Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Tarix: 22-05-2017, 11:47 | Çap et
![Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı](/uploads/posts/2017-05/thumbs/1495439565_0001.jpg) Məşhur azərbaycanlı oliqarx, "PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır.
Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı İbrahim Nehrəmli və başqa iş adamları kimi "Beynəlxalq Bank” işində cəncələ keçmişdi.
Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes "imperiyası” çökməkdədir.
BakiPost.az-ın əldə etdiyi xəbərə görə, oliqarxa məxsus brilliant mağazası fəaliyyətini dayandırıb. "PNN Group”un tərəfdaşlarından olan məşhur "De Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən mağazası artıq bağlanıb. Şirkətin 2013-cü ildən Bakıda satışını həyata keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir. Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi göstərilir. Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.
İş adamının bir müddət əvvəl açdığı "Port Baku Mall”da yerləşən dünyaca tanınmış "WH Smith book-café” fəaliyyətini ötən il dayandırıb. "De Beers” brendi isə Bakıda 2013-cü ilin fevral ayından fəaliyyət göstərirdi. Mağazanın işləri ilə əsasən "PNN Group”un digər ortağı, Nizami Piriyevin oğlu Nəsib Piriyev məşğul olurdu. "PNN Group”un əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir. "PNN Group” "De Beers”lə yanaşı, "Hamley's” brendinin də tərəfdaşıdır. Ötən il isə mətbuatda 2015-ci ilin əvvəlindən bəri fəaliyyətini dayandıran və N.Piriyevə məxsus "Metanol” zavodunun SOCAR-a satıldığı ilə bağlı xəbərlər yayılmışdı.
Zavodun satılmasına səbəb kimi isə külli miqdarda borcunun olması göstərilirdi. Məlumatlarda qeyd olunurdu ki, N.Piriyevin zavodun inşasına 450 milyon dollar xərclədiyi barədə məlumatlar var. Zavodun inşasına 120 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı kredit verib. Geridə qalan kredit isə Beynəlxalq Bank tərəfindən ayrılıb. Hazırda zavodun kredit borclarının 850 milyon dollara qədər şişməsi barədə məlumatlar var.
Havaya buraxılan karbon qazını azaltmağa xidmət edən Metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələrindən biridir.
Onu da deyək ki, Nizami Nəsib oğlu Piriyev 1958-ci ildə Gəncədə anadan olub. 1992-2002-ci illərdə "PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti kimi fəaliyyət göstərən Piriyev sonradan Rusiyanın «StroyTransGasOil» neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib. Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər edən zaman tanış oldu. Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi. O zaman bildirilirdi ki, bunun üçün şirkət Toni Bleyerə 200 min funt-sterlinq qonorar ödəyib.
Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada - Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları Özbəkistanda ayaqqabı istehsalı biznesi var.
AzMeConun internet saytı yazır ki, Nizami və Nəsib Piriyevlərin Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi var. Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Lakin bu qədər sərvəti olan oliqarxın Bakıda mağazalarının bağlanması müəmmalıdır.![Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı](/uploads/posts/2017-05/thumbs/1495439527_01.jpg) ![Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı](/uploads/posts/2017-05/thumbs/1495439525_02.jpg) ![Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı](/uploads/posts/2017-05/thumbs/1495439557_03.jpg) ![Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı](/uploads/posts/2017-05/thumbs/1495439523_04.jpg) ![Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı](/uploads/posts/2017-05/thumbs/1495439584_05.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|