“Qardaşın bizdədir, ora-bura zəng etmə” - Bankda əməliyyat
Tarix: 25-01-2017, 12:04 | Çap et
![“Qardaşın bizdədir, ora-bura zəng etmə” “Qardaşın bizdədir, ora-bura zəng etmə”](/uploads/posts/2017-01/thumbs/1485331499_0001.jpg) Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan vəzifəli şəxslərinin cinayət əməllərinin ifşası davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, MTN zabiti Natiq Alıyev və Zaur Məmmədovun cinayət işi üzrə zərərçəkənlərdən biri də “Zaminbank”ın valyuta dəyişmə məntəqəsinin sahibi Elşən Həsənov olub.
E.Həsənov istintaqa ifadəsində deyib ki, 9 saylı valyuta mübadilə məntəqəsi rəsmi olaraq qardaşı Seymurun adına olub, özü isə müştəri tapmaqda qeyri-rəsmi olaraq ona kömək edib. 2015-ci il mayın 8-də daimi müştərisi Farizə xanım ona zəng edərək əri Kamranın 300 min dolları avroya çevirmək istədiyini deyib: “Təxminən 10-15 dəqiqə sonra Seymurla danışıb bu barədə ona məlumat verdim. Günorta saat 14 radələrində qardaşıma zəng çatmadı, onun işçiləri Halay və Zaura zəng etdim, ona da zəng çatmadı. Narahat oldum, qonşuluqdakı mağazalardan birinin satıcısına zəng nedib soruşdum. Dedi ki, məntəqə bağlıdır, qardaşıngili də 7-8 nəfər mülki geyimli şəxs 2-3 maşına mindirib aparıblar.
Mən də dərhal polis idarəsinə, bölməyə və başqa 1-2 tanışa zəng edib nə baş verdiyini öyrənməyə çalışdım. Həmin vaxt 211-lə başlayan nömrədən zəng gəldi, açdım. Zəng edən adam özünü MTN əməkdaşı kimi təqdim etdi. Dedi ki, “qardaşın bizdədir, ora-bura çox zəng etmə, özün də gəl MTN-ə”. Bildim ki, telefonumu dinləyiblər, polisə zəng etdiyimi biliblər. Nazirliyə getdim, içəri girəndə gördüm qardaşım Seymur, işçilər Halay və Zaur, bir də müştərimiz Kamran dəhlizdədi. MTN-nin gənc əməkdaşları bizdən izahat almağa başladılar. Bundan sonra özlərini vəzifəli şəxslər kimi təqdim edən Natiq Alıyev və Zaur Məmmədov bizə yaxınlaşıb kassada olan pulun göstərilənlərdən artıq olmasının səbəbini soruşdular. Seymur cavab vermək istəyəndə onu danışmağa qoymadılar və bizi həbs edəcəklərini dedilər. Məntəqənin işi belədir ki, müştərilərdən alınan pul vəsaitlərini dərhal rəsmiləşdirmək olmur. Buna görə də pullar yığılır, 2-3 saatdan bir sənədləşdirilir”.
Bundan sonra MTN zabitləri onlarla açıq danışmağa, nə istədiklərini deməyə başlayıblar: “Natiq dedi ki, “sən böyük qardaşsan, səninlə danışacağam”, sonra qardaşımı çölə çıxartdılar. Natiq mənə dedi ki, həbs edilməməyimiz üçün 500 min dollar verməliyik. Bunun çox olduğunu dedim. 4-5 saat məbləğlə bağlı müzakirə apardıq, arada çıxıb gedirdilər, yenə qayıdıb soruşurdular ki, “nə oldu?” Hər dəfə də o qədər pulu toplaya bilməyəcəyimizi dedim. Axırda Natiq Alıyev dedi ki, “gecəni burda qalarsınız, ağlınız başınıza gələr”. Bizi səhərə kimi dəhlizdə saxladılar, səhər saat 10-da Natiq gəlib dedi ki, “artıq sizin məsələniz həll olunub, 300 min verməsəz, həbs olunacaqsız”. O qədər pulumun olmadığını dedim, onda “200 mini bu gün çatdırmasaz, birdəfəlik burda qalacaqsız” dedi. Çox qorxduğumdan, bütün gecəni müdafiəsiz, girov saxlanıldığımdan, vəzifəli şəxslərin əlində olduğumdan çarəsiz qalıb 200 min dollar verməyə razılaşdım. Qardaşım Seymuru buraxdılar ki, gedib pulu gətirsin. O da gedib dostumuz Anardan 100 min dollar borc alıb gətirdi. Natiq Alıyev məntəqədən götürdükləri 300 min dollardan 120-ni özlərinə götürüb qalanını qaytardı, bizi də buraxdılar. Bununla da, 220 min dollar borca düşdük”.
Qeyd edək ki, adıçəkilən Kamran Ağabəyov böyük qabaritli yükdaşınma üçün “MAN” markalı maşınların alınıb ölkəyə gətirilməsi ilə məşğul olub. O istintaqa ifadəsində deyib ki, bir şirkətin sifarişi ilə həmin avtomobildən 2 ədəd almalı olub. Məntəqədə dəyişdiyi 300 min dollar da həmin şirkətə məxsus olub.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|