"Qaçqınkom"un rəhbər sarıdan bəxti niyə gətirmir... - İTTİHAM
Tarix: 10-12-2018, 10:48 | Çap et
Əli Həsənov Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən gedəndə, 1 milyon köçkün az qala bayram edirdi. Amma onların sevinci çox çəkmədi. Deputatlığı dövründə varlığı ilə yoxluğu bilinməyən Rövşən Rzayevin komitəyə sədr gətirilməsi böyük bir matəmə səbəb oldu. Apreldən bəri 7 aylıq fəaliyyəti dövründə bir köçkünün yanan barmağına su tökməyən R.Rzayevin işi-gücü Ə.Həsənovdan qalan kadrların yerinə özünküləri yerləşdirmək oldu. Bu müddət ərzində “Qaçqınkom” sədri köklü şəkildə islahatlar həyata keçirmədi, qaçqınların yaralı yeri olan mənzil problemi ilə bağlı ciddi addımlar atmadı. Bir sözlə, onun komitəyə rəhbər gəlişi hələlik fiaskodur.
Deputat kimi seçkidən seçkiyə necə görünürdüsə…
Reportyor.info-nun verdiyi məlumata görə, onun sədr təyin olunar-olunmaz komitə qarşısında aksiya keçirilməsi bu fəaliyyətin ilk qaranquşu idi. Sonra R.Rzayev “gözə kül üfürmək” naminə bir-iki yataqxanaya gdərək köçünlərlə görüşdü, vədlər verdi və deputat kimi seçkidən seçkiyə necə görünürdüsə, “Qaçqıkom” şefi postunda da qəhətə çıxdı. Bu gün problemi olan köçkünlər onu “əldə çıraq gəzir”, davamlı qəbul-görüşlər keçirilmir, regionlarda yaşayan köçkünlərlə səyyar qəbullar təşkil etmir. Məsələn, R.Rzayev Biləsuvarda cəbrayıllı, Gəncədə kəlbəcərli, Sumqayıtda zəngilanlı və s. işğal edilmiş bölgələrimizin yurd-yuvasız vətəndaşları ilə görüşə gedibmi? Onların sosial problemləri, yaşayış şəraiti ilə maraqlanıbmı? Odur ki, “Qaçqınkom”a yeni sədr təyinatı yalnız fiqurant dəyişikliklə fərqləndi, sistematik olaraq hər hansı layihələr, işlər həyata keçirildiyi müşahidə olunmadı. Bu azmış kimi, köçkünlərin yeni mənzillərlə təmin olunması, onların zəbt edtiyi vətəndaşlara məxsus mülkiyyətlərin sahiblərinə qaytarılması istiqamətində də işlər görülmür. Məsələn, Məhərrəm Əliyev külfəti ilə illərdir ki, kirayələrdə yaşayır. Bu günə kimi dediyinə görə, 74 min manat kirayə pulu çıxıb. Yox, yox, o nə qaçqındır, nə də evsiz. Sadəcə, 7 nəfərlik ailə üzvü ilə kirayələrdə yaşamağa məhkum edilib. Çünki halalca mülkiyyəti məcburi köçkün tərəfindən zəbt olunub və indiyə qədər çıxmayıblar. Video müraciət edən M.Əliyevin yazmadığı orqan qalmayıb. Onun sözlərinə görə, təcili surətdə Rəhimova Gülnarə Elman qızının adına olan mənzil boşaldılmalıdır.
“Rövşən Rzayev deyir, buranın prezidenti mənəm”
Amma nə evinə girən qaçqın, nə də onların sosial hüquqlarının müdafiəsi ilə məşğul olan “Qaçqınkom” tədbir görür. M.Əliyev deyir ki, qaçqın həyatı yaşayan onun evini zəbt edənlər yox, faktiki özüdür. Ən dəhşətlisi budur ki, özünü işgüzar, vətəndaşların qayğısına qalan biri kimi göstərən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev I vitse-prezident Mehriban Əliyevanın tapşırığını da saymır. Mülkiyyət sahibi bildirir ki, cihad eləmək həddinə çatıb: “Allaha and olsun cihada qalxacam. Müracət etmədiyim yer qalmayıb. Elə bir qapı, elə bir nazirlik qalmayıb ki, şikayət etməyək. “Qaçqınkom” gəlib, deyib gözləyin, vəssalam. 29 dəfə komitənin qəbuluna getmişik. Axırda Mehriban xanım Əliyevanın qəbuluna yazılmışıq. Tək ümidimiz idi. Sağ olsun, Məlahət xanım qəbul eləmişdi. Ordan dedilər ki, 15 günə məsələ həllini tapacaq, çətin iş deyil. 15 gün sonra məni “Qaçqınkom”a yönəltdilər. Rövşən Rzayev dedi ki, hə, nə olsun sən Mehriban Əliyevanın yanından gəlmisən, nə olsun bizə ərizə yazıb göndərib, nə olsun səni ordan göndəriblər. Buranın prezidenti mənəm. Yaxşı prezidentin təyin etdiyi məmur I vitse-prezident Mehriban Əliyevanın adından gələn ərizəni icra etmirsizsə, bəs kimə inanaq?” Göründüyü kimi, komitə sədri gəldiyi gündən özünü arxitektura idarəsinin müdiri kimi aparır. Oturub kabinetində, 1 milyon köçkünün problemi kənarda qalıb. Mediada hansısa müraciət yaxud şikayət olanda Ə.Həsənov ən azı araşdırmasına göstəriş verirdi. Mətbuatda gəzən iddialara görə, R.Rzayevin ətrafında olan şəxslər köhnə ənənəyə sadiq qalaraq mənzillə təmin edilməli olan şəxsləri “açıq bazar”a dəvət edirlər. İmkanı olanlar “haqqı” verib alır, olmayanlar da üz tutur ölkə başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ünvanına ki, onlara müvafiq köməklik göstərilsin.
Şuşalı şəhid ailəsi: “Rövşən Rzayev, Əli Həsənovdan fərqlənmirsiz”
Məsələn, oktyabrda Şuşa rayon sakini, şəhid ailə başçısı və məcburi köçkün Şükufə Abbasova komitə sədrinə müraciət etmişdi: “Hörmətli Rövşən Rzayev, sizdən öncəki komitə sədri Əli Həsənova evlə təmin olunmağımla bağlı bəlkə də yüzlərlə məktub yazıb, müraciət etmişdim. Hər bir müraciətin cavabı isə “hal hazırda komitənin balansında mənzil olmadığı üçün ailənizin mənzillə təmin edilməsinə köməklik göstərə bilmirik” olmuşdu.Hörmətli Rövşən Rzayev, siz sələfiniz Əli Həsənovdan heç də fərqlənmirsiniz”. Bundna əlavə, Rövşən Rzayevə böyük ümidlər bəsləyən bir qrup məcburi köçkün maraqlı təklif irəli sürüb. Onlar istəyir ki, komitədə yeni işə başlayan şəxslərdən ibarət komissiya yaradılsın və həmin komissiya üzvləri köçkün şəhərciklərində sakinlərlə görüş keçirsin. Mənzil alarkən kim nə qədər pul veribsə, komissiyaya müraciət olunsun. Həmin pulların geri qaytarılacağına təminat verilərsə, hər kəs öz haqqını tələb edər. Halbuki, prezidentin sərəncamı ilə təyin olunan R.Rzayevin bioqrafiyası və fəaliyyəti belə mülahizələrə səbəb olmuşdu ki, komitənin yeni sədri islahatçıdır, diqqətcildir, işləyəndir. Axı prezident də belə tələb edir: xalqla işləyin, mənə şikayət gəlməsin. Haqlıdır!Məlum oldu ki, R.Rzayev komitə sədri vəzifəsində heç də köklü yeniliklər etmək niyyətində deyilmiş.
“Qaçqınkom” binasında intihara cəhd Elə bu üzdən şikayətlərin sayı – hesabı yox, sosial şəbəkələr müraciətlərdən dolub – daşır, Ə.Həsənov zamanında heç vaxt olmadığı kuryoz hadisə, yəni “Qaçqınkom” binasında intihara cəhd və s. ilaxır.
Belə desək, keçmiş sədrin 20 il ərzində edə bilmədiklərini yeni komitə rəhbəri son aylarda artıqlaması ilə həyata keçirdi, hamının matı – qutu qurudu. Yada salaq ki, Füzulidən məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu mənzil problemi ilə bağlı avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd etmişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|