Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Rusiyanın ən çox ehtiyat etdiyi Türkiyə-Azərbaycan-Gürcüstan hərbi sazişi - Regionda maraqlar toqquşması
Tarix: 15-11-2017, 15:32 | Çap et
Rusiyanın ən çox ehtiyat etdiyi Türkiyə-Azərbaycan-Gürcüstan hərbi sazişi
“Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.
Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn normaları tam tətbiq edilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir: “Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş verib. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Maraqlıdır ki, prezident Əliyev önəmli Qarabağ açıqlamasını Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü keçirilən zaman verib. Liderlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyi deyilsə də, detalların açıqlanmaması cəmiyyətdə müxtəlif rəylərin yaranmasına səbəb oldu. Amma görüşdən sonra Rusiya prezidentinin mətbuat katibi Peskovun açıqlaması, RF XİN rəhbəri Lavrovun Ermənistana və Azərbaycana səfər etməsi, erməni rəsmilərinin Moskva səfəri müəyyən proseslərin yaşandığına işarət edir. “Cərəyan edən hadisələr fonunda münaqişənin həlli istiqamətində hansı irəliləyişin olacağına ümid etmək olarmı” sualına prezident Əliyev öz çıxışında cavab vermiş oldu. Belə ki, iki liderin danışıqlarında Qarabağ problemi ümumiyyətlə müzakirə edilmədi və İlham Əliyev Bakının mövqeyini açıqlamış oldu – bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Əslində, Türkiyə siyasi elitasına yaxın şərhçilər, görüş ərəfəsində “Qarabağ münaqişəsinin həlli yolları Rusiyadan asılıdır” bəyanatları ilə problemin çözülməsində əsas söz sahibinin Kreml olduğunu nümayiş etdirmiş oldular.
Qeyd etdiyimiz kimi, Soçidə Azərbaycan — Ermənistan münasibətləri müzakirəyə çıxarılmadı. Ərdoğanın rusiyalı həmkarı ilə müzakirə edəcəyi daha prioritet məsələlər mövcuddur və odur ki, Qarabağ münaqişəsinin müzakirəsini gözləmək də yersiz idi. Hazırda Suriya münaqişəsi, “Türk axını”, Rusiya ilə ticarət əlaqələrinin genişlənməsi Ankara üçün daha önəmlidir. Regionda kürd dövlətinin yaradılması, ABŞ-la gələcək münasibətlərin prinsipləri, digər iqtisadi-siyasi maraq doğuran problemlər olan yerdə Ərdoğanın Qarabağ problemini qaldıracağını ehtimal etmək sadəlövhlük olardı.
Moskva və Ankara münasibətlərini normallaşdırmaq niyyətindədir. Lakin həm Türkiyədə, həm də Rusiyada belə fikirləşirlər ki, Ankaranın Moskva ilə münasibətləri heç bir sahədə rahat şəkildə inkişafda olmayacaq. Hər iki ölkə bölgənin liderliyi uğrunda mübarizə aparır.
Qərbdə də anlayırlar ki, Türkiyə ilə Rusiyanın arasında müşahidə edilən yaxınlaşma daha çox müvəqqəti və zorən ittifaqdır. Strateji olaraq Türkiyə və Rusiyanın çox ciddi toqquşan maraqları var. Heç bir tərəf bu maraqlardan asanlıqla imtina edə bilməz. Bununla yanaşı, Türkiyə qaz ehtiyatının 58 faizini Rusiyadan alır, hər il çoxsaylı rusiyalı turist Türkiyə kurortlarında dincəlir. Aparıcı dünya dövlətləri Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdikdə, Türkiyə bunlara qoşulmadı, əksinə bu ölkə ilə daha da yaxınlaşdı. Bütün bu amillər Moskva və Ankaranı aralıq meddətə olsa belə, müttəfiqə çevirir. Hazırda Suriyadakı münaqişənin sülh və ya müharibə yolu ilə həllini tapması, məhz Rusiya və Türkiyədən asılıdır. Bu baxımdan, Ankara Qarabağ münaqişəsini müzakirə etməyə hazır deyil. Əlavə qıcıq yaratmaq Ərdoğana sərf etmir.
Digər tərəfdən, dondurulmuş konflikt Ermənistan üçün təhlükədir və istəməsə belə, Rusiyaya sığınmalıdır. Azərbaycan da bu halda Rusiyanın mövqeyini nəzərə alır. Azərbaycan problemi həll etmək istəyir, Ermənistan isə hazırkı status-kvonu qorumaqda israrlıdır. Erməni cəmiyyət isə Sarkisyanı güzəştə getməkdə ittiham edir.
Sülh müqaviləsi olmayan bir şəraitdə atəşkəsin tez-tez pozulması normaldır. 20 illik atəşkəsin qorunması belə fikir yaradırdı ki, tərəflər münaqişənin dondurulmasından öz mənafeləri üçün istifadə etmək istəyirlər. Lakin “nə hərb, nə sülh” vəziyyəti uzun müddət davam edə bilməz. Savaş başlayarsa, bölgə ölkələri də qoşula bilər.
Qarabağda hərbi əməliyyatlara Türkiyəyənin qarışması çox çətindir. ABŞ Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verib və elə bu amil də Ankaranı tələsməməyə vadar edir. Rusiyanın ən çox ehtiyat etdiyi Türkiyə — Azərbaycan — Gürcüstan hərbi sazişidir ki, bununla Azərbaycan NATO-nun da dəstəyini qazana bilər.
Lakin Moskva Ankara ilə yaxınlaşmaqla bunun qarşısını almış olur. Kreml Moskva — Tehran — Bakı — Ankara ittifaqının yaradılması ilə bağlı da təşəbbüslə çıxış edir. Lakin artıq poliqona çevrilmiş bir bölgədə buna nail olmaq olduqca çətindir.
Avropa.info-nun ekspert qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru