"Kabinetlər köçürülüb, avadanlıqlar dəhlizlərə yığılıb, həkimlər qıraqda qalıb" - Xəstələr şikayətçidir
Tarix: 13-03-2017, 13:08 | Çap et
Bu gün Elmi-Təqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda xəstələr etiraz aksiyası keçirib. Xəstələrin Gununsesi.info-ya verdikləri məlumata görə, buna səbəb institutda iş rejiminin pozulması, eyni zamanda qəbul və diğər şöbələrinin işinin iflic vəziyyətinə düşməsidir: “ Kabinetlər köçürülüb, avadanlıqlar dəhlizlərə yığılıb, həkimlər qıraqda qalıb. Hansı həkimə yaxınlaşırıqsa, müayinə üçün kabinetlərin köçürüldüyünü deyir. Artıq bu haqda nazirliyin Qaynar Xəttinə şikayət edib, baş verənlər haqqında xəbər vermişik”. Xatırladaq ki, martın 6-dan etibarən Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda kollektiv bir-birinə dəyib. Gununsesi.info-ya bu haqda məlumat verən mənbənin sözlərinə görə, buna səbəb kollektivə yenicə direktor təyin edilən Həqiqət Qədirovanın xəstəxanın təmir işlərinin xərclərini kollektivin üzərinə qoymasıdır. İnstitutun həkimləri iddia edirlər ki, Həqiqət Qədirova onları məcbur edir ki, xəstəxananı təzədən təmir etdirsinlər: “Yeni direktorun işə təyin olunmasından bir ay keçməmiş həkim və tibb personalını məcbur edir ki, institutu təmir etdirək. Hər kəs çalışdığı şöbəni yenidən təmir etsin, elektrik, su xətlərini yeniləsin, məgər büdcədə pul yoxdur? Təbii var. Sadəcə, həmin pullar yeyilib, təmir isə lazımi səviyyədə aparılmayıb. Axı nəyə görə təmiri xəstəxananın kollektivi etməlidir? Dövlət müəssisəsidir e.. bu xəstəxana. Dövlət də onun bütün xərclərini ödəyir”. Mənbə iddia edir ki, H.Qədirova vərəm üzrə mütəxəssis deyil: “O, vərəm üzrə mütəxəssis deyil, mikrobioloqdur. Lakin vərəmə aid hər şeyə qarışır. Ölüm hadisələri olur, lakin bütün bunlar müzakirə edilmir. Əsas problemimiz budur. Vərəmlə, infeksiyayla işləyə-işləyə bizə deyir ki, xəstədən aldığınız 3-5 manatla xəstəxananı təmir etdirin. Heç kim də ağzını açıb danışa bilmir. Çünki onun nazirliklə əlaqəsi var. Çünki səhiyyə naziri Oktay Şirəliyev onu şəxsən özü bura işə gətirib. Ona görə də onun yanında özünü yaxşı adam kimi göstərir. Qaynar xəttə zəng edə bilmirik. Hamı indiki ağır iqdisadi durumda işini itirməkdən qorxur. Xəstəxananın bütün müəssisələrində təmir gedib. Akuşer-ginekologiya, elmi-tədqiqat və digər müəssisələrinin hamısını təmirini dövlət öz üzərinə götürüb və bu işləri də həyata keçirib. Ən ağır sosial vəziyyət vərəm müəssisəsindədir. Ən ağır, sosial vəziyyəti çətin, ən kasıb xəstələr də vərəmdədir. Biz burada nə qazanırıq ki, müəssisəni də öz hesabımıza təmir etdirək. Büdcə nəyə görə vərəmdən müalicə müəssisəsinə pul ayırmır? Əgər ayırırsa da, hanı həmin pullar? Direktor 20 000 AZN tələb edir, bu təmir üçün. Bundan əvvəlki, ondan insaflıydı. 5 000 AZN tələb etmişdi. Allah üçünə biz də yığışıb elədik. Sonunda burada çalışırıq. İş şəraitimiz yaxşılaşdı. İndi isə nə az, nə də çox 20 000 AZN tələb edir. Hardan alaq? Bu soyuqda xəstələri içəri keçməyə qoymur. Bayırda uzun-uzadı növbəyə dayanırlar. Heç kimi qəbul etmir, dinləmir”. Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutnun direktoru Həqiqət Qədirova ilə əlaqə yaratmağa çalışsaq da, köməkçisi dəstəyi institutun təsərrüffat məsələləri üzrə dürektor müavini Asif Balayev cavab verdi. O əməkdaşımızla söhbətində bildirib ki, hazırda müəssisədə təmir işləri aparılmır. Təmir xərclərinin tibb personalının üzərinə qoyulmasına gəlincə isə o: “Belə bir şey yoxdur”-, deyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|