Təhsil Nazirliyində 200 min manatlıq KORRUPSİYA QALMAQALI - FOTOLAR
Tarix: 16-01-2019, 12:32 | Çap et
Təhsil bir millətin inkişaf göstəricisi olsa da, bu inkişafa əngəl olan qüvvələr var ki, millətin inkişafını istəmirlər. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, 20 Yanvar şəhidi Səxavət Məmmədovun adını daşıyan orta məktəbin təmiri üçün ayrılan 200 min manat vəsaitin düzgün xərclənməməsi də bunu göstərir. Sözügedən məktəbdə təmir işlərinin getdiyini Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, eyni zamanda məktəbin direktoru desə də, məktəbin vəziyyəti “Hürriyyət”in ötən nömrəsində gedən “Ötən il təmirinə 200 min manat “xərclənən” məktəb uçub-dağılır” sərlövhəli yazıda aydın ifadə olunub. Şəkillərdən də görə bilərsiniz ki, məktəb həqiqətən bərbad vəziyyətdədir. Bir məktəbin ki, ayaqyolusundan qızlar və qadın müəllimlər istifadə edə bilmir, görün, vəziyyət nə həddədir... Məktəbin daxilində ayaqyolu olmaması özü də bir problemdir ki, soyuq qış günlərində şagirdlər həyətdə olan ayaqyolundan istifadə etməyə məcburdurlar.
Maraqlıdır ki, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, eyni zamanda məktəbin direktoru məktəbin sinif otaqlarının təmir olunduğunu deyir. Yəni çölü, həyəti, ayaqyolusu bərbad vəziyyətdə olan məktəbin 200 min manat yalnız sinif otaqlarına xərclənib? Onu da qeyd edək ki, şəkil çəkməsək də, sinif otaqlarından birinə daxil olduq. Sinif otaqlarından birinə baxmaq da kifayət etdi. Sinif otağının vəziyyəti də məktəbdə təmirdən əlamət olmadığını aydın göstərir.
Ötən il məktəbin təmiri üçün ayrılan 200 min manat vəsaitin hara xərclənməsi ilə bağlı sual etdikdə məktəbin direktoru demişdi ki, məktəbin sinif otaqları təmir olunub, o vəsaiti Təhsil Nazirliyi bizə verməyib, özləri təmir ediblər. Maraqlıdır ki, sözügedən məktəbdə Təhsil Nazirliyi 200 min manatlıq hansı işləri görüb? Yaxşı olar ki, Təhsil Nazirliyi məsələ ilə bağlı öz mövqeyini ortaya qoyardı. Təəssüf ki, Təhsil Naizrliyi ilə əlaqə saxlamaq mümkün olmadı. Sözügedən nazirliyin əlaqə nömrəsini yığdıqda daxili nömrə tələb olunur ki, bu da qurumun mətbuat xidməti ilə əlaqə yaratmağı imkansız edir. Bu halda, görəsən, daxili nömrəni bilməyən şəxs nazirliklə necə əlaqə saxlamalıdır? Hansı ki, həmin əlaqə nömrəsi həm də operatora qoşulub, müvafiq şöbə ilə vətəndaşın əlaqəsini təmin etməlidir. Hətta sözügedən nazirliyin qaynar xətti ilə əlaqə yaratmaq mümkün olmadı ki, Digah qəsəbəsində yerləşən məktəblə bağlı sualarımıza cavab ala bilək.
Təhsizl Nazirliyi eyni zamanda sözügedən məktəbin həyətində yerləşən evdən şagirdlərin şirniyyat və ərzaq məhsulları almasına da diqqət yetirməlidir. Çünki həmin şirniyyatların, ərzaqların kefiyyətinə heç kim zəmanət vermir. Əslində, hər bir məktəbdə normal bufet olduğu kimi sözügedən məktəbdə də bufet olmalıdır ki, şagirdlərin aldığı şirniyyatlar, ərzaqlar müvafiq qurumlar tərəfindən yoxlanılsın.
“Sifarişçi, podratçı kimdir, bunları araşdırmaq lazımdır”
Digah qəsəbəsində yerləşən, 20 Yanvar şəhidi Səxavət Məmmədovun adını daşıyan orta məktəbin “təmir” olunması ilə bağlı təhsil eksperti Nadir İsrafilov “Hürriyyət”ə dedi ki, hansı təşkilat orada təmir işləri aparıbsa, onun təhvil aktı olur, ona müvafiq imzalar atılır: “Bu, şifahi söhbətlə həll edilməli bir məsələ deyil, ciddi araşdırılmalı bir məsələdir. Əgər orada təmir keyfiyyətsiz həyata keçirilibsə, məktəb direktoru, onu təhvil alanlar hara baxır? Ola bilər ki, o məktəbdə təmir tam başa çatmayıb. Ora nə qədər vəsait ayrılıb, bu layihə əsasında olan şeydir, bu layihəyə baxılmalıdır. Əgər yarmçıq qoyublarsa, məsələ qaldırılmalıdır. Sifarişçi, podratçı kimdir, bunları araşdırmaq lazımdır. Belə şeyləri boş buraxmaq düzgün deyil.
“Bu məsələyə xüsusi baxılmalıdır”
N. İsrafilov onu da qeyd etdi ki, təhsillə bağlı sənədlərə şəffaflıq var: “Üstəlik də bu məktəb şəhid ilə bağlı olan məsələdir. O məktəb direktoru bu məsələni nizama salmaqda özü maraqlı olmalıdır. O, özü də sizin yanınınza düşüb, məsələni həll etməyə çalışmalıdır. Məktəbin ən birinci göstəricisi, mədəniyyəti elə ayaqyolundan başlayır. Əgər ayaqyolu o haldadırsa, onda hansı təmirdən söhbət gedə bilər? Hər halda çox təəssüf edici haldır. Mən hesab edirəm ki, bu məsələ mətbuatda işıqlandırılsa, müvafiq orqanlar buna reaksiya verməlidirlər. Bu məsələni belə özbaşına buraxmaq olmaz”.
“Məktəblərdə təmirə, tikintiyə ayrılan vəsaitə nəzarət necə həyata keçirilməlidir” sualına N. İsrafilov belə cavab verdi: “Sifariş verilibsə, təmir, tikinti tenderləri həyata keçirilir. Tenderi kimsə udur, onu həyata keçirir. Şübhəsiz ki, sifariş verilibsə, bunun layihəsi tərtib olunur, manata kimi orada göstərilir və bunun təhvil aktı olur. Layihə əsasında nə işlər görülüb, aydın olur. Əgər burada yarmçıqlıq varsa, necə sifarişi qəbul ediblər? Əgər burada mənimsəmə faktları varsa, hər ikisi günah sahibi sayılır. Bu, həm sifariçi, həm də icraçı təşkilatın məsuliyyətidir. Belə çıxır ki, birgə əlaqəyə giriblər, nəyisə ort-basdır ediblər. Belə məsələlər şifahi həyata keçirilmir ki, bunun rəsmi layihəsi var. Ona görə, bu məsələyə xüsusi baxılmalıdır, mütəxəssislər yoxlamalıdır. Bir keyfiyyət, bir də işin yarımçıq qalması məsələsi var. Keyfiyyət məsələsi də layihədə göstərilir. Məsələn, parket nəzərdə tutulubsa, gəlib görürsən ki, taxta vurublar, kafel nəzərdə tutulubsa, tamet vurublar. Belə məsələlər var. Onların da öz mütəxəssisləri var, onlar yoxlamalıdır. Bəzən belə hallar olur ki, birgə əlaqəyə girirlər. Ona görə, görürsən ki, nə qədər belə hallar olub. Bir də görürsən ki, bir aydı məktəbi təhvil veriblər, damı uçdu. Mən deyərdim ki, bu məsələlər nəinki inzibati, hüquqi müstəvidə həll olunmalıdır”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|