Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                 

2 milyardlıq ittiham: - Səlim Müslümovun hökmü verilib?
Tarix: 30-04-2018, 15:40 | Çap et
2 milyardlıq ittiham:
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun irihəcmli korrupsiyaya görə cəzalandırılacağı bildirilir.

Yenicag.az xəbər verir ki, 11 aprel prezident seçkilərindən sonra nazir postunu itirən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yönəlik ittihamlar intensivləşməkdədir.

Nazirlər Kabinetinin yeni tərkibinə daxil edilməməsi ilə “vurulan” Səlim Müslümov növbəti və daha sarsıdıcı zərbəyə tuş gəlib. İlk olaraq, “Yeni Müsavat” qəzetində yayımlanan məlumata əsasən, keçmiş nazir fəaliyyətdə olduğu müddət ərzində 2 milyard manat civarında dövlət vəsaitini mənimsəyib:

“Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb.

Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir”.

Azərbaycan təcrübəsini nəzərə alsaq, sabiq nazir barəsində belə ciddi ittihamın mətbuata sızdırılması məsələnin ciddiliyini və Müslümovun cəzalandırılma ərəfəsində olduğunu söyləməyə əsas verir.

Səlim Müslümova yönəlik 2 milyardlıq ittihamın reallıq dərəcəsini Yenicag.az-a dəyərləndirən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamda irihəcmli dövlət vəsaitlərinin olmasına baxmayaraq, bu məsələ haqqında konkret faktlar əsasında danışmaq daha doğru olardı:

“Öncə onu deyim ki, bizdə nədənsə, milyardı kiçik məbləğ kimi təqdim edirlər. Əslində isə milyard çox nəhəng puldur. Nazirin iki milyard məbləğində dövlət vəsaitini mənimsəməsi çox ciddi ittihamdır və hesab edirəm ki, bu, real faktlara, auditin nəticələrinə, cinayət işinin istintaqına əsaslanmalıdır.

Eyni zamanda, mənbələr göstərilməlidir ki, hansı təyinat üzrə ayrılmış vəsaitlərdən nə qədəri mənimsənilib. O baxımdan, belə bir ittiham irəli sürərkən, ehtiyatlı olmağı təklif edirəm.
O ki qaldı həmin nazirliyin idarə etdiyi vəsaitlərə, bəli, burada söhbət çox böyük məbləğdən gedir. Məsələn, ünvanlı sosial yardımlara yüz milyonlarla manat vəsait ayrılır.

Bundan başqa, Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edir. Həmçinin, əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitlər var. Yəni nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub.

Mətbuatda belə fikirlərə rast gəldim ki, nazirliyin aparatının saxlanılmasına ayrılmış vəsaitlər – yəni maaşlar və cari xərclər mənimsənilib. Yaxud da, qurumun nəzdində Özünüməşğulluq proqramı və onun da həcmi bu il təqribən beş-altı dəfə artırılıb.

Yəni nazirlik böyük vəsaitləri idarə etsə də, orada 2 milyard manat mənimsəməyə yol verilməsinə dair iddiaları şəxsən mən ciddi qəbul edə bilmirəm. Yenə deyirəm, belə ciddi ittiham konkret fakta söykənməlidir. Ehtimallar üzərində fikir bildirmək doğru deyil.

Mediada hər hansı dövlət qurumunun fəaliyyətinə dair ciddi faktlar dərc olunursa, bu, müvafiq qurumların diqqətini cəlb etməlidir. Ancaq indi dövriyyəyə buraxılan 2 milyardlıq ittihamda konkretlik yoxdur. Ona görə də, hüquq-mühafizə orqanlarının bu məlumatlara necə yanaşacağını deməyə çətinlik çəkirəm.

Qeyd edim ki, mən özüm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə tənqidi yanaşırdım, keçmiş nazir iş başında olanda da qurumun fəaliyyətindəki neqativ məqamlar haqqında danışırdım.

Yəni o nazirliyin fəaliyyətində nöqsanlar olub və onların bir çoxu olduqca ciddidir. Ancaq 2 milyard ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. İstənilən halda, mən bu rəqəmi real görmürəm”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Səlim Müslümova yönəlik məlum ittihamın mediada dövr etdirilməsi sabiq nazir barəsində “hökm verilməsi” kimi başa düşülə bilər:

“Azərbaycanda heç bir nazirlikdə kimlərləsə razılaşdırmadan, birgə əməliyyatlar aparmadan belə iri məbləğin mənimsənilməsi mümkün deyil. Çünki Beynəlxalq Bankla bağlı işdə də gördük, yoxa çıxarılan vəsaitin həcmi o qədər böyük idi ki, həmin mənimsəmə hakimiyyətdəki bir neçə yüksək ranqlı məmurun iştirakı ilə mümkün olmuşdu. Yəni bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır.

Bu nöqsanlar barəsində biz illərdir ki, danışırdıq. Əsas mənimsəmələr necə baş verib? Burada ilk növbədə ünvanlı sosial yardımların verilməsində tətbiq olunan “qayda”nı qeyd edə bilərik.
Hər kəsə məlumdur ki, vətəndaşa ünvanlı sosial yardım təyin ediləndə, ilk üç, bəzən də altı ay ərzində həmin vəsait insanlardan tutulurdu. Bu, əlbəttə ki, ciddi korrupsiya faktı idi. Belə hallar olub. Ancaq bunun milyardlarla vəsaiti əhatə etməsi ehtimalı aşağı görünür. Fikrimcə, bu ittihamla bağlı rəsmi açıqlama veriləcək və yəqin ki, hər hansı formada istintaq hərəkətləri də olacaq.

Mənə belə gəlir, Səlim Müslümovun ən böyük səhvi onun Sosial Müdafiə Fondunun 2013-cü ildə özünü maliyyələşdirəcəyini vəd etməsi, lakin bunu yerinə yetirə bilməməsi oldu. Aradan beş il keçsə də, Sosial Müdafiə Fondu dövlətdən dotasiya almaqdadır və son ildə bu məbləğ 1,5 milyard manat olub. Konkret desək, Səlim Müslümov son beş il ərzində Fondu özünümaliyyələşdirmə sisteminə keçirə bilmədi. Sabiq nazirin indi hədəfə çıxarılmasının əsas səbəbi bəlkə də budur.

Açığı, dediyimiz məsələ medianın gündəminə oturubsa, bunun nəticə verəcəyinə əminəm. İnanıram ki, Müslümovu cəzalandırmaq niyyətləri olmasaydı, bu ittiham mediaya çıxmazdı. Ancaq ehtimal olunan cəza Müslümovun həbsi, yaxud yeni işdənçıxarma dalğası ilə nəticələnəcək, bunu hələlik bilmirik. Məsələnin mediaya çıxması onu göstərir ki, hakimiyyətdaxili bəzi qüvvələrin Müslümovun cəzalandırılmasına qərar verdiklərini söyləməyə əsas yaradır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru