"Bank Respublika"nın özbaşınalığı... - ETİRAZ
Tarix: 20-10-2017, 13:49 | Çap et
Tanınmış hüquqşünas Ələsgər Məmmədli müştərisi olduğu "Bank Respublika"nın özbaşınalığı və qanunları heçə saymasından yazıb. AZXEBER.COM xəbər verir ki, hüquqşünas ötən gün 6 ildən çoxdur müştərisi olduğum "Bank Respublika"nın C. Cabbarlı küçəsində yerləşən Nərimanov filialına getdiyini və elektron şəkildə şəxsiyyətini təsdiq edən sənədi göstərməsinə baxmayaraq, bank əməkdaşları tərəfindən kobud münasibətlə üzləşdiyini deyib: "Dünən 6 ildən çoxdur müştərisi olduğum "Bank Respublika"nın C. Cabbarlı küçəsində yerləşən Nərimanov filialına getdim ki, mənə verdikləri və ayın sonunda müddəti bitən virtual kartımın istifadə müddətinin artırılmasına nail olum. Qarşılaşdığım münasibət məni heyrətə saldı. Doğrusu hələ də orda qarşılaşdığım münasibətin təsirindəyəm. Bank sektoru rəqabətli sektor olduğundan burda müştərini saxlamaq, yeni müştəri cəlb etməkdən daha çətindir və normal biznes məntiqi ilə hər müştəri üçün bank mübarizə aparmalı, onu özündə tutmağı bacarmalıdır. Mən şöbəyə daxil olub, sıra nömrəsi götürdüm və mənim növbəm gəldiyi zaman nömrə göstərilən xidmətçiyə yaxınlaşdım. Gənc bir xanım idi. Həmişə xidmət göstərənləri tanıdığımdan, bu xanımın yeni gəldiyi qənaəti məndə yarandı. Çox nəzakətlə salamlaşıb, 6 ildən çoxdur xidmət aldığım şöbədə həmin şöbə tərəfindən mənə verilən kartı xanıma təqdim etdim və onun müddətinin sona çatmaqda olduğunu, uzadılmasını xahiş etdim. Xanım əməkdaş öncə kartı aldı, kompüterə bir şeylər yazdı və mənə şəxsiyyət vəsiqəmi təqdim etməmi istədi. Mən dərhal əlimi cibimə atdım, amma xatırladım ki, vəsiqə maşında qalıb. Odur ki, ağıllı telefonun ekranında şəxsiyyət vəsiqəmi açıb, xanıma təqdim etdim. O, bunu qəbul edə bilmərik, hökmən ŞV özü olmalıdır dedi. Mən öncə elə bildim ki, mənimlə zarafat edir, dedim ciddisiniz, ŞV özünü fiziki şəkildə əlinizdə tutanda yenə eyni məlumatların, sistemdəki ilə eyniliyini yoxlamayacaqsız? Sizin üçün onu görmək önəmlidir, yoxsa tutmaq? Məntiqlə və hüquqla siz mənim şəxsiyyətimi eyniləşdirən sənədin bilgilərindən istifadə edirsiz. Onlar da hamısı ekranda var. Sonra düşündüm ki, xanıma daha güvənli bir yol təklif edim. Telefonda e-gov.az sisteminə girdim və öz hesabıma girib, ordan DİN-in xidmətləri arasından mənə verilən Şəxsiyyət vəsiqəsi bigilərini endirdim və dedim indi daha əmin ola bilərsiz. E-hökumət sisteminə keçidimizin bir məqsədi də sənədlərə virtual çıxış imkanıdır. Əlavə etdim ki, istərsəniz siz də öz kompüterinizdən sistemə girə bilərsiz və eyni kodu mən ora da daxil etdikdə sənədin əslini orda tapacaqsız. Maraqlıdır, xanım israr etdi və bu zaman mən daha səlahiyyətli və hüquqdan anlayan birinin gəlməsini istədim. Biri gəldi, adının Mirzə və soyadnın Sadiqov olduğunu çətinliklə öyrəndiyim bu şəxsə izah etdikdə təəccüblü olsa da o da kartı qəbul etməkdən imtina etdi və şəxsiyyət vəsiqəsinin özünü əlinə almaq istədiyini dedi. Mən ona izah etdim ki, hökumət yüz milyonlarla vəsait xərcləyib ki, sənədlərin elektron dövriyyəsi olsun, insanlar kargüzarlıq işlərindən qismən azad olsun, kağız-kuğuz daşımasın. Amma bu şəxsə izahım yetərli gəlmədi. Ondan xahiş etdim ki, mənə yazılı təqdim etsin ki, o nədən elektron sənədi qəbul etməkdən imtina edir və xidmət göstərmir. Rəsmi arayış verməkdən də imtina etdi". Ə.Məmmədlinin sözlərinə görə, bu münasibət qarşısında o "Bank Respublika"nın müştərisi olmaqdan imtina edib: "Beləliklə, mən bankdan və onların xidmətindən nümayişkəranı imtina etdiyimi bəyan edib, şöbədən ayrıldım. Sizlərlə də bunu paylaşmağımın məqsədi 16-cı əsrin bankının xidmətindən istifadə etmədən öncə düşünün. Qoy bank sistemində belə orta əsrlər qafası ilə işləyən "mütəxəssis”lər saxlayan bankirlər bir daha düşünsün".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|