki, “Kia Motors Azərbaycan” MMC-nin yarıtmaz fəaliyyətindən dolayı son vaxtlar getdikcə artan şikayətlərin fonunda, müvafiq qurumlar tərəfindən bu şirkətin fəaliyyəti yaxın vaxtlarda ciddi şəkildə araşdırılacaq. Hələlik isə, yeni avtomobil almaq arzusunda olan vətəndaşları öz seçimlərində daha diqqətli olmağa çağırırıq.
Qarşı tərəfin də münasibətini öyrənmək istərdik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|