İtaliya səfirliyində rüşvət qalmaqalı: - tələbələrdən viza üçün pul alınıb?
Tarix: 22-09-2017, 09:47 | Çap et
Azərbaycandan İtaliya universitetlərinə qəbul olunan tələbələr bu ölkənin səfirliyindən viza ala bilmirlər. Bu barədə AFN-ə İtaliyada ali təhsil imkanı qazanan tələbələrdən biri məlumat verib. Onun sözlərinə görə, günlərdir səfirliyə ayaq döysə də viza ala bilmir: “Bunun üçün tutarlı səbəb də deyilmir, müxtəlif bəhanələrlə imtina edilir”.
AFN-ə danışan həmin tələbə adının çəkilməsini istəməsə də, olduqca ciddi problem haqda məlumat verib. O bildirib ki, səfirliyə gedib-gələn zaman dəllallarla qarşılaşıb: “Mənimlə gedən ailə üzvlərimə yaxınlaşıb dedilər ki, 3-4 min dollar versəniz viza məsələnizi həll etmək olar. Səfirlikdə tanış olduğum başqa bir tələbənin valideynindən 5 min dollar istəmişdilər. Belə çıxır ki, səfirlikdə bizə viza verilməsi məsələsinə məqsədli surətdə mane olanlar var.”
Qeyd edək ki, tələbələr dünən məsələ ilə bağlı Xarici İşlər Nazirliyində olublar. Qəbulda iştirak edən tələbələdən birinin sözlərinə görə, nazirliyin onlarla görüşən əməkdaşları səfirliyə təzyiq etmək imkanında olmadıqlarını deyiblər. Bildiriblər ki, artıq İtaliya tərəfinə iki dəfə nota verilib: “Bizə dedilər iki gün vaxt verin, rəhbərliyə də bu barədə məruzə edək, nə göstəriş verilsə ona uyğun addım atılacaq”. Tələbələr deyirlər ki, səfirlikdə viza alınmasında rüşvətin bünövrəsi ötən illərdən qoyulub, rüşvətlə viza alan tələbələr olub: “Biz bununla bağlı çoxlu şikayətlər etmişik. İtaliya səfiri ötən ay uzaqlaşdırılıb, bilmirik bizim şikayətlərimizə görədir, ya vaxtı bitib ona görə. Artıq yeni səfir öz işinə başlayıb, vizaların verilməsinə də həmçinin, bizə isə deyirlər ki, ikinci dəfə müraciət edənlərə verilməyəcək. Mən özüm turizm agentliyinə müraciət etdim, dedilər 2800 dollara viza verə bilərik, amma bu, turist vizası olacaq, o isə bizə sərf etmir. Köhnə səfirin vaxtında rüşvət olub, amma yeni səfir fəaliyyətə başlayandan bəri bu barədə söhbət belə gedə bilməz. Belə çıxır ki, əvvəllər rüşvət verib viza alıb gedənlərin ucbatından indi bizə problem yaranıb”.
Tələbələr qəbul olduqları universitetlərə məktublar yazaraq durumu bildiriblər: “Bizə cavab veriblər ki, onlar səfirliyə təzyiq edə bilməzlər, əllərindən gələn o olacaq ki, qeydiyyat müddətini dekabra qədər uzadacaqlar, gözləyəcəklər ki, problem yoluna qoyulsun. Eyni zamanda, viza problemi həll edilənədək bizim qəbul olduğumuz fakültələrdə yer olmasa, başqa fakültələrə, universitetdə yer olmasa isə başqa universitetlərə yönləndirməyə söz verirlər”.
Viza verilməkdən isə absurd bəhanələrlə imtina edilir. Belə ki, həmsöhbətlərimizin sözlərinə görə, səfirlik vizanı 99 faiz hallarda guya sosial-iqtisadi vəziyyətin qənaətbəxş hesab edilməməsi səbəbindən vermir: “Onlar bizdən maliyyə təminata dair bank arayışı istəyirlər. Tutaq ki, bizim bir il orda olmaq xərclərimiz minimum 5 min avro olmalıdır. Biz banka pul qoyur arayış alır onlara veririk ki, maddi təminatımız var. Məsələn, məndən 6 min avro istədilər, mən 9 min avroluq bank hesabımdan arayış verdim. Eyni zamanda biz onlara bildirdik ki, müsəlman dövlətinin vətəndaşı olaraq ailədən yardım alırıq. Qaranlıq məqam burasıdır ki, biz onlara artıqlaması ilə bank təminatı göstəririk amma eyni əsasla hamıya viza verməkdən imtina olunur. Bu, məntiqlə normal hal deyil. Belə çıxır ki, əsas problem nədirsə başqadır. Məsələn, birindən soruşub ki, niyə sənin 30 yaşın var hələ indi gedirsən oxumağa? Bu, absurddur. Biz hələ də müəyyən edə bilməmişik ki, viza verilmə meyarları hansılardır”.
Məsələ ilə bağlı XİN-dən mövqe öyrənmək cəhdimiz alınmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev zənglərimizə cavab vermədi. Mövqeyinin maraqlı olacağını nəzərə alıb parlamentin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli ilə əlaqə saxladıq. Təəssüf ki, deputat bu məsələdə hər hansı mövqe bildirməkdən imtina etdi. O, bunun üçün beynəlxalq əlaqələr şöbəsilə (?) əlaqə saxlamağımızı məsləhət gördü.
Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Bu gün, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Bu gün, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Bu gün, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
|