![Eldar Mahmudov yenidən istintaqa çağırılıb Eldar Mahmudov yenidən istintaqa çağırılıb](/uploads/posts/2017-11/thumbs/1510303996_0001.jpg)
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.
Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.
E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.