Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı - Həbsxanadan müraciət
Tarix: 4-04-2017, 11:41 | Çap et
Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı
“Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm” - hazırda həbsdə olan, Dövlət İqtisad Universitetini bitirmiş Neman Bayram oğlu Eminov redaksiyamıza göndərdiyi məktubunda belə yazır

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edildiyini yazan N.Eminov məktubunda iddia edir ki, ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudova arxalanan məmurların sifarişinin qurbanıdır.

N.Eminov özü haqda yazır ki, 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub: “Qəsəbədəki 2 nömrəli tam orta məktəbi “əla” qiymətlərlə bitirib, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra MN-nin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətimi yerinə yetirdim. Hələ orta məktəb illərində müəllim peşəsini sevdiyim üçün Gəncə Müəllimlər İnstitutunda riyaziyyat-informatika ixtisasına yiyələndim. Cəlilabad və Qazax rayonlarının orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul oldum. Sonra yaşadığım Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Pedaqoji fəaliyyətimlə paralel, Goranboy rayon Təhsil Şöbəsində kiçik referent dövlət qulluğu vəzifəsinə təyin olundum.
Bu vaxt şahidi oldum ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov oğlu Ramin Hseynovun ləğv olunmuş MTN-də işləməsindən sui-istifadə edərək RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov, metodist Etibar Abdullayev, Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva, Nizami kənd tam orta məktəbinin direktoru Mahnur Tağıyeva və Ağamalıoğlu kənd tam orta məktəbinin direktoru Zöhrə Əliyeva ilə əlbir olaraq Goranboy təhsilini “bazara” çeviriblər. Saxta yolla müəllimləri Gəncə Müəllimlər İnstitutundakı ixtisasartırma kursuna göndərirdilər. Müəllimlərin adı kursda olsa da, özləri məktəbdə dərslərini keçirdilər.
Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva 2012-ci ilin noyabr ayında məndən də 1000 manat aldı və sonra aldadıldığımı öyrəndim. Sonra pulumu tələb edəndə geri qaytarmadı. Bu məsələlərlə, xüsusilə, mənimlə bağlı məktəbin “Əmr” kitabı yoxlanılsa, kifayət qədər saxtakarlıqlar aşkar olar.
RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov Gəncə Müəllimlər İnstitutunun əməkdaşı Xasay Novruzovla əlbir olaraq məni aldatdılar.
Eyni zamanda, Xasay Novruzov Tovuz rayonunda fəaliyyət göstərən kollecin Yaşar adlı müəllimi, Gəncə Müəllimlər İnstitutunun Ələddin adlı müəllmi, keçmiş TQDK-nin əməkdaşı Elnur Nağızadə və Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovla işbirliyi quraraq müəllimlərdən, eləcə də məndən müxtəlif adlarla pul alaraq aldatmışdılar.
Belə olan halda, mən 29 oktyabr 2013-cü il tarixində aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi göndərərək, toxunduğum faktların araşdırılmasını xahiş etdim. Şikayətim araşdırılmaq əvəzinə, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun “sifarişi ilə” üstümə şər atılaraq, həbs edildim.
İbtidai istintaq araşdırılmasında, məhkəmədə mənə qarşı prokurorluq əməkdaşı, Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, Goranboy Rayon Məhkəməsinin hakimi haqsızlıq, ədalətsizlik etdilər, məni aldadan, mənə “saxta sənəd, arayış” verən bir qrup vəzifəli şəxslərin verdikləri rüşvətə görə mənim 5 il müddətinə azadlıqdan mərhum edilməyimə nail oldular. Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun sifarişi ilə həbs edildim.
Onun oğlu Ramin Hüseynov ləğv edilmiş MTN-in əməkdaşı, Eldar Mahmudovun kadrı idi. İlham Hüseynov Eldar Mahmudova arxalanıb mənə hədə-qorxu gəlirdi, istəyinə nail oldu, günahsız olsam da, həbs etdirdi”.
N.Eminov məktubunda cəzaçəkmə müəssisəsində başına gətirilən müsibətlər və qanunsuzluqlardan da yazır: “Cəza çəkdiyim Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev mənim hüquqlarımı pozur, mənə mənəvi işgəncələr verərək, süründürməçiliyə yol verir.
Belə ki, mənim hər hansı bir təşkilata, quruma şikayət ərizəsi göndərmək, müraciət etmək hüququm var. Lakin çox təəssüflər olsun ki, Natiq Hacıyev mənim bu hüquqlarımı pozmaq istəyir.
Cəza çəkdiyim müəssisənin məhkumlarına ərizə yazmaqda bəzən köməklik göstərirəm, müəyyən məsələlərdə istiqamət verirəm. N.Hacıyev buna görə də mənə hədə-qorxu gəlir, problemlər yaradır.
Qeyd edim ki, cəzamın 3-də bir hissəsini, demək olar ki, yarıdan çoxunu çəkmişəm. Cəzaların icra məcəlləsinə, qanunvericiliyə əsasən, məhkəmənin qərarı ilə rejimimi dəyişdirərək, qalan cəzamı çəkmək üçün məntəqə tipli müəssisəyə köçürülə, komendaturaya göndərilə bilərəm. Bunun üçün isə məhkəməyə barəmdə cəza çəkdiyim müəssisənin verdiyi müsbət xasiyyətnamə olmalıdır. Ancaq bu da mənim üçün problemə çevirilib. Rəis müavini Natiq Hacıyev mənimlə qərəz apardığına görə barəmdə müsbət xasiyyətnamə vermir.
Qeyd etdiyim kimi, cəzamın yarıdan çoxunu çəkdiyim səbəbdən ötən il Qaradağ rayon Məhkəməsinə cəzamın qalan hissəsini məntəqə tipli müəssisəyə göndərilməyim haqqında qərar qəbul edilməsi xahişi ilə müraciət etdim.
Qaradağ rayon Məhkəməsi xahişini təmin etmədiyi üçün həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apelleyasiya şikayəti verdim. Lakin Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Hakimlər, ittihamçı prokurorlar mənə köməklik göstərmədilər. Çünki pulum, məni onlara tapşıracaq arxam yoxdur.
Sonra həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdim. Mənə bildiriş gələndə ki, məhkəmə prosesi 28 mart 2017-ci il tarixindədir və hakim Gülzar Rzayevadir, o an çox sevindim və ümidləndim. İnanmaq istədim ki, təcrübəli hakim olan Gülzar Rzayeva ədalətli qərar qəbul edəcək.
Odur ki, böyük inam hissi ilə xanım Gülzar Rzayevaya yazılı müraciət yazıb göndərdim. Həmin müraciətdə hakimdən ümummilli lider Heydər Əliyevin ruhuna hörmət və etirama xatir barəmdə qanunauyğun qərar qəbul etməsini xahiş etdim. Ancaq hakim Gülzar Rzayeva 28 mart 2017-ci il tarixində keçirilən məhkəmə prosesində cəzamın 3-də iki hissəsini çəkməyimə baxmayaraq, cəzamı yüngülləşdirməkdən, yəni məni məntəqə tipli müəssisəyə göndərməkdən imtina etdi.
Bu günə kimi mənə qarşı edilən haqsızlıqlar, ədalətsizliklər barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, təəssüf ki, heç bir müsbət nəticəsi olmayıb.
Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm. Ona görə də qəzetiniz vasitəsilə Baş Prokuror cənab Zakir Qaralovdan, daxili işlər naziri cənab Ramil Usubovdan və ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, mənə qarşı yönələn haqsızlıqlara son qoyulmasına, hüquqlarımın pozulmasının qarşısının alınmasına kömək etsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eminov Neyman Bayram oğlu dünən redaksiyamızla telefon əlaqəsi saxlayaraq şikayətini təsdiqlədi, üzləşdiyi problemi ölkə içtimaiyyətinə və aidiyyəti qurumlara çatdırılmasını xahiş etdi.
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru