Sumqayıt DSMF-da İsmayıl İsmayılov “xanədanlığı” və yaxud cənab İsmayılovun “təkmə-cüt” oyunu
Tarix: 1-06-2018, 12:50 | Çap et
![Sumqayıt DSMF-da İsmayıl İsmayılov “xanədanlığı” Sumqayıt DSMF-da İsmayıl İsmayılov “xanədanlığı”](/uploads/posts/2018-06/1527843060_0001.jpg) Sahil Babayevin Sumqayıtda baş verənlərdən xəbəri yoxdurmu?, - Yoxsa cənab nazir, siz də bu “xanədanlıq” qarşısında acizsiniz?
“Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.”
“Vesli” toxunulmaz məmur
Cənab Prezidentin hər bir məmur üçün iş prinsipinə çevrilməli olan bu tələblərinə mənsəb sahiblərinin hamısı riayət edirmi? Təəssüf ki, bu suala müsbət cavab verə bilməyəcəyik. Çünki, özünü əyləşdiyi kresloda dünyanın sahibi hiss edən, gözü ayağının altını görməyən, müştəbeh alimənsəbləri hər birimiz çox görmüşük. Onların harın həyat tərzi, qudurğan övladlarının bahalı əyləncələri də gizlin deyil və bir çox hallarda bu əyləncələr onların sonunu da gətirib. Amma, bu hadisələrdən hər bir məmurun ibrət götürməsi gərəkdiyi halda çoxları nəinki nəticə çıxarır, hətta əməlləri ilə onlara rəhmət də oxutdurur. Səlim Müslümovun vəzifədən getməsindən sonra nazirlikdə və onun yerli şöbələrində təmizləmə əməliyyatına başlanıldı. Adı korrupsiya əməllərində hallanan bir çox məmurlar işdən azad olundu və bu proses hələ də davam etdirilir. Rubrika.Az xəbər verir ki, indiyə qədər bütün nazirlərlə işləməyi , özü demişkən “dil tapmağı” bacaran DSMF Sumqayıt şöbəsinin sədri İsmayıl İsmayılov bu dəfə də öz postunu qorumaq ümidindədir. Əgər belə olmasaydı, özünü toxunulmaz məmur kimi aparmazdı. Xatırladaq ki, DSMF-nin Sumqayıt şəhər şöbəsi ən çox korrupsiyalaşmış şöbələrdəndir. Rubrika.az-a daxil olan məlumata görə şöbə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyir, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılması düzgün həyata keçirilməyir. Ümumiyyətlə, DSMF Sumqayıt şöbəsində baş verən korrupsiya faktları lazımi dairələr tərəfindən araşdırılarsa çox müdhiş faktların aşkarlanacağı şübhəsizdir. Yəqin ki, yeni nazir bu barədə lazımi tədbirləri görəcək. İsmayıl İsmayılov DSMF Sumqayıt şöbəsini daha çox özünün sosial müdafiəsi üzrə ixtisaslaşdırıb. Onun vətəndaşları qəbul etmək, onların şikayətlərini dinləmək kimi adəti isə yoxdur. Yəni, qısacası İ. İsmayılova ulaşmaq, dərdini demək Marsa getməkdən daha çətindir. İsmayılovun hər məmura xas olmayan özəllikləri də vardır. Belə ki, o həftənin cüt günləri telefonla danışa bilmir. Zənn etməyin ki, bunu özümüzdən deyirik. Əsla, bu mötəbər faktı bizə cənab İsmayılovun katibəsi deyib. Daha onun da dediyinə inanmayıb kimə inanacağıq ki. Bir şikayəti araşdırmaq üçün Sumqayıt DSMF-yə telefon açdıq və İsmayılovla danışmaq istədiyimizi dedik. Katibə xanım bildirdi ki, müdirlə ancaq həftənin tək günləri danışmaq mümkündür, cüt günləri o telefonla danışmır. Biz də cənab İsmayılovun bu “təkmə-cüt” şakərinə hörmət eləyib həftənin tək günləri onun mübarək səsini eşitmək, şikayətimizi çatdırmaq istədik. Amma, heç tək günlərdə də bu xoşbəxtlik bizlərə nəsib olmadı, İsmayılov bir kəlmə “alo” sözünü bizlərə çox gördü. Sonra məlumat aldıq ki, onun ümumiyyətlə kimisə qəbul etmək, şikayətləri araşdırmaq kimi bir adəti yoxdur. Hələ-hələ telefona cavab vermək, vətəndaşın dərdini dinləmək şakəri cənab İsmayılova xas olan xüsusiyyət deyil. Nə deyək, bütün nazirlərin sevimli kadrı olmağı bacaran birisi durub sadə vətəndaşın zənginə cavab verməyəcək ki? Necə olsa da ortada “ves” söhbəti var. Biz də problemimizi yeni nazir Sahil Babayevə deyərik. Yəqin o bizi qırmaz, işçisindən fərqli olaraq cavab verib problemimizlə maraqlanar. Arada bir vaxtı olsa İsmayıl İsmayılovla-onun fəaliyyəti ilə də maraqlansa yerinə düşər! Mövzunu davam etdirəcəyik.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Bu gün, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Bu gün, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Bu gün, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
|