Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                 

Tikinti şirkəti insanlara zülm edir - SAKİNLƏR ETİRAZA QALXDI
Tarix: 19-03-2019, 16:49 | Çap et
Tikinti şirkəti insanlara zülm edir
Mənzil Tikinti Koopartivləri (MTK) ilə vətəndaşlar arasında qalmaqal daima gündəmdə olan məsələdir. Hansısa MTK-nın bir mənzili bir necə adama satması, başqa biri mənzil sahiblərindən yüksək kommunal haqqı yığması, yaxud da binanı tikməmişdən öncə ərazidə olan evlərin sahibləri ilə razılaşma zamanı vətəndaşları narazı salırlar. 10 ailənin “Hürriyyət”ə şikayət etdiyi “Aİ 1” MTK da məhz ev sahibləri ilə razılaşmada onların hüquqlarını pozub.

Belə ki, sözügedən MTK N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Əhmədbəy Ağaoğlu küçəsinin kəsişməsində, 794-cü məhəllədə sözün həqiqi mənasında 10 ailənin gününü qara edib. Hazırda həmin evlərdə yaşamaq çox çətin və təhlükəlidir. Ona görə ki, ümumi həyətdir, bir-birinin içində olan evlərin bəzilərinin damları sökülüb, digəri sökülməyib, ancaq evlər bitişik olduğu üçün o birinin də evinə yağış yağanda su tökülür. Eyni zamanda başqa bir qonşunun evi tam sökülüb, digər qonşu tozun içində yaşayır. Yəni sözügedən ünvanda yaşamaq həqiqətən dözülməzdir.

“Biz ədalətli şəkildə kompensasiya ödənilməsini istəyirik”

“Hürriyyət”ə şikayət edən Emin Mehdiyev dedi ki, 2013-cü ilin sonlarında “Aİ 1” MTK tərəfindən onlara bildiriblər ki, burada çoxmərtəbəli bina tikiləcək: “Həmin vaxtı qonşulardan hamının “kupça”larının surətini alıb, dedilər ki, gəlib evlərinizi alacağıq. Sonra belə oldu ki, hər iki həyətin, yəni Əhmədbəy Ağaoğlu küçəsinə və Əliəşrəf Əlizadə küçəsinə çıxan həyətlərin yarısını alıb, indiki gördüyünüz 16 mərtəbəni tikdilər, qalan 10 qonşu ilə qiymətdə razılaşmadıqları üçün məhkəməyə verdilər. 4 ilə 16 mərtəbəli binanı tikdilər. 4 il ərzində nə uşaqlar, nə qocalar, nə xəstələr, nə də özümümüz burada rahat yaşaya bildik.

Nərimanov Rayon İcra Hakimiyyətindən tutmuş hər yerə müraciət etmişik. Bu həftə Prezident Aparatına qəbula yazılmışam. Bak şəhər icra başçısı Eldar Əzizovun qəbuluna yazılmışam, indi zəng gözləyirəm. Qonşular tərəfindən neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə, Fövqalədə Hallar Nazirliyinə, Prezidentə, Birinci vitse-prezidentə, Baş Prokurorluğa, Ali Məhkəməyə ərizə təqdim olunub. Hələ tam cavab gəlməyib. Bilmirik, bu “Aİ 1” MTK-nın arxasında hansı şəxs durur ki, bizim narazıçılığımızı susdurub. İndi də oturmuşuq evimizdə, gözləyirik ki, gəlib bizimlə danışarlar. Bunlar camaatı öz ayağına çağırırlar, deyirlər ki, bizim qiymət budur. Məhkəməyə yazıblar ki, şirkət bankdan külli miqdarda kredit çəkib. Guya, biz bunu yubadırıq, evimizi ona satmırıq, şirkət də artıq xərcə düşür və guya, məhkəmədə öz haqlarını müdafiə edir. Halbuki, bu şirkət işi başlayanda “kupça”ların surətlərini götürəndə birinci gəlib, buradakı sakinlərin fikrini öyrənməliydi ki, ay qardaş, bu evi neçəyə verirsən, danışıq etməliydi, sonra gedib lazım olan vəsaiti bankdan çəkməliydi. İndi də deyir ki, mən sizə 1 kvadrata 1500 manatdan artıq pul verən deyiləm. Bizimlə razılaşmadan gedib, bankdan pul götürüblərsə, bunun bizə dəxli yoxdur. İndi mən soruşuram ki, məhkəmə bu şirkətin ərizəsini necə götürüb? Şirkət qazanc əldə etmək üçün bu işi başlayıb. Necə olur ki, 3-4 nəfərin qazanc əldə etmək hüququ var, amma 10 ailənin hüququ tapdalanır?! Fevralın 28-də biz məhkəməyə çağırılmışdıq. Mənim iki uşağım Türkiyədə universitetdə oxuyur, onlar məhkəmədə iştirak etmək üçün oradan bura gəldilər, amma bunlar öz ərizələrini geri çəkdilər. Sonrdan ayın 12-si saat 12-də mənə məktubla xəbərdarlıq oldu ki, saat 1-də məhkəmədir, təzədən gəlin. Məhkəməyə getdik, birinci iddia ərizəsində nə var idisə, şirkət həmin iddia ərizəsini irəli sürüb. Məhkəmədə bizə dedilər ki, sizə evin kavdratından əlavə 15% veririk. Martın 12-də hazırlıq məhkəməsində biz də məhkəmə sədrinin qarşısında o şirkətin nümayəndəsinə dedik ki, sən bura qazanc əldə etməyə gəlmisən, 16 mərtəbəli kompleks tikirsən, biz isə ədalətli şəkildə kompensasiya ödənilməsini istəyirik. Biz müraciət etdik ki, hazırda ev bazarında bu ərazidə evlər neçəyədir, həmin qiymətə uyğun kompensasiya istəyirik. Şirkət rəhbərinin nümayəndəsi deyəndə ki, siz buradan qazanc əldə edirsiniz, mənə qayıtdı dedi ki, sənə nə var, mən buradan nə qazanc əldə edirəm. Elə məhkəmənin sədri də həmin şirkətin tərəfini saxladı”.

“Heç Bayılın qiymətini bura vermir”

Şikayətçi Cəlal Vəliyev isə dedi ki, onun evi balacadır: “Çöldən ölçəndə 46 kvadratdır, 3 ailəyəm, iki oğlum evlidir, şirkət 46 kvadrata da 15 faiz əlavə verir. Oğlumun biri “narxoz”u qurtarıb, əsgərlikdə travma alıb, işləyə bilmir. Özüm də 3 dəfə infakt keçirmişəm, deyirəm, heç olmasa elə bir kavdrat ver ki, heyvanxanadakı qəfəs boyda olsun, biri burada, biri orada, mən də burada yaşayım. Mən hara gedim? Burada evin qiyməti neçəyədir ki? Heç Bayılın qiymətini bura vermir”.

“Cavid mənimlə barmaqla danışır”

“Aİ 1” MTK-nın hərəkətlərindən əsəblərini cilavlaya bilməyən Temza Qarayeva isə bildirdi ki, bina tikilən zaman kommunal xidmətlər dayandırılıb: “Mənim kanalizasiyamı, suyumu, işığımı, qazımı kəsdilər. Mənim ünvanım yoxdur. Baxın, yolumu necə kəsiblər. Poşt mənə məhkəmənin göndərdiyi bildirişi gətirə bilmir. Çünki ünvanım yoxdur. 5 ildir mən şəxsiyyət vəsiqəmdə başqa ünvandayam, bu, məni başqa ünvandan məhkəməyə verib. Gördüyünüz kimi, bu binanı tikib, buradan yolumu kəsib. İndi də mənim şəxsi, “kupça”lı evimdir. Gəlsin, mənimlə razılıq aparsın ki, nə istəyirsən. Cavid mənimlə barmaqla danışır. Bilmirik o, MTK-da nəçidir, heç özünü təqdim etmir. Biz bilmirik bu şirkət kimindir, bizim evimizi alan kimdir, o, bizi neçə dəfə ofislərinə çağırır. Gedəndə ofisdə 5-6 nəfər oturur, hərə bir söz deyir, adam da belə karıxır, qalır. Deyir, mən deyən olmalıdır, evinizdən iyi gəlir, quşdamında, zibilikdə yaşayırsınız, yəni bizi təhqir edir. O, kimdir məni təhqir edir? Mən iyili evdə yaşamıram, mənim evim mənə xoşdur. Mənim şəxsi evimdir, istəyərəm bir kvadratı 5 mindən, istəyərəm də 1500 manatdan sataram, sən gəlib, mənimlə razılaşmalısan. O, mənim istədiyimi verməlidir, vermirsə, o kimdir məni məhkəməyə verir? Mən evimdə otururam, məni necə məhkəməyə verə bilər? Mən cinayət, yoxsa oğurluq eləmişəm, məni məhkəməyə verir? Məhkəməyə nə deyib, verə bilər? Həmin Cavid mənim oğluma deyir ki, bax, mən səndən həm fiziki, həm də maddi cəhətdən güclüyəm. Mən səninlə rinqə çıxıram ki, sən fiziki cəhətdən güclü olduğunu göstərirsən?! Axı, sən kimsən?”

“Deyirəm, niyə belə etmisən, deyir, yaxşı edirəm, kefim belə istəyir”

Cəmil Aslanov isə qeyd etdi ki, şirkət qonşunun evinin damını sökın zaman onun mənzilinə ciddi problem yaradıb: “Tikinti şirkətinə zəng etmişəm ki, evimə yağış yağır, deyir, belə də olmalıdır. Deyirəm ki, qonşunun evinin damını sökmüsən, mənim evimə yağır. Deyirəm, niyə belə etmisən, deyir, yaxşı edirəm, kefim belə istəyir. Mən şəhid ailəsiyəm, bu ev də 1941-45- illər müharibə veteranın evidir, özüm də ikinci qrup əliləm, həm də qaçqınam. Bunları da mənə deyən elə həmin o Cavddir, deyir, ürəyin hara istəyir get şikayət elə, bu belə də olmalıdır”.

“Burada bizə heyvan qədər hörmət qoymurlar”

Allahverdi Məmmədalıyev isə “Hürriyyət”in diqqətinə çatdırdı ki, burada yaşayanların 90 faizi Qərbi Azərbaycandan olan qaçqınlardır: “Geridə qalanı da Qarabağ qaçqınıdır, əksəriyyəti də şəhid ailəsidir, Qarabağ döyüşçüsüdür. Mən özüm də Qarabağ döyüşçüsüyəm. Amma burada bizə heyvan qədər hörmət qoymurlar. O, mənimlə insan kimi danışsa, bəlkə dediyindən aşağı qiymətə evi verərəm”.

“İnsanla insan kimi rəftar etmək söhbəti yoxdur”

Nizami Qədimov da nəzərə çatdırdı ki, o Ağdam rayon qaçqınıdır: “Bizim bu problemə görə şikayət etmədiyimiz yer qlamayıb. Kim gəlirsə, puldan verib, yola salırlar. Bu tikinti şirkətinin arxasında hansısa nazirdir, məmurdur, bilmirik, amma kimsə durur. Bunlara elə bir meydan verib ki, qabağına keçəni tapdalayırlar. İnsanla insan kimi rəftar etmək söhbəti yoxdur. El bir danışq tərzi olar ki, bəlkə də o evi ona pay verərik. Hər şey danışıqdan asıldır. O, insan adamla elə rəftar edir ki, danışmaq belə istəmirik. Biz özümüz hamımız ziyalı ailəsindənik, küçə adamları deyilik. Onlar indi 5-3 qəpik görüblər, biz əzəldən bunu görmüş adamlarıq. Dünən acından ölən bizmlə gəlib elə rəftar edir ki, elə bil, dünyanın yiyəsidir, biz heç kimik.

Nərimanov polis rəisindən tutmuş Prezidentə kimi yazmışıq, amma baxan yaxdur. Bu bina tikiləndə daş uçurdu, başımıza gəlirdi, uşaqlar həyətə çıxa bilmirdi, uşağı həyətdən məktəbə aparıb-gətimək üçün şətirdən istifadə edrdik ki, uşağın başına daş düşər. Neçə dəfə kiçik daş parçaları düşüb, uşağı zədələyib. Bir dəfə Bakı Şəhər İcra Hakimiyyətindən gəlmişdilər, istədim irəli durub danışam, bunlar tez cumdular ki, “qurban olum, Nizami, buna heç nə demə, biz səni 3-5 günə köçürürük”. Çünki tikinti gedən yerdə yaxın məsafədə yaşayışa icazə yoxdur. Onları yola verəndən sonra yenə öz aləmlərindədirlər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru