“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası - İTTİHAM
Tarix: 6-08-2018, 13:04 | Çap et
Tanınmış jurnalist Esmira Cavadova özünün facebook səhifəsində şəxsən qarşılaşdığı bir olayı qələmə alıb
diaaz.space ölkə səhiyyəsinin rəzil durumunu ifadə edən həmin olayı cumhuriyyet.az-a istinadən olduğu kimi diqqətinizə çatdırır:
3 gün əvvəl gündüz saatlarında atamın boğazından qəfil qan fışqırdı, xeyli qan itirdi. Təcli yardım gəldi, qanı kəsmək üçün iynə vurdu. Qan dayandı və həkim atamı xəstəxanaya götürməyi təklif etdi. Ancaq biləndə ki, atamı Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına götürmək istəyirlər, ailəlikcə etiraz etdik. Səbəb bəlli idi.
Həmin xəstəxanada dəfələrlə yaxın insanların baxımsızlıqdan dünyasını dəyişməsinin şahidi olmuşduq (it dişləməsi ilə aparılan bir tanış sahibi vaxtında gəlib çıxmadığı üçün vaksin vurulmaması üzündən ölüb, başqa bir tanışımız avtoqəzada yaralanıb və həmin xəstəxanaya götürülüb, eyni səbəbdən həkimlər yaxın durmayıb və qanitirmədən ölüb). Təbii ki, xəstəmizin o xəstəxanaya götürülməsini istəmirdik. Onun “Semaşko”ya aparılmasını istəyirdik. Həkimlərsə ərazi üzrə yalnız 3 saylı Şəhər Klinik Xəstəxanasına apara biləcəklərini deyib dururdular.
Ailəmizə imtina ərizəsi yazdırıb getdilər, iki saatdan sonra yenə gəldilər, atamın vəziyyəti ilə maraqlandılar, yenə eyni xəstəxanaya götürməyi təklif etdilər, yenə razılaşmadıq, yenə imtina ərizəsi alıb getdilər. Dünən axşam saatlarında eyni vəziyyət təkrarlandı, bu dəfə atam daha çox qan itirdi və növbəti dəfə təcili yardıma zəng vurduq, çox gec gəldilər. Qanı durdurmaq üçün iynə vurub yenə eyni xəstəxanaya aparmaq istədiklərini bildirdilər. Ailə üzvlərimiz və atam istəmədi, həkim ərazimiz üzrə Təcili Tibb Yardım Stansiyası ilə əlaqə saxladı, vəziyyəti dedi, həkimə dedilər ki, başqa yerə aparmayın, istəmirlərsə, imtina ərizələrini alın, cıxın gəlin. Bu dəfə dedim, imkan verin, aparsınlar, görək axırı necə olur. Atamı təcili yardım maşınına qoydular, biz də şəxsi maşınımızla arxalarıyca getdik. Təcili yardım həkimləri atamı xəstəxananın cərrahiyə şöbəsinin qəbul şöbəsinə gətirdilər. Burada növbətçi həkimlər daş atıb başlarını tutdular ki, bu, bizim xəstə deyil, bura nahaq gətirmisiz, aparın terapiya şöbəsinə. Təzədən təcili yardım maşınına mindirdilər, bu dəfə terapiya şöbəsinə gətirdilər, buradakı növbətci həkimlər də “bizlik deyil” deyib, xəstəni qəbul etməkdən imtina etdilər. Səs-küy yarandı, təcili yardım həkimləri tələb etdilər ki, gətirdikləri xəstəni qəbul etsinlər, sənədi imzalasınlar, xəstə ortada qalıb. Növbətçi həkimlər “qan qusursa, bunu məsələn, Buzovnadakı 7 saylı Vərəm Dispanserinə aparın” deyirdilər. Halbuki, xəstə müayinə olunmayıb, səbəb aşkar edilməyib və sadəcə, növbətçi həkimin “ağlına” belə gəlib: vərəm ola bilər. Bir xeyli mübahisədən sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı ilə əlaqə saxladım, telefonu növbətçi həkimlərdən birinə uzatdım, bu dəfə həkim qızıl-qırmızı, gözümüzün içinə baxa-baxa yalan danışdı. Guya o, xəstəni cərrahiyə şöbəsinə qaytarmağı məsləhət görüb və guya biz razılaşmırıq. Təsəvvür edirsiz, altı adamın üzünə-gözünə baxa-baxa yalan danışır və bunu çox rahat edir. Nə isə ki, xəstəni yenə təcili tibbi yardım maşınına qoyub cərrahiyyə şöbəsinə qaytarırlar. Bu dəfə yenə buradakı növbətçi həkim “axı bu xəstənin yeri bura deyil”, deyib bizə məsləhət görür ki, Ağciyər İnstitutuna aparaq, qanaxma ağciyərlə əlaqəli ola bilər. Çevrilib təcili yardım həkimlərindən soruşuram: xəstə buralıq deyilsə, bura niyə gətirdiz? Kişi çiyinlərini çəkir və deyir: Bizə ərazi üzrə xəstələri yalnız bu xəstəxanaya gətirməyi tapşırıblar, biz kimik ki?..”
Nəhayət, şöbənin növbətçi həkiminə tapşırıq gəlir ki, xəstəni reanimasiyaya qəbul eləsin. Bu dəfə növbətçi həkimdən soruşuram: Sizə aid xəstə deyilsə, niyə qəbul edirsiz? Təcili yardım maşınıyla göndərin aidiyyəti üzrə xəstəxanaya… O da çiyinlərini çəkir və deyir: heç olmasa reanimasiyada qanaxma baş versə, iynə vurulacaq, qarşısı alınacaq, səhər də mütləq Ağciyər İnstitutuna aparın, xəstə buralıq deyil. Ağciyər İnstitutunda bir gün əvvəl atam özü olub və ağciyərində problem aşkar edilməyib. Nəticə yazılan vərəqəni həkimə uzadıram, deyir, bu, rentgenin nəticəsidir, düz göstərməyə də bilər, aparın, kompüterə saldırın, o dəqiq göstərir. Soruşuram: niyə təcili yardım aparmır? Deyir, özlərindən soruşun. Çevrilib yenə təcili yardım həkimlərinə müraciət edirəm: Xəstəni niyə birbaşa Ağciyər İnstitutuna aparmırsınız? Yenə çiyinlərini çəkir, deyir, bizlik deyil. Atamı reanimasiyaya bir gecəlik yatırmaqdan imtina edirik. Zatən, qanaxma olanda həmin iynəni özümüz də vururuq və qanaxma müvəqqəti kəsir. O üzdən götürüb evə gəldik, gecəni də özümüz iynə vurub qanaxmanın qarşısını aldıq. 2 saat ərzində 3 saylı Şəhər Klinik Xəstəxanası xəstəyə və yaxınlarına əsəb, gərginlik yaşatdı.
İndi bildiniz ki, o xəstəxanaya niyə ölüxana deyirlər? Kim yatıb, yuxuda nə görüb belə bir qərar verib ki, xəstə yalnız ərazi üzrə xəstəxanaya aparılmalıdır?.. Seçimi niyə xəstəyə buraxmırlar? Əgər ərazi üzrə təyin etdikləri xəstəxanada bu xəstəni müayinə və müalicə etmək imkanları yoxdursa, xəstəni niyə məhz həmin xəstəxanaya aparırlar? Ortada vaxt itkisi, insan həyatı… Xəstəxana həkimləri qanaxmayla qapısına gələn xəstəni qəbul etməkdən imtina edir, təsəvvür edirsiz? Xəstəxana təklif edir ki, xəstəni yalnız bir gecəlik qanaxmasını kəsmək üçün reanimasiya şöbəsində saxlaya bilər, səhər özü başının çarəsinə baxsın. Təsəvvür edirsiz, xəstə müayinə olunmamış, qanaxmanın səbəbi tapılmamış, şöbədə oturub tum çırtlayan növbətçi həkimin biri deyir, ağciyərdən ola bilər, xəstəni Ağciyər İnstitutuna aparın, o biri deyir, qara ciyərdən ola bilər, Vərəm Dispanserinə aparın)))) Sabah baş verənlərlə bağlı səhiyyə nazirinə müraciət edəcəm, sonra da hüquqşünaslarla məsləhətləşib hüquqi addımlar atacam. Həmkarlarımdansa məsələni diqqətdə saxlamalarını xahiş edirəm. Bu, təkcə bir xəstənin problemi deyil, hər gün neçə-neçə xəstənin kitabını belə bağlayırlar. Saatlarla qəbul şöbələrində ləngidib axırlarına çıxırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|