Məhkəmənin “BMW X5” oyunu: - qanunsuz həbs, süründürməçilik...
Tarix: 13-05-2019, 14:58 | Çap et
![Məhkəmənin “BMW X5” oyunu: Məhkəmənin “BMW X5” oyunu:](/uploads/posts/2019-05/thumbs/1557745125_0001.jpg) Siyəzən rayon sakini Mehman Bayramov əmlakına qanunsuz həbs qoyulduğunu iddia edir. Bakupost.az-a danışan şikayətçi deyir ki, Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov ona məxsus "BMW X5” markalı maşına qanunsuz olaraq həbs qərarı çıxarıb və o, 7 aydır şəxsi əmlakından istifadə edə bilmir. Onun sözlərinə görə, 2017-ci ilin noyabr ayında Sumqayıt şəhərində bacısının adına alqı-satqı yolu ilə maşın alıb. Bu alqı-satqı prosesindən bir il sonra – 2018-ci ilin noyabr ayında isə ona Siyəzən rayon Məhkəməsindən zəng edilib və bildirilib ki, o, başqasına məxsus avtomobili istifadə edir: "Məhkəmədə mənə dedilər ki, sən başqasının əmlakını qeyri-qanuni ələ keçirmisən. Dedim, ola bilməz belə bir şey, mən bu maşını bir il əvvəl müqavilə ilə almışam. Sənədlərimi də göstərdim. Xeyri olmadı, öz iddialarında qaldılar”. M.Bayramovun sözlərinə görə, həmin gün məlum olub ki, Siyəzən rayon məhkəməsi heç bir xəbər vermədən, məhkəmə bildirişi göndərmədən onun əmlakı üzərinə həbs qoyub: "Dedim, qərarı mənə də göstərin, heç bir qərar da yoxdu ortada. Qərar çıxmamışdı hələ də. Təxminən 1 saat sonra bir qərardad çıxarıb mənə verdilər ki, maşınım üzərinə həbs qoyulub. Guya, mən bu maşını qeyri-qanuni özümünküləşdirmişəm. Bunun ardınca, bildim ki, bu məsələ məhkəmədə uzanacaq və bacımı məhkəməyə çağıracaqlar. Buna görə də elə həmin ay qeydiyyat şöbəsinə gedib, maşını bacımın adından çıxarıb öz adıma qeydiyyatdan keçirdim”. Şikayətçi deyir ki, 2018-ci ilin noyabr ayında Siyəzən rayon məhkəməsinə qərarın qanunsuz olduğu və maşını alqı-satqı müqaviləsi ilə aldığı barədə məktub yazıb, lakin məktubuna heç bir cavab verməyib: "Həmin ilin dekabr ayında məhkəmənin baxış iclası oldu. Azad adlı şikayətçi gəlməmişdi. Onlar öz ərizələrində göstərib ki, 2015-ci ildə maşını Elnur adlı adama satmaq üçün veriblər. Elnur da maşını satıb, lakin onlara pul verməyib. Buna görə də Elnur adlı şəxsə verdikləri etibarnaməni ləğv ediblər və həmin gündən Elnuru axtarırlar. Mən onlardan soruşdum ki, əgər belə bir dələduzluqla üzləşmişdilərsə, niyə həmin vaxt polisə müraciət edib, Elnuru məsuliyyətə cəlb etdirməyiblər. Sualıma heç kim cavab verə bilmədi”. M.Bayramov deyir ki, məhkəmədə zərərçəkmiş kimi təqdim olunan şəxsi tanımadığı, ondan heç vaxt maşın almadığı və bu şikayətin subyekti olmadığı barədə məsələ qaldırıb, lakin onun heç bir vəsatətinə məhəl qoyulmayıb: "Maşın hazırda məndədir. Lakin üzərində həbs var deyə, mən öz əmlakımdan istifadə edə bilmirəm. 7 aydır maşınım qapıda yatır. Məhkəmə nə maşının üzərində həbsi götürür, nə də zərərçəkən tərəfin xeyrinə qərar qəbul edir ki, mən işimi bilim. Prosesi 7-8 aydı uzadırlar. Mənə aid olmayan bir iddiaya görə, mən əmlakımdan istifadə edə bilmirəm”. Şikayətçinin sözlərinə görə, bu ilin mart ayında məhkəmə nəhayət, qərar qəbul etmək üçün addım atıb və iddia tərəfinin imzasının saxtalaşdırılıb-saxtalaşdırılmadığını dəqiqləşdirmək üçün sənədi ekspertizaya göndərmək barədə qərar çıxarıb: "İndi də 3 aydı ekspertizadan qərar gözləyirəm. Heç bir təqsirim olmayan bir işə görə əmlakımın üzərinə həbs qoyulması azmış kimi, məhkəmə tərəfindən prosesin bu qədər uzadılmasından da maddi zərər çəkirəm”.
Siyəzən rayon Məhkəməsinin katibliyindən Bakupost.az-a bildirilib ki, M.Bayramovun adıkeçən işlə bağlı hazırda ekspertizaya sənəd göndərilib və ekspertizanın cavabı gözlənilir: "Bu şikayətlə bağlı ilk iclasda iş baxılmamış saxlanılmışdı. Lakin iddia tərəfi yenidən şikayət verdiyi üçün məhkəmə sənədlərin ekspertizaya verilməsi barədə qərar qəbul edib. Hazırda ekspertizadan cavab gözlədiyimiz üçün işin gedişatı barədə əlavə verə bilməyəcəyik”. Məhkəmənin bu qədər uzun çəkməsi, ekspertizanın niyə bu qədər yubanması və günahı olmayan şəxsə maddi və mənəvi ziyanın niyə vurulması ilə bağlı suallara isə heç bir cavab verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|