Azərbaycandakı Fətullah Gülən camaatına aid şirkətlərə total hücum başlanılır – Hansı şirkətlər sıradan çıxacaq - SİYAHI
Tarix: 15-10-2014, 15:37 | Çap et
DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən və Fətullah Gülənə yaxın olan şirkətlərə qarşı yeni təzyiq dalğasına start veriləcəyi haqda xəbərlər yayılırdı. Artıq bu yöndə ilkin hərəkətlənmələr var. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Xəbərdə bildirilir ki, Fətullah Gülən camaatına aid şirkətlərin Azərbaycanda sıxışdırılıb biznes mühitindən çıxarılması üçün konkret fəaliyyət proqramı hazırlanır.
Mənbənin DİA.AZ-a söylədikləri: “Hər halda illər ərzində Azərbaycanda müxtəlif biznes sahələrində təmsil olunan nurçu şirkətlərinə bir günün içində “əlvida” deyilməsi imkansızdır. Ona görə də bu proses tədricən həyata keçiriləcək”.
Mənbə diaaz.space-a eyni zamanda Azərbaycanda fəaliyyət göstərən və nurçularla əlaqəli olduğu iddia edilən şirkətlər və iqtisadi qurumlar barədə də bilgilər verib. Aydın olur ki, onlar ölkəmizdə əsasən iki təşkilatda birləşir. 1. TÜSİAB - Türkiyə Sənayeçi və İş adamları Birliyi Nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekomunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir. Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türklərdir. 2. ATİB - Azərbaycan Türkiyə İş adamları Birliyi 2002-ci ildə Türk İş Adamları Dərnəyi (TİAD) olaraq təsis olunub. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adı dəyişdirilib və ATİB adlandırılıb. Hazırda 100-ə yaxın üzvü var. Əsasən qeyri-neft sektorunda fəaliyyət gösərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. TÜSİAB-da olduğu kimi, burda da çalışanların böyük əksəriyyəti Türkiyədən gəlmədir. ATİB üzvlərinin Azərbaycanda 3 milyarddan artıq sərmayəsi var. İnşaat sektorundakı nurçu şirkətlər hansıdır? “Gülən hərəkatı”na bağlı olduğu iddia edilən biznes şəbəkəsi Bakıda və digər bölgələrdə inşaat sektorunda çox güclü faliyyət göstərirlər. Bunlardan başda gələn “ARAL Group”dur. Bu şirkət 1991-ci ildə Türkiyədə Əhməd Çətin tərəfindən təsis edilib. “ARAL Group” inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir. 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin tikinti sektoruna 400 milyona yaxın sərmayə qoyub. “ARAL Group” şirkətlər qrupuna “Falez MMC”, “İnkom MMC”, Elif MTK”, “Yusuf MTK”, “Esra Plaza”, “Babək MTK” kimi şirkətlər daxildir. “OMİD” inşaat və tikinti materialları şirkəti də bu şəbəkədə önəmli şirkətlərdəndir. FAB boyaları, həmçinin mərkəzi ofisi İzmirdə yerləşən «Cengiz Holdinq»ə aid «Cengiz İnşaat» Azərbaycanda ciddi layihələr həyata keçirir. “Sıpat Beton”, o cümlədən Nəqliyyat Nazirliyinin böyük layihələrində yer alan “Polat Yol Yapı” şirkəti şəbəkəyə aid edilir. Nurçular təhsil sektorunda Nurçuların təhsil sektorunda fəaliyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur, çünki bu barədə media kifayət qədər məlumat verib. Artıq bu sahəyə rəsmən süpürgə çəkildiyindən “Qafqaz” Universitetini qeyd etməklə yetinmək olar Qida sektoru Qida sektorunda da nurçu şəbəkənin ciddi payları var. Paytaxtın ən məşhur və elit restoranı sayılan “MADO” şəbəkəsi də bu setə aid edilir. Əzcaçılıq sektoru Bakının ən məşhur apteklər şəbəkəsi olan “AVİS Apteklər” bu sahədə böyük dövriyyəyə malik qurumdur. Onu da bildirək ki, təxmini hesablamalara görə, ölkəmizdə qeyri-neft sektoruna yatırım qoyan xarici şirkətlər sırasında nurçulara bağlı qurumların payı 10 milyard dollarla ölçülür. DİA.AZ-a verilən məlumatda xüsusilə vurğulanır ki, iqtisadi sahələrə bu qədər nüfuz etmiş nurçuların siyasi vəzifələrdən sürətlə təmizlənməsi Azərbaycanda stabil iqtisadi vəziyyətə mənfi təsir edə bilər. Çünki şəbəkədə 100 mindən artıq işçi çalışır və sıravi işçilərin böyük əksəriyyəti azərbaycanlılardır.
Ona görə də nurçuların iqtisadi imperiyasının siyasi mahiyyətini önləmək üçün addımlar atılır və prosesin tədrici yolla həyata keçirilməsi planlaşdırılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
|