Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Gədəbəydə hesab ondan sorulur... - Azər Bayramova söykənən özbaşınalıq
Tarix: 24-11-2016, 10:39 | Çap et
Gədəbəydə hesab ondan sorulur...
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov uzun illərdir ki, bu vəzifədə təmsil olunmasına baxmayaraq, hələ də rayonun maliyyə sisteminin inkişafı üçün elə də ciddi addım atmayıb. Belə ki, dövlət büdcəsindən rayona ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti əlində cəmləyən Namiq Məmmədovun geniş biznes imkanlarına sahib olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, məhz maliyyə nazirinin birinci müavini Azər Bayramovun dəstəyi nəticəsində üzləşdiyi bir sıra problemləri asanlıqla yoluna qoymağa müvəffəq olub. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun qanundankənar əməllərindən şikayətçi olan şəxslərdən biri də adıçəkilən rayonun sakini, 20 Yanvar küçəsi, ev 14-də qeydiyyatda olan Oqtay Qara oğlu Əliyevdir. Belə ki, o, bir müddət öncə Gundelik-Baku.com-a etdiyi müraciətində bildirib ki, Namiq Məmmədov rayonun büdcəsindən istədiyi kimi istifadə edir: «Əlimizdə faktlar var ki, rayonda mədəniyyət evi indiyədək 3 dəfə təmir olunub. Namiq Məmmədov Gədəbəyin büdcəsindən istədiyi kimi istifadə edir. Elə bil şəxsi büdcəsidir, nə istəyir onu da edir. Namiq Məmmədovun bu gün rayonda apteki, villaları var. Bildiyimə görə, o, Çin səfirliyinin yanında 16 mərtəbəni boya-boy götürüb, Sumqayıtda, Gədəbəydə Slavyanka kəndində məktəbin həyətində dayısı oğlunun adına villalar tikdirib. Namiq Məmmədov bunları hansı pulla, hansı gəlirlə əldə edib?» Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi ilə bağlı əlində kifayət qədər faktın olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, Namiq Məmmədov rayonun büdcəsini dağıdıb yeyir: «Odur ki, müvafiq qurumlardan onun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını xahiş edirəm. Yalnız bundan sonra Gədəbəy əhalisi azadlığa çıxa bilər. Qeyd edim ki, o, rayonun mədəniyyət evlərini də pis hala salıb. Əksər mədəniyyət evlərində sovet illərindən qalmış mebellər var. Əgər bununla bağlı yoxlama aparılsa, onda mədəniyyət evlərinə ayrılan vəsaitlərin taleyi bəlli olar. Bundan başqa, rayonun mərkəzi xəstəxananasının yaxınlığında Namiq Məmmədovun «Nur» kafesi, «Nur» marketi mövcuddur. Eyni zamanda, xəstəxananın əsas giriş qapısı dəyişidirilərək onun yerində özləri üçün kabinetlər düzəltdirib. Bir sözlə, o, ürəyi nə istəyirsə, onu da edir». Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Gədəbəy rayon sakinləri ciddi problemlər, sosial qayğılar məngənəsində boğulur. Bunun əsas səbəbkarı kimi maliyyə idarəsinin rəisini göstərən məlumatlı şəxs iddia edir ki, rayonun əksər kəndlərində məktəblər, klublar, kitabxana və mədəniyyət evləri, uşaq bağçaları, kənd xəstəxanaları fəaliyyətlərini ancaq kağız üzərində aparırlar: «Deyilənlərə görə, rayona ayrılan vəsaitin böyük bir hissəsi köçürüldüyü andaca maliyyə idarəsinin rəisi Namiq Məmmədov tərəfindən mənimsənilir. Bura abadlığa ayrılan vəsaitlərdən alınan «şapka»ları və əməkhaqqından tələb olunan min bir adda «ödəniş»in məbləğini əlavə etsək, maliyyə rəisinin aylıq gəliri təxminən, 100-120 min manat, illik gəliri bir milyon iki yüz və bir miyyon dörd yüz min civarında olar. İş o yerə çatıb ki, bu gün Namiq Məmmədov icra başçısından heç də az səlahiyyətlərə malik deyil. Deyilənlərə görə, rayonda sahibkarların baş bəlasına çevrilmiş Namiq Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır. Bildirilir ki, onun Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur. Qeyd olunur ki, yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən Namiq Məmmədov yerli iş adamlarına göz verib, işıq vermir, onları əlavə problemlərlə üz-üzə qoyur». Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, rayonun ən imkanlı şəxslərindən birinə çevrilən Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib: «Deyilənlərə görə, Namiq Məmmədovun fəaliyyəti son dərəcə narazılıq doğurur və maliyyə nazirinə saysız-hesabsız şikayətlər ünvanlanır. Lakin bu müraciətlər nazirin birbaşa ünvanına gəlib çatmır. Belə ki, Gədəbəyin maliyyə rəisinin kuratoru, həmyerlisi olan nazir müavini Azər Bayramov məktubların nazirin əlinə keçməsinə imkan vermir. Bu iyerarxik mərhələdə nazir müavini Gədəbəydən gələn şikayət məktublarını qəhətə çıxarır. Odur ki, Namiq Məmmədov Gədəbəydə sahibkarlara «qan uddurmaqda»da davam edir. Deyilənlərə görə, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi bir müddət əvvəl Əli Abdullayevə məxsus obyekti ələ keçirib. Belə ki, əvvəlcə həmin obyekt uçurdulub. Atılan belə bir addımdan sonra Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir. Lakin hələ Əli Abdullayev sağ ikən tikilmiş obyektə Namiq Məmmədov göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov 65 min manata obyekti ələ keçirə bilir. Maliyyə şefinin obyekti 500 manata icarəyə verdiyi bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb. Amma iş bununla bitmir. Rayonun Heydər Əliyev adına parkındakı çay evi də Namiq Məmmədova məxsusdur. Nazirin isə xəbəri yoxdur ki, idarə rəisi rayonda çayxana işlədir. Deyilənlərə görə, bütün bu obyektlər Namiq Məmmədov tərəfindən başqalarının adlarına sənədləşdirilib…»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlardırmağa hazırıq.

P.S. Növbəti sayımızda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla bağlı əldə etdiyimiz daha ilginc bilgiləri diqqətinizə çatdıracağıq. Məhz o zaman biləcəksiniz ki, hazırda Gədəbəy rayonundakı obyektlərin böyük əksəriyyəti milyonçu, oliqarx məmur Namiq Məmmədova məxsusdur.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru