Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                 

Azay Quliyevin fəaaliyyətindən KİMSƏ RAZI DEYİLMİŞ... - “Yenə kimlərsə pul yeyəcək”
Tarix: 4-05-2021, 08:05 | Çap et
Azay Quliyevin fəaaliyyətindən KİMSƏ RAZI DEYİLMİŞ...
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Şuradan fərqli olaraq, Agentliyə ümumi nəzarət və rəhbərliyi Müşahidə Şurası həyata keçirəcək. Müşahidə Şurası tərəfindən təyin olunan sədr isə icraçı direksiyaya rəhbərlik edəcək.

Bundan sonra publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək QHT-lərə Dövlət Dəstəyi Agentliyi geniş səlahiyyətlərə malik olacaq. İctimai nəzarəti təşviq, digər dövlət qurumlarının keçirdiyi qrant layihələrinə nəzarət, regional nümayəndəliklər təsis etmək, qanunla qadağan edilməyən kənar mənbələr hesabına maliyyələşmək və s. bu qəbildəndir.

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərini təyin edib. Dövlət qurumlarından - Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Vüsal Quliyev, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Zakir Hacıyev, qeyri-hökumət təşkilatları sektorundan isə Azay Quliyev, Azər Allahverənov, Əvəz Həsənov, Zaur İbrahimov, İsrayıl İsgəndərov, Nürəddin Mehdiyev, İlqar Orucov və Günel Səfərova Müşahidə Şurasının üzvləri təyin olunublar. Müşahidə Şurasının ilk iclasında Azay Quliyev yenidən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbəri, Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

İqtisadçı alim, Milli Məclisin sabiq üzvü Nazim Bəydəmirli AYNA-ya açıqlamasında deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən heç bir gözləntisi yoxdur, baxmayaraq ki, o, vətəndaş cəmiyyətinə nəzarəti həyata keçirən qurumdur: “Bu cür qurumların fəaliyyətləri kifayət qədər qüsurludur. Dövlət büdcəsi hesabına müxtəlif qurumların qrantlar ayırması korrupsiya sxemi yaradır. Hesab edirəm ki, nəinki idarəetmə forması dəyişməli, ümumiyyətlə həmin qurumlar ləğv edilməli idi. Bu, o demək deyil ki, dövlət bu sahələrin inkişaf etdirilməsində maraqlı olmalı deyil. Əksinə, müxtəlif nazirliklər, dövlət komitələri tərəfindən layihələr həyata keçirilməli, ictimai birliklər də həmin layihələrə qoşulmalı idi. Bütün dünyada belədir, beynəlxalq təcrübə də bunu deyir. Heç bir dövlətdə ayrıca bir qurum yaradıb, onun vasitəsilə QHT-ləri maliyyələşdirmirlər”.

“Heç şübhəsiz, qrantların vahid qurum və ya qurumlar tərəfindən verilməsi şəffaflığa böyük zərbədir. Nəticədə qrantları əksər hallarda adıçəkilən agentliklərə yaxın şəxslər əldə edirlər. QHT-lər qrant əldə etdiklərinə, asılı olduqlarına görə həmin agentliklərin əleyhinə fikir bildirə bilmirlər. Bir çox hallarda da bu qrantlar faktiki olaraq icra edilmir və cəmiyyətə heç bir faydası olmur. Dövlət büdcəsinin mənimsənilməsini və israf edilməsini istəmiriksə, buna imkan verməməliyik. Dövlət büdcəsinə “sağmal inək” kimi baxmaq olmaz. Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun və dəstəsinin fəaliyyəti bir daha sübuta yetirdi ki, bu sahələrdə böyük yeyintilərə yol verilib və hazırda cinayət araşdırması davam edir”, - deyə həmsöhbətimiz bildirib.

Beynəlxalq təşkilatların qrant layihələrinin həyata keçirilməsinə qadağalardan danışan Məmmədov bunu yolverilməz hesab edir: “Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların işləməsinə qoyulan faktiki qadağalar, müstəqil QHT-lərə qarşı süni əngəllər, xaricdən qrant layihələrinin çətinləşdirilməsi müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini iflic edir. Yalnız daxildə və dövlət büdcəsi hesabına fəaliyyət göstərən qurumlar tərəfindən maliyyələşmə mexanizmi müstəqil ictimai fəaliyyətin qarşısını almaq cəhdidir. Faktiki olaraq müstəqil düşüncəli təşkilatlar informasiya savaşında tərkisilah edilib. Eyni zamanda, beynəlxalq müstəviyə çıxışları əngəllənib”.

“Baş verənlər bu sahədə də inhisarçılığın olduğunu söyləməyə əsas verir. Bu mənada xarici təşkilatlar tərəfindən qrant layihələrinin Azərbaycanda da bərpa edilməsinə ciddi ehtiyac var”, - deyə sabiq deputat vurğulayıb.

Politoloq Əhəd Məmmədli də oxşar fikirdədir. Onun AYNA-ya dediyinə görə, dövlət büdcəsindən maliyyələşən QHT-lərin fəaliyyətindən ciddi nəticələr gözləməyə dəyməz: “Azərbaycanda QHT sektoru, istər dövlət dəstəyi ilə fəaliyyət göstərənlər olsun, istərsə də xarici mənbələr hesabına - yalnız qrant aldığı dairələrin maraqlarına xidmət edir. Elə bu səbəbdəndir ki, uzun illər ölkəmizdə vətəndaş cəmiyyəti insitutları fəaliyyət göstərsə də, heç bir faydaları olmayıb. Nə insan haqları, nə demokratiya, nə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətində nəzərəçarpacaq addımları müşahidə edilib”.
“Ümumi yanaşma bundan ibarətdir ki, qrant layihələri yalnız müəyyən adamların vəsait əldə etməsi üçün bir vasitəsidir. Ortada isə heç bir uğurlu layihədən söhbət gedə bilməz. Bu sahə ilə bağlı müzakirələr zamanı insanlarda ironik təbəssüm yaranır ki, yenə kimsə pul yeyəcək. Misal üçün, 10 min manat qrant alırlar, 1-2 minini xərcləyirlər, yerdə qalanına mənzil, avtomobil alırlar”, - deyə müsahibimiz söyləyib.

Xarici donorlardan maliyyələşmənin kəsilməsinə gəldikdə, Məmmədlinin fikrincə, bu qərar xaricdən qrant alan təşkilatlara ciddi zərbədir: “Müxtəlif xarici təşkilatlardan qrant alan əksər təşkilatlar da heç bir iş görmürdü. Yalnız statistika xatirinə fəaliyyət göstəriblər. Lakin bütün hallarda müstəqil QHT-ləri susdurmaq üçün xarici qrantları kəsmək yolverilməzdir. Bu, demokratiya, insan haqları prinsiplərinə, o cümlədən Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə ziddir”.

“Hesab edirəm ki, qrantları yalnız dövlət büdcəsi hesabına həyata keçirməklə müstəqil QHT-lərin fəaliyyətinin qarşısı alınır. Yeni Agentlik yaradıb və bu sahədə islahatlar aparılacağı elan edirlərsə, o halda xarici qrantların da verilməsinə icazə verilməlidir”, - deyə politoloq fikrini yekunlaşdırıb.
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru