"Qızımı öldürdülər, sonra da ört-basdır elədilər" - İTTİHAM
Tarix: 11-06-2019, 13:07 | Çap et
“Torpaq uğrunda canımı qoymuşam, erməniylə vuruşmuşam ki, 25 ildən sonra Azərbaycanda övladımı öldürsünlər? Uşağım sağ-salamat xəstəxanaya getdi, oradan cəsədi çıxdı. Dörd yüz manat pula görə qızımı öldürdülər”.
Siyəzən rayon sakini Möhübbət İsrafilov belə deyir. Onun sözlərinə görə, 1994-cü il təvəllüdlü qızı Aytən Qasımova ötən il iyunun 11-də Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə (RMX) hamilə vəziyyətində daxil olub. USM müayinədən sonra həkimlər onu qeysəriyyə əməliyyatına götürüb. Əməliyyatdan 20 dəqiqə sonra isə pasiyent vəfat edib:
“Qızım 25 yaşındaydı, ikinci hamiləliyi idi. Həkimi Aynur Quliyeva olub. O, qızıma demişdi ki, iyunun 11-də gəl, doğum vaxtını yoxlayaq. Doğuma isə hələ iyirmi gün vaxt varıydı. Əslində, Aytən həmin gün əməliyyat olunmalı deyilmiş. Pula görə salıblar əməliyyata. Əməliyyat olundu, 20 dəqiqə keçmədi hadisə baş verdi”.
Şikayətçinin sözlərinə görə, qızında ağrıkəsici dərman olan “Analqin”ə qarşı allergiya olub. Əməliyyatdan öncə bu məlumat xəstənin tarix kitabcasına qeyd edilib:
“Qızım əməliyyatdan öncə yazılı formada allergiyasınının olması barədə məlumat vermişdi. Biz də dönə-dönə əməliyyata girən tibbi heyətə qızın allergiyasının olduğunu söyləmişdik. Deyilənə görə, həmin vaxt başqa bir qadın doğuma gəlib, başları ona qarışıb. Xəstəxanada adi xidmətçi də deyir ki, qız yalvarırmış ki, mənə bu iynəni vurmayın. Qızıma da iynəni tibb bacısı vurub. Tibb bacısını da dindiriblər, deyib ki, bilirdim bu iynə ona olmaz, sadəcə unutmuşam. İnsan həyatı bunlar üçün heç nədir. Aynur Quliyevanın səhlənkarlığı ucbatından uşağım ölüb. O, məsuliyyətdən qaçdı, dedi ki, mən təhvil verəndən sonra iynə vurulub. Bu işləri törədən baş həkimdir. Guya o, bilmir ki, xəstəxanada pul yığılır? Biri var, xəstə ola, aparasan, hadisə baş verə, deyəsən ki, olub. Amma qızım onların səhlənkarlığı, məsuliyyətsiliyindən ölüb”.
Siyəzən Rayon Məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə ittiham edilən tibb bacısı Rəna Bağırova 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkəcək.
Möhübbət İsrafilov isə məhkəmə qərardan narazıdır:
“Bilirəm ki, ölümə baiskar Aynurdur. O, dəfələrlə ana və uşaq ölümünə səbəb olub. Puldan verib, adamları susdurub. Aynur birinci dəfə ölüm hadisəsində Siyəzəndən getmişdi. Bir müddətdən sonra geri qayıtdı. Qızımı öldürdülər, sonra da ört-basdır elədilər. Dəfələrlə Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Milli Məclisə, Səhiyyə Nazirliyinə məktub yazdım, nəticəsi də bu oldu. Aynur həkim bundan əvvəl bizim qohumun uşağını öldürmüşdü. Pul verib, şikayət etməyə qoymadı. Qızımı öldürdülər, qeysəriyyə əməliyyatı zamanı da nəvəmin ayağını çıxarıblar, bir ildir ki, həkimlərdə qalmışıq”.
RMX-nın baş həkimi Dadaş Hümbətov isə söhbətində bildirib ki, həmin hadisədən dərhal sonra Tibbi Şuranın iclası keçirilərək, tibb bacısı Rəna Bağırova işdən azad edilib:
“Çünki ölümə səbəb onun səhlənkarlığı olub. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının iclasında Rəna Bağırova özü boynuna aldı, dedi ki, “Analqini mən vurmuşam. Bu, istintaq araşdırması ilə də sübuta yetirilib və eşitdiyimə görə ona cəza verilib. Xəstənin allergiyasının olmasından xəbərimiz vardı. Onun tarixçəsində, eyni zamanda təyinatında da yazılmışdı ki, “Analqin” olmaz. Həkimin heç bir təqsiri yoxdur. Rənaya beş dəfə deyiblər ki, “Analqin” olmaz. O da unudub, iynəni vurub, xəstə anafilaktik şok keçirib, 20 dəqiqədən sonra vəfat edib. Əməliyyatın taktiki gedişində kobud səhvlərə yol verilsəydi, qanaxma olsaydı, tikiş açılsaydı, Aynur Quliyeva günahkar sayılardı. O, əməliyyat zamanı vəzifə funksiyalarını düzgün yerinə yetirib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|