"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
Tarix: 22-08-2019, 15:40 | Çap et
«Semaşko» ictimaiyyətin diqqət mərkəzində olan xəstələrin belə göz yaşlarına inanmır. Respublikanın səhiyyəsini həmişə avanqard kimi təmsil etmək ənənəsini qoruyan 1 saylı Kliniki Tibbi Mərkəz modernləşmə proseslərini sürətləndirmiş, yüksək texnologiyalarla, ultra-müasir müayinə cihazları ilə, innovativ dərman preparatları ilə təminat məsələləri önə çəkilmişdir. Bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə təqribən 2000 nəfərə yaxın tibbi personaldan ibarət kollektiv tərəfindən 30 min nəfərə stasionar və 50-60 min nəfərə ambulator tibbi xidmətlər göstərilir. 1 saylı Kliniki Tibbi Mərkəz daim təkcə paytaxtın deyil, eləcə də, ölkənin bütün rayonlarından olan pasientlərin üz tutduğu güvənilən səhiyyə müəssisəsi olmuşdur. Lakin, sözügedən qabaqcıl tibb müəssisəsinin 1 nömrəli problemi burada tüğyan edən və nə vaxtsa səngiyəcəyinin heç üfüqləri belə görünməyən korrupsiya olub. Sadiq oxucularımız xatırlayarlar, Zeynalova Gülnarə Əlihüseyn qızının oğlunun redaksiyamıza müraciəti əsasında «Dəryaz» qəzeti və onun internet səhifəsi olan «Deryaz.az» saytı tənqidi məqalə hazırlamışdı. Vətəndaş bildirmişdi ki, qara ciyər serrozundan əziyyət çəkən anası aprel ayından bu yana artıq üçüncü dəfədir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə yatır. Dövlət tərəfindən pulsuz verilən dərmanları onlara satırlar. Həmin şikayəti araşdırarkən, şöbə müdiri Ziyafət Tağıyeva əməkdaşımıza özündənrazı halda arxasında adamı olduğunu, ictimai qınaqdan qorxmadığını desə də, xəstəxana rəhbərliyi xəstə yiyəsinin ittihamını təkzib etmişdi. Bir neçə gün əvvəl isə bu sətirlərin müəllifi sözügedən səhiyyə müəssisəsində öz qohumlarının başına gələn xoşagəlməz hadisənin şahidi olub. Bakıdan Goranboya gedən «Sprinter»lə «Opel» markalı maşın Bakı — Qazax yolunun Kürdəmir nahiyəsində ötmə əməliyyatı yerinə yetirərkən toqquşmuşdu. Ümumilikdə 19 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı həmin yol-nəqliyyat hadisəsindən KİV yazdı, bütün ölkə xəbər tutdu. Bütün ictimaiyyətin diqqət mərkəzində olan həmin qəzada xəsarət alanlardan 2-si 1 saylı Kliniki Tibbi Mərkəzə, 6 nəfəri Travmatologiya xəstəxanasına, digərləri isə Neyrocərrahiyyə xəstəxanasına və başqa tibb müəssisələrinə yerləşdirilmişdilər. 1 saylı KTM-ə üz tutanlardan biri — «Opel» markalı avtomobildə qəzaya düşmüş qohumum Səxavət Qasımovun burnu sınmış, yanaq sümüyü zədələnmişdi. Onu üz-çənə cərrahı Rəşad həkim əməliyyata götürmüşdü. Mən, o qənaətdəydim ki, xəstəxana rəhbərliyi artıq məni bu müəssisə ilə bağlı bir neçə şikayəti araşdırmış jurnalist kimi tanıdığından, müraciətimə həssas yanaşar. Odur ki, qohumum üçün baş həkim Adil doktora və direktor Ədalət müəllimə zəng vurub xahiş etdim. Bildirdim ki, qohumum kasıb adamdır, başına iş gəlib, ona diqqət ayırsınlar. Bir növ işarə elədim ki, gücü nəyə çatır onu alsınlar. Mənə söz verildi ki, narahat olmağıma əsas yoxdur, hər şey qaydasında olacaq, xəstəyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bir neçə gün sonra qohumumdan hal-əhval soruşanda nə eşitsəm yaxşıdır: Ondan əməliyyat üçün 1800 (bir min səkkiz yüz) manat pul tələb ediblər. O isə, Baş həkim Adil müəllimin yaxın qohumu olan Rəşad həkimə 1500 (bir min beş yüz) manat nağd, xəstəxana xərcləri, dərman və digər peraparatları üçün 300 manat pul ödəyib. İndi isə həkim «ayağını dirəyib» ki, bəs xaricə getməlidir, təcili borclu qaldığı 300 (üç yüz) manat pulu çatdırsın. Qohumum həmçinin bildirdi ki, həmin gün onunla bir yerdə KTM-ə yerləşdirilmiş qadın qılçasından əməliyyat edilməli olduğu halda, pulu yoxdu deyə müxtəlif bəhanələrlə əməliyyatdan boyun qaçırırlar. Sual olunur: Dövlət öz tibb müəssisələrində çalışan tibb işçilərinin maaşını verirsə, xəstəxanaları pulsuz verilməli olan vacib dərman preparatları ilə təmin edirsə, bəs niyə həkimlər xəstədən rüşvət alır, dərmanları onlara satırlar? Bu sual deyəsən «əzəli və əbədi» qalmaq statusu qazanıb və hələ deyəsən uzun müddət cavabsız qalacaq. İndi başa düşüləndir ki , bir il əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzin («Semaşko») baş həkimi Ədalət Dadaşov KİV-ə verdiyi müsahibədə rəhbərlik etdiyi tibb müəssisəsində rüşvətin olmadığını deyəndə sosial şəbəkə istifadəçiləri onu nəyə görə kəskin tənqid etmişdilər. P.S. Bu günlərdə eşitdim ki, əməliyyatı həyata keçirən Fuad həkimin qəssab dəstəsi, pul dərdindən 10 gündür əməliyyat etmədikləri xəstə, Məleykə Eyvazovanın qohumlarindan 2500 (iki min beş yüz ) manat pul aldıqdan sonra onu əməliyyat ediblər. Görəsən ölkənin başında duran məsul şəxslərdən biri cənab Oqtay Şirəliyevin qolundan tutub onu ayıldacaqlar ki, ay baba ayıl, ölkədə sağlam adam qalmadı! //xalqxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|