Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Əkbər Hacıyev bunlara görə nə zaman cavab verəcək? - İTTİHAM VAR
Tarix: 18-03-2017, 11:32 | Çap et
Əkbər Hacıyev bunlara görə nə zaman cavab verəcək?
Xırdalanda 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın cəsədinin aşkar edilməsilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işinə başlanıb.
Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə dəm qazından zəhərlənərək ölüblər.

Bir ailədən bir məktəbli oğul qalıb

Balakən rayon sakinlərindən aldığımız məlumata görə, dünyasını dəyişən balakənlilər rayonun Qazma kəndindəndirlər. Xanlayev soyadı əsasən bu kəndin sakinlərinə məxsusdur. Onlardan Nübar və Aytən Musayevalar ana-bala olub. Xanlayeva Turanə və Lamiyə isə bacı olublar. Onların nəşi srağagün gecə rayona çatdırılıb və dəfn edilib.
Həyatını itirənlərin valideynləriylə, yaxınlarıyla əlaqə saxlamaq istədik. Belə məlumat aldıq ki, valideynlər həkim nəzarəti altındadır. Qohumları isə qəfil hadisədən sarsıntı keçirdikləri üçün danışmaq istəmirlər.
Qazma kənd sakinlərindən bu məlumatları öyrənə bildik: “Nübar Musayeva onkoloji xəstə olub. Müayinə üçün Bakıya gəlib. Qızı Aytən Musayeva nişanlıymış, bu il toyu olacaqmış. Onun həyat yoldaşı Elçin Musayev illər öncə dünyasını dəyişib. Ailədən yalnız azyaşlı, məktəbli bir oğul qalıb. Musayevlərin Xanlayevlərlə qohumluq əlaqəsi var”.

Yenə də İran sobası...

Dünən hadisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyətində olduq. İcra hakimiyyətinin mətbuat əlaqələndiricisi Seymur Qasımbəyli bildirdi ki, hadisə istintaq araşdırması getdiyinə görə heç bir məlumat vermək səlahiyyəti yoxdur: “Bizdə mətbuatdan əldə etdiyimiz məlumatı bilirik. Evdə İran istehsalı olan qaz sobası olub və bu soba ekspertizaya götürülüb”.
Hadisə baş verən ünvana da getdik. 5 insanın həyatına son qoyulan 2-ci mərtəbədki 4-cü mənzil də daxil olmaqla, blokda yerləşən qapıların əksəriyyətini döydük, heç kəs qapını açmadı.

Qızlardan biri İran sobasının yanında yıxılıb...

Həyətdə, ikinci mərtəbəyə təəssüflə baxıb xısınlaşan sakinlərə yaxınlaşdıq. Azdan-çoxdan dillərindən “sözü kəlbətinlə qopara” bildik. Məlum oldu ki, mənzili kirayəyə verən Xırdalan şəhər sakini Zümrüd Mədətovadır. Mənzildə İqtisadiyyat və Humanitar kollecin 2 tələbəsi – Mələk Abbasova və Turanə Xanlayeva kirayə qalırmış. Digərləri qonaq gəliblərmiş. Tələbə qızlar bir neçə dəfə ehtiyatsızlıq edib, suyu açıq qoyub, bloka və alt qatda yaşayan qonşuların mənzilinə su dolub. Ev sahibi bununla bağlı qonşulara bir neçə dəfə üzürxahlıq da eləyib. Amma digər kommunal qurğularla bağlı onların dilindən şikayət eşidilməyib. Hadisə baş verməzdən bir gün öncə ilaxır çərşənbəylə əlaqədar onlar qonaqları ilə birgə şən, bayram ovqatında olublar: “Çoxları həyətdə tonqal ətrafındaydı. Axşam saat 10 olardı, onları da həyətdə gördüm. Çox sakit, mehriban qızlarıydı” – deyən sakinlərdən birinin sözlərinə görə, evə baxış keçirilərkən dünyasını dəyişənlərdən birini qaz sobasının yanında, yıxılı vəziyyətə tapıblar: “Görünür, sobanı söndürməyə gəlib, taqəti olmayıb, yıxılıb. Bu mavi yanacaq əzrayıldırmı, nə qədər can alacaq?!”

Ev sahibi başına o qədər döydü ki...

Sakinlərdən biri soruşdu ki, ev sahibiylə kirayənişin arasında müqavilə bağlanmadığı üçün Z.Mədətovanın “başı ağrıyacaqmı”: “Ev sahibi dünən gəldi bura. Qızlarını meyitini gördükcə başına o qədər döydü ki, özündən getdi. Deyirdi ki, kaş onlar bloka su axıdanda evdən çıxaraydım, bu hadisə də qızların başına gəlməyəydi. Qəzavü-qədərdi, nə eləmək olar?! Amma burda bir söhbət də gəzdi ki, onlar yeməkdən zəhərlənib. Düzünü bilən Allahdı. Eşitmişəm ki, tələbə qızlardan birinin atası sistem işçisidi, biri də Rusiyada olur, eşidib gəlir. Ölən qadın da tələbələrdən birinin xalasıymış”.
Doğruları öyrənmək üçün gərək mediaya doğru məlumat verən olsun. Heç kəs danışmaq istəmir, amma mətbuat əhli dürüst yazmamaqda qınanır.

47 yaşlı istilik sistemi olamayan bina...

26-cı məhəlləyə nəzarət edən 7 saylı Mənzil İstismar Sahəsində də olduq. Əlini-əlinin üstündə qoyub oturan 3 xanım işçi suallarımıza cavab verməyə ehtiyat elədi. “JEK”-in mühəndisi mənzilə baxış keçirib, İran sobası aşkarlayıbmı? “Hə”, “Yox”, “Bilmirəm” cavabını aldıq. Binanın yaşı nə qədərdir? Xanımlar dedilər ki, həmin bina 1970-ci ildə istifadəyə verilib və 1992-ci ildən orada istilik sistemi yoxdur və Xırdalanda istilik sisteminə qoşulmayan mənzillər çoxdur. İstiliyi olmayan mənzillərin “Azəristiliktəchizat”ın mərkəzi istilik sisteminə qoşulması üçün “JEK” və sakinlər tərəfindən bir təşəbbüs göstəriliməyibmi? Xanımların üçü də bir səslə dedi ki, bu haqda danışmağa səlahiyyətləri yoxdur.
Görəsən, seçkilərdən-seçkilərə aktivləşən bu “JEK”lərin hansı səlahiyyəti qalıb? İşçiləri bekarçılıqdan yorulur...

Sudan quru çıxan səlahiyyətlilər

O ki qaldı, Xırdalan sakini demişkən, “mavi ölüm mələyi”nə, “Azəriqaz”dan bildirlib ki, qazın tərkibiylə bağlı məsələ SOCAR-ın nəzarətindədir. Bütün səlahiyyətli qurumlar kimi “Azəriqaz”ın da yekun sözü belədir: “Araşdırmalar yekunlaşandan sonra onların ölüm səbəbi bilinəcək”.
Şübhəsiz bilinəcək, amma araşdırmanın nəticələri necə ictimailəşəcək? Kimlər məsuliyyətə cəlb olunacaq? Yenə də səlahiyyət sahibləri sudan quru çıxıb, səbəbkar olmayacaqlarmı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru