"Akkord"un yaşayış kompleksində "hərbi rejim" - Hamı 1 nəfərə, 1 nəfər hamıya görə
Tarix: 13-05-2021, 08:08 | Çap et
!["Akkord"un yaşayış kompleksində "hərbi rejim" "Akkord"un yaşayış kompleksində "hərbi rejim"](/uploads/posts/2021-05/thumbs/1620878877_0001.jpg) Hərbi xidmətdə olanlar bilir, əsgərliyin müxtəlif yazılmamış qanunları var. Məsələn, "hamı 1 nəfərə, 1 nəfər hamıya görə" cəzası. Belə ki, hansısa bölüyün 1 əsgəri qayda-qanuna düzgün əməl etmədisə, onun ucbatından bütün bölük cəzalandırılır. Yaxud 30 nəfərlik bölükdə 29 nəfərin günahı varsa, 30-cu əsgər də cəzadan yaxasını qurtara bilməz.
Lakin bu prinsip təkcə əsgərlər arasında deyil, mülki həyatımızda da tətbiq olunurmuş. Bu fikrə gəlməyimizə səbəb redaksiyamıza ünvanlanan şikayət məktubu və fotolar oldu.
!["Akkord"un yaşayış kompleksində "hərbi rejim" "Akkord"un yaşayış kompleksində "hərbi rejim"](/uploads/posts/2021-05/thumbs/1620878824_01.jpg)
Söhbət Akkord Şirkətlər Qrupu tərəfindən inşa olunan, Xırdalan şəhərində yerləşən məşhur (adı daha çox neqativlərdə hallanan) Abşeron Gənclər Şəhərciyindən (AGŞ) gedir. Şəhərcik sakinlərinin sözlərinə görə, bir müddətdir komendantlıq tərəfindən binaların liftlərinə xüsusi kart sistemi quraşdırılıb. Və səbəb kimi də göstərilib ki, bu, kommunal xidmət haqqını ödəməyənlərə cəzadır.
Yəni kim kommunal xidmət haqqını ödəmirsə, ona lifti işə salan kart verilməyəcək. Liftdən istifadə etmək istəyənlər canları çıxsın, aylıq haqlarını ödəsinlər...
!["Akkord"un yaşayış kompleksində "hərbi rejim" "Akkord"un yaşayış kompleksində "hərbi rejim"](/uploads/posts/2021-05/thumbs/1620878830_02.jpg)
Hələ bu, son deyil. Maraqlı məqamlardan biri odur ki, lift kartları sakinlərə təmənnasız verilmir - bir ədədi 3 manat olmaqla verilir. Ailədə 5 nəfər yaşayırsa - 15 manat. Belə çıxır ki, vaxtlı vaxtında kommunal xidmət haqqı ödəyənlər ikiqat xərcə düşürlər - həm xidmət haqqı, həm kart pulu. Xidmət haqqı ödəməyənlər isə zatən ödəmirlər, kart pulumu ödəyəcəklər?!
Şikayətçilər daha bir məqamı qeyd edirlər. Dediklərinə görə, şəhərcik daxilində mənzillərdə fərdi hazırlıqlar (repetitor hazırlığı) təşkil olunur, uşaqlar bu blokdan çıxıb digərinə yollanırlar: "Belə çıxır ki, balalarımız ciblərində 5-6 lift kartı daşımalıdır? Çünki hər blokun liftinin kartı fərqlidir - biri digərini tanımır".
Növbəti maraqlı və təhlükəli məqam: Biri evdə tək yaşayır, gecənin birində "pristupu" tutur və təcili yardım çağırır. Adam 10-cu mərtəbədən həyətə necə düşsün, lifti həkimin üzünə necə açsın?
!["Akkord"un yaşayış kompleksində "hərbi rejim" "Akkord"un yaşayış kompleksində "hərbi rejim"](/uploads/posts/2021-05/thumbs/1620878881_03.jpg)
Başqa bir nüans. Üzüyola sakinlər əmindirlər ki, xidmət haqqı ödəməyənlər lift kartları üçün pul heç verməyəcəklər. Deməli, liftdən istifadə etməkdə də maraqlı deyillər. Bunda maraqlı olmadıqları üçün də onlardan kimsə liftin içərisinə quraşdırılmış kiçik cihazı vurub sındıracaq. Nəticə nə olacaq? Kommunalını da, kart pulunu da ödəmiş, 70 yaşlı Səlminaz nənə, 75 yaşlı Afiq dayı liftdə qalacaqlar - əllərində də ağır zənbil!
Və qorxulan oldu! AGŞ-də quraşdırılmış "cəza sistemi" öz "bəhrəsini" verməyə başlayıb artıq. Şikayətçilərin dediklərinə görə, liftə quraşdırılmış bəzi cihazlar zay çıxıb və mayın 12-də 2 uşaq, 1 böyük liftdə qalıb. Uşaqlar vahiməyə düşüb, hay-haray salıblar və onların köməyinə bayırdan səslərini eşidən qonşular yetişib, çöl tərəfdən qapıları açaraq, köməksiz vəziyyətdə qalanları çıxarıblar.
Gələk şikayət məktubunun kuliminasiyasına. Bütün bu həngamə o yaşayış komleksində baş verir ki, həftə səkkiz-mən doqquz liftlər xarab olur, günlərlə düzəldən tapılmır, insanlar sər-sərgərdan qalır.
!["Akkord"un yaşayış kompleksində "hərbi rejim" "Akkord"un yaşayış kompleksində "hərbi rejim"](/uploads/posts/2021-05/thumbs/1620878821_04.jpg)
Söhbət o ərazidən gedir ki, blokların işıqlandırılması bərbaddır, gecələr mərtəbələr zülmət içində olur.
Yuxarıdakı cəza sistemi o şəhərcikdə tətbiq olunur ki, ərazi zir-zibil qaynayır, üfunətdən camaat burnunu tutub gəzir.
!["Akkord"un yaşayış kompleksində "hərbi rejim" "Akkord"un yaşayış kompleksində "hərbi rejim"](/uploads/posts/2021-05/thumbs/1620878831_05.jpg)
Sakinlərdən müxtəlif yollarla "xərac" toplayan AGŞ-nin komendantlığı və ya ondan da yuxarı rəhbərliyi şəhərcik ərazisinin abadlaşdırılmasına bir manat da vəsait xərcləmir. Camaat özü pul yığaraq blokları, blokların qarşısını abıra salır.
Sonda şikayət müəllifləri sual edirlər: "Biz dərdimizi kimə və necə çatdıraq?"...
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
|