Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                 

MTN əməkdaşları ilə gömrükçülər arasında mübahisə - FAKTLAR
Tarix: 7-03-2017, 07:19 | Çap et
MTN əməkdaşları ilə gömrükçülər arasında mübahisə
Əvvəl damarını doğradı, sonra ürəyinə bıçaq vurdu, yenə sağ qalanda isə xəstəxanada yuxarı mərtəbədən özünü atdı...

"MTN işi"ndə bir qrup adam var ki, zərərçəkən kimi tanınsalar da, onların konkret kimin əməlindən ziyan çəkdiyi müəyyənləşdirilməyib. Daha doğrusu, onların ziyan çəkdiklərini iddia etdikləri adamlar məsuliyyətə cəlb olunmayıb, hətta bir qismi, əvvəlki kimi, ləğv olunmuş MTN-in bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində işləməkdə davam edir.

Belə zərərçəkənlərdən biri də mərhum Cahangir Məmmədovun yaxınlarıdır. O Cahangir Məmmədov ki, kredit götürmək üçün banka girov qoyduğu ev əlindən alınanda intihar edib. C. Məmmədov ailəsinin yaşadığı evin müsadirə olunmasıyla bağlı məhkəmədən sonra əvvəlcə damarlarını doğrayıb, amma onu xilas ediblər. Bundan sonra ürək nahiyəsindən özünü bıçaqlayıb. Onu xəstəxanaya çatdırıblar. Ayılanda sağ qaldığını görüb, bu dəfə xəstəxananın pəncərəsindən özünü ataraq, intihar edib.

Bankdan həmin pul isə qanunsuz həbs olunan C. Məmmədovu azad eləmək üçün götürülübmüş. Bu məsələ ilə bağlı prokurorluqda araşdırma gedir.

MTN əməkdaşları ilə gömrükçülər arasında mübahisə

MTN əməkdaşları Cahangir Məmmədov da daxil olmaqla, altı nəfəri həbs edib. Bu altı nəfərdən dördü – Sərdar İsmayılov, Orxan Abdullayev, Əfsəl Həsənəliyev və Cahangir Məmmədov (onun ölümündən sonra da qardaşı - red.) xeyli vaxtdır ki, günahkarların cəzalandırılması, pullarının geri qaytarılması üçün dövlət orqanlarının, məhkəmələrin qapılarında qalıb. Deyirlər ki, təkcə elə Prezidentə 10-dan artıq məktub, teleqram göndəriblər. Əsas narazılıqları da budur ki, onları qanunsuz, heç bir əsas olmadan həbs eləyən, aylarla həbsdə saxlayandan sonra pullarını əllərindən alan, hətta evlərini girov qoymağa məcbur edən adamlar cəzalandırılmır.

Adları çəkilən zərərçəkənlərdən Əfsəl Həsənəliyev də ailəsinin yaşadığı evi itirmək üzrədir. Çünki o, həbsdə olduğu müddətdə girov qoyub kredit götürdüyü evin müsadirəsindən ötrü “Unibank” məhkəməyə müraciət edib. Xeyli vaxtdır ki, Nərimanov rayon məhkəməsində bu işə baxılır.

Bu zərərçəkənlər 2013-cü ilin martında Çindən Gürcüstanda satmaq üçün pirotexnik mallara aid “fişənglər” gətiriblər. Lakin Gürcüstanda malların satışında problemlə üzləşiblər. Ona görə də pirotexnik malların satışında məhdudiyyət olmayan İrana aparmaq qərarına gəliblər. Bu məqsədlə də o malların Azərbaycandan tranzit keçirilib İrana aparılmasına dair sənədləşmə işləri qaydasına salınıb. Mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük əməkdaşlarının müşayiəti altında Astara gömrük postuna yola salınıb. Yolda MTN əməkdaşları yük maşınını saxlatdırıb, gömrük əməkdaşlarının nəzarəti altında olan, möhürlənmiş yükü özləri ilə aparacaqlarını deyiblər. Səbəbini də belə izah ediblər ki, onlarda bu yük maşınında qaçaqmal olduğu haqda məlumat var. Əlavə ediblər ki, bununla bağlı MTN-də artıq cinayət işi başlanıb. Maşını müşayiət edən gömrükçülər onu aparmağa imkan verməyib. MTN əməkdaşları gömrükçülərin iştirakı ilə yük maşınına baxış keçiriblər. Amma maşında gömrüyə bəyan edilməyən, yəni qaçaqmal sayılan heç nə aşkarlanmayıb. Buna baxmayaraq, yük yerini MTN-in möhürü ilə möhürləyib, maşını aparacaqlarını deyiblər. Gömrükçülər yükün gömrük nəzarətində olduğunu əsas gətirib, gömrük təminatı ilə möhürlənməli olduğunu desələr də, əhəmiyyət verilməyib.

MTN generalı gömrük generalını saymadı

Sərdar İsmayılovun sözlərinə görə, onları qaçaqmalçılıqda və qanunsuz sahibkarlıq cəhdində suçlayıb həbs eləyiblər: “Məqsəd də sonradan bizə zor tətbiq etməklə böyük pullar almaq idi. Bizi xeyli müddət həbsdə saxlayandan sonra məndən və Orxan Abdullayevdən 50 min manat, Əfsəl Həsənəliyevdən 32 min manat, Cahangir Məmmədovdan isə 80 min manat aldılar. Pulu alandan sonra eyni gündə dördümüzün də ürək xəstəliyindən əziyyət çəkdiyimiz barədə ekspert rəyləri alıb, həbsdən buraxdılar. Yerdə qalan iki nəfərin isə pulları olmadığına görə onlar bir il qanunsuz olaraq, həbsdə yatıb çıxdılar. Dörd adam birdən-birə necə ürək xəstəsi ola bilərdi? Müstəntiq bu oyunları apararkən istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorluq əməkdaşları niyə göz yumurdular? Bu da düşünməyə əsas verir ki, onlar da əlbir olublar”.

Bu adamlar həbsdə olduğu zaman Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev MTN-in İstintaq İdarəsinin rəisinə məktub göndərib. Məktubda da yazıb ki, o mallar Beynəlxalq Tranzit Gömrük Proseduru ilə rəsmiləşdirilib. Yəni qaçaqmal sayıla bilməz. Amma MTN generalı Mövlam Şıxəliyev gömrük generalı Əsgər Abdullayevin məktubuna əhəmiyyət verməyib.

“Bizi MTN-də soğan qabığı kimi soydular”

Zərərçəkənlər Prezidentə müraciətlərində yazır ki, MTN əməkdaşları qaçaqmal adıyla əllərindən aldıqları malları sonradan bazarda satışa çıxarıb. Şikayətçilər MTN əməkdaşlarının pirotexnik malları kimin vasitəsilə satdırdığını da yazıb, konkret ad da çəkiblər. Onların sözlərinə görə, həmin şəxs hazırda həbsdə olan general, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun həmyerlisidir, həm də yaxın münasibətləri olub:

“Bizim zərərçəkmiş olduğumuz işin istintaqını aparan Əli Babayevə şahid bizim müsadirə olunmuş mallarımızı haradan kimin götürdüyü, harada satıldığı barədə ətraflı məlumat verib. Amma nədənsə, bu məsələ qulaqardına vurulur. Necə ola bilər ki, məhkəmə hökmü ilə dövlət nəfinə keçmiş mallar “Sədərək” bazarında satılsın?”

Heç bir cinayət törətmədikləri halda, 5 ay həbsdə saxlandığını deyən məktub müəllifləri adlarını çəkdikləri şəxslərin cəzalandırılmasını, bir də pullarının geri qaytarılmasını istəyirlər: “MTN əməkdaşları bizi soğan qabığı kimi soyublar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru