5 barmağın beşi də bir deyil... - Alı Qocayev də belə başçıdır...
Tarix: 8-11-2016, 11:37 | Çap et
![5 barmağın beşi də bir deyil... 5 barmağın beşi də bir deyil...](/uploads/posts/2016-11/thumbs/1478590697_0001.jpg) Redaksiyamıza daxil olan məlumatlarda yenidən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin fəaliyyətindən doğan narazılıqlar yenidən yer almağa başlayıb. Xatırlayırsınızsa bir müddət əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallarda biz Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara diqqət yönəltmişdik. Elə həmin materiallarda da qeyd olunmuşdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür. Məsələn, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Samux rayonu Qiyaslı kənd orta məktəbinin pedaqoji heyətinin və kənd ziyalılarının kəskin etirazlarına dair materiallar dərc olunmuşdu. Bu etirazlar isə, Alı Qocayevin sözügedən məktəbə Günay Rzayevanı direktor təyin etməsinə qarşı yönəlmişdi. Açıqlamalarda bildirilirdi ki, məktəbin ağsaqqal müəllimləri və kənd əhalisi G.Rzayevanın bu təyinatını uzun illər Qiyaslı kənd orta məktəbində əmək sərf etmiş müəllimlərə hörmətsizlik kimi qiymətləndirirlər. İcra başçısı isə, ictimai rəyə son dərəcə etinasız münasibət nümayiş etdirərək, ehtirasların daha da qızışmasına yol açmışdı.
Bundan bir qədər sonra isə, Alı Qocayevin Samux RİH-nin başçısı vəzifəsində göstərdiyi qeyri-qənaətbəxş fəaliyyətinə dair redaksiyamıza yeni məlumatlar daxil oldu. Həmin məlumatlarda rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları barədə rayon sakinlərinin şikayətləri öz əksini tapmışdı. Şikayətçilər xüsusilə qeyd edirdilər ki, Alı Qocayevin himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olurlar.
Lakin bu açıqlamaları aldığımız vaxtdan sonra keçən müəyyən bir dövr ərzində Samuxdan aldığımız şikayətlər bir qədər səngiməyə başladı. Bir çox mənbələrin yekdil rəyinə görə, buna səbəb həmin dövrdə ölkə mətbuatında dərc olunan məlumatlarda Alı Qocayevin adının məlum Elşad Abdullayev qalmaqalı ilə bağlı hallandırılması olmuşdu. İddia olunur ki, Samuxun icra başçısı “ara sakitləşənə” qədər gözləmə taktikasına əməl etmək qərarına gəlib. Son aldığımız məlumatlarda isə, Alı Qocayevin artıq yenidən “aktivləşdiyi” və bu fəallığın da ilk növbədə icra başçısının özü üçün yeni obyektlərin tikintisinə start verməsində təzahür etdiyi vurğulanır. Bunun təsdiqi olaraq, mənbə Gəncə şəhərində inşa olunan “Zülfiyyə” şadlıq sarayının tikintisini diqqət mərkəzinə çəkir. Bu məqamı da qeyd edək ki, aldığımız açıqlamaların birində Alı Qocayevin yaxın ətrafında olan şəxslərdən də birinin barəsində məlumat verilir. Məlumatda deyilir: “Alı Qocayev Samuxa başçı gələndə, özü ilə Bakıdan Fazil adlı bir nəfər də gətirmişdi. Bu şəxs başçının qohumu (gəlininin qardaşı) olmaqla, Binəqədi rayonunda işlədiyi müddətdə qeyri-qanuni tikintilərə nəzarəti həyata keçirirdi. Lakin görünür Samuxun havası Fazilə “düşmədi”. Buna görə də başçı onu bu yaxınlarda yenidən Bakıya, rayonlardan birinin mənzil-kommunal təsərrüfatı birliyinə rəis göndərib...”
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz göstərmişik ki, bu gün respublikamızın demək olar ki, bütün rayonlarında, şəhər, qəsəbə və kəndlərdə intensiv surətdə həyata keçirilən əsaslı bərpa-təmir işləri, küçə və yolların abadlaşdırılması yerli sakinlərin sosial durumunun yüksəlməsinə, məişət problemlərinin həllinə güclü təkan verir. Digər tərəfdən isə, hələ də bu proseslərdən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurlara kifayət qədər tez-tez rast gəlirik. Bu deyilənlərin təsdiqini tapmaq üçün isə, Samux rayonunda cərəyan edən prosesləri müşahidə etmək kifayət edir.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|