“ZEYNƏB XANLAROVA MƏNƏ DEDİ Kİ”...
Tarix: 17-08-2012, 13:02 | Çap et
“XEYİR-DUAMI VERİRƏM SƏNƏ, SƏNƏTİNLƏ MƏŞĞUL OL”
Müğənnilik sənəti birbaşa qəlblərə xitab edir, ruhu oxşayır. Ancaq qəribədir ki, bu sənətin sahiblərinin sevib-sevilməsi və ya ailəli olması cəmiyyətdə birmənalı qarşılanmır. Şübhəsiz, bu, sənətdən uzaq olan bəzi müğənnilərin formalaşdırdığı stereotipdir. Həqiqi sənətkar isə ailə ilə sənətin harmoniyasından uğur qazanır.
Bu dəfə şəlalə kənarında əməkdar artist, xanəndə Bəsti Sevdiyeva ilə görüşürsünüz.
- Özünüz haqqında məlumat verərdiniz?
- 1958-ci ildə aprelin 28-də anadan olmuşam. Əslim Şamaxıdandır. Ailədə yeddi bacı olmuşuq. İncəsənəti məhz mən seçmişəm. İncəsənət Universitetinin Musiqili Komediya fakültəsini bitirmişəm. Hazırda orda dərs deyirəm. çoxlu tələbələrim var. Otuz altı ildir professional sənətdəyəm. Ailəliyəm, bir oğlum, bir qızım var. Əməkdar artistəm, həm də hacı xanımam.
- Necə oldu ki, müğənnilik sənətini seçdiniz?
- Tanıyanlar bilir ki, bizim ailədə milli-əxlaqi dəyərlərə çox üstünlük verilir. Bu, babadan-nənədən keçib. Çox tərbiyəli, namuslu ailədə söz açmışam. Böyük-kiçik yeri bizim ailədə həmişə bilinib. Yeddi bacı olmuşuq, bizim evdə oğlan olmayıb, məni ərköyün böyüdüblər. Rəhmətlik atam məni özfəaliyyət dərnəklərinə aparardı. 1973-cü ildə ilk dəfə bir mahnı ifa elədim. İkinci dəfə, 1975-ci ildə “Qatar” muğamını ifa etdim, “Oxu tar” müsabiqəsinin qalibi oldum. O vaxt münsiflər Əfrasiyət Bədəlbəyli, Cahangir Cahangirov, Şövkət Ələkbərova, Qulu Əsgərov, İslam Rzayev olub. Allah hamısına rəhmət eləsin. Beş münsif qarşısında “Qatar” muğamını oxumaq, bu bilirsən də nədir? Allahımdan çox razıyam ki, bu səsi mənə verdi və beləliklə, bu sənətdə böyük bir uğur əldə etdim.
- Uşaqlığınızı necə xatırlayırsınız?
- Çox dəcəl olmuşam, hamı idman dərsində voleybol oynayırdı, mən isə futbol oynayırdım. Həmişə də məktəbin şüşələrini qırırdım, hər dəfə də valideynlərimi çağırırdılar.
- Ötən illər sizə nə öyrətdi?
- İnsanları tanıdım, doğrunu-pisi seçməyi bildim. Mənim iki övladım var, amma elə bilirəm ki, üç övladım var. Çünki sənətimi çox sevirəm. Nəfəs alıram sənətimlə. Özüm hacı xanımam, hamı ilə münasibətim yaxşıdır. Allaha yaxın insanam, heç kimə də pislik arzu etmirəm, hamıya da hörmətim var.
- Sizcə, xoşbəxt olmağı bacarmaq lazımdır?
- Xoşbəxtlik özü gəlib tapır. Bir də görürsən ki, elə bir işin dalınca gedirsən, o alınmır. Bir də görürsən, özü gəlib tapır.
- Bəs qadına xoşbəxt olmaq üçün nə lazımdır?
- Birinci növbədə ailə lazımdır. Amma elə ailələr var ki, xoşbəxt deyil. Allahımdan çox razıyam, gözəl balalarım var. İkisi də ali savadlıdır. Yoldaşımdan da çox razıyam, onsuz bir günüm olmasın. Qızım Xarici Dillər Universitetinin İngilis dili fakültəsini bitirib, magistraturaya daxil olub. İnşAllah, Kiprdə iki il təhsilini davam etdirəcək. Oğlum da dövlət orqanında çalışır. Allahımdan özümə və əzizlərimə ancaq cansağlığı arzu edirəm.
- Həyatda səhviniz çoxmu olub?
- Çox saf insanam. Olub ki, ailəliklə kiminləsə dost münasibəti qurmuşam, yaxından tanıyandan sonra demişəm ki, gərək bu insana salam verməzdim. Bir-iki dəfə səhvim olub, sonra fikirləşmişəm ki, heç bu insan mənim salamıma layiq deyilmiş. Gərək evinə getməzdim, evimə gəlməzdi. Həyatdır.
- Bir qadın olaraq həyatdan nə istəyirsiniz?
- Şükür, normal ailəm var. Heç kimin qarşısında başıaşağı deyiləm, utanmıram, sənətim də göz qabağındadır. Ailəm mənim dayağımdır. Həmişə də yoldaşım bütün işlərimdə mənə kömək olur. Biz çox mehriban ailə olmuşuq. Qayınanam, qayınatam, atam, anam – hamısı mənə dəstək olublar. Həm sənətim, həm ailəm olub. Bundan böyük xoşbəxtçilik varmı? Həyat yoldaşım həm qardaşımdır, həm dostumdur. Ailəm nazımla çox oynayır.
- Sevib ailə qurmusunuz? Necə oldu ki, Oqtay müəllimlə tanış oldunuz?
- Sevib ailə qurmuşuq. İyirmi altı ildir ailəliyəm. Allah bizi bir dəqiqə Oqtaysız eləməsin. O, olmasa mən neyləyərəm? Oqtay Qaradağ Mədəniyyət evində müdir idi. Məni də ora göndərdilər. İlk dəfə Oqtay məni görəndən sonra dedi ki, bizim gənc kadra ehtiyacımız yoxdur. Götürmədi məni işə. Sonra atam qarışdı bu işə, məni götürdü. Qismət elə gətirdi ki, ailə qurduq. İndiyəcən də xoşbəxtik.
- Sevgisini incəsənətə qurban verənlərə münasibətiniz necədir?
- Başqalarının işinə qarışa bilmərəm. Şəxsən mən yüz il də sənətdə olsam, ailəmin bir telini sənətə qurban vermərəm. Əgər həyat yoldaşım razı olmasa, mən heç vaxt bu sənətdə olmaram. Mən sənətimi övladım qədər sevsəm də, birinci növbədə ailəmi seçərəm.
- Sizcə, sənət adamı ilə ailə həyatı qurmaq səbir tələb edir?
- Həqiqi mənada çox çətindir. Gərək ər-arvad o sahədə ola ki, bir-birini başa düşə bilsin. Uşaqlarımız körpə olub, olub ki, konsertə getməli olmuşam, tələsmişəm. Evdə hamı mənə dəstək olub ki, həyəcanlanmayım, səs tellərimə ziyan olmasın.
- Kişilər ağıllı qadından niyə yan gəzir?
- (Gülür) Ağıllı qadınlar çoxbilmiş olur. Kişi elə qadın istəyir ki, ondan az bilsin.
- Arzular tükənməzdir, bu gün sizin üçün ən vacib olan istək nədir?
- Balalarım xoşbəxt olsunlar. Sənətdə də görəcəyim işlər çoxdur. Artıq övladlarım böyüyüb, toylarını görmək istəyirəm. Qadınlar arasında ilk dəfə “Rast” muğamını, “Humayı” oxuyan mən olmuşam. Bundan xoşbəxtçilik nə ola bilər mənim üçün?
- Xanəndəlikdən başqa qazanc yeriniz varmı?
- Hərdən toylara gedirəm, heç vaxt da qiymət demirəm. İncəsənət Universitetində dərs deyirəm. Allah yoldaşımın canını sağ eləsin.
- Xanəndə olmasaydınız, hansı sənəti seçərdiniz?
- İnanın, yenə bu sənəti seçərdim.
- Özünüzə qarşı qibtə hiss etmisinizmi?
- Hiss eləyəndə oturtmuşam yerinə, özü də necə lazımdır. Sənət baxımından paxıllığımı çəkiblər. Mənim fikrimcə, hərə sənətdə öz çəkisini, yerini bilməlidir, Bəstinin çəkisi böyükdür. Bu söz hamıya aiddir. Paxıllıq çəkənlərə yazığım gəlir. Məsələn, əgər mən görürəmsə, Şəlalə gözəldir, mən ona necə çirkin deyə bilərəm? Əgər çirkin deyə bilərəmsə, demək, paxıllıqdan irəli gəlir də. Təbiətin də vurğunuyam. Ona görə paxıllıq çəkənlər özlərinə pislik edirlər. Elə insanların hissiyyatı yoxdur.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- İnşAllah, payızda solo-konsertim olacaq. Bir yerə də konsertlə bağlı dəvət almışam. Birinci sizə deyəcəm. Oktyabrın 18-də olmalıdır. Bir maşın diskim var, sadəcə, məndə vaxt yoxdur ki, onları yazdırım, disk çıxartdırım. Çalışacağam ki, məni sevənlərə yeni-yeni muğamlar, xalq mahnıları ərməğan edim.
- Bəsti Sevdiyevanın qalmaqalla arası necədir?
- Çox pis. Qalmaqalla sənətə, gündəmə gəlmək, tanınmaq olmaz. Məni də istəyiblər qalmaqala salsınlar. Həmin adamları otuzdurmuşam yerinə. Mən sənətkaram, ailəm var, yaraşmaz axı. Durum qalmaqalla özümü biabır edim? Sənət göstərmək lazımdır, qalmaqal yox.
- Səhnə mədəniyyətində nəyə üstünlük verirsiniz?
- Gərək insanın özünü aparmaq qabiliyyəti olsun. Sizə bir hadisə danışacağam: 1988-ci il idi. Bir gün rəhmətlik Lütfəli İmanov mənə dedi ki, qastrola gedirəm, səni də özümlə aparacağam, get xalq mahnılarını öyrən. Mən sevimli tələbəsi idim Lütfəli müəllimin. Oğlu da bizim ansamblda idi. İndi qastrola getmişik, səhnənin arxasında gözləyirəm ki, aparıcı sözünü bitirsin, çıxıb birinci mahnını mən ifa edim. Məndən sonra Lütfəli müəllim iki saat konsertdə ifa etməli idi. Gördüm aparıcı çox danışır, yoruldum, gedib oturdum stolda. Bir də gördüm ki, Lütfəli müəllim mənə deyir: “burda niyə oturmusan?” Necə qışqırdısa, tez yerimdən durub, dedim ki, aparıcı danışır deyə gəlib oturdum. Mən alışmamışam ki, kimsə üstümə qışqırsın, qəhərləndim. Mənə dedi ki, sənin səhnə paltarın əzilə bilər, tamaşaçıya hörmətsizlik olar. O, bu, qulağımda sırğa elədim, heç vaxt oturmuram ki, paltarıma qırış düşər.
- Sənətdə ilk xeyir-duanı kimdən almısınız?
- Allah ömür versin, ilk xeyir-duanı Zeynəb Xanlarovadan almışam. O mənə dedi ki, xeyir-duamı verirəm sənə, sənətinlə məşğul, başını aşağı sal, kim nə deyir desin, fikir vermə, yalnız sənətində uğurlarınla qabağa get. Zeynəb Xanlarova müstəqil qəzetlərin birində mənim sənətim haqqımda böyük bir müsahibə verib. Allah ona can sağlığı versin. Mən onun sənətinin də, özünün də vurğunuyam.
- Hansı müğənnilərin mahnılarını dinləyirsiniz?
- İnanın, kimin səsi xoşuma gəlirsə, qulaq asıram. Mahnıya bir dəfədən artıq qulaq asmıram. Xarici musiqiləri də çox sevirəm.
- Muğamı sintez edib kiminləsə duet oxuyardınız?
- Duet təklifləri olub, mən oxumamışam. Muğam çətindir, hər insan onun yükündən çıxa bilməz. Mənim səs tembrim kişi tembri kimidir. Ona görə də kişi ilə duet oxuya bilmərəm. Amma olub ki, qastrollarda kollektivlə “Qarabağ şikəstəsi”ni ifa etmişik.
- Boş vaxtlarınızda əsas məşğuliyyətiniz nədir?
- Uşaqlarımla üzgüçülüyə gedirəm, mahnılara qulaq asıram.
- Qısqanc insansınız?
- İkimiz də normalda qısqanırıq bir-birimizi.
- Bəs nəzərə-nəfsə inanırsınız?
- Gözə-nəzərə, nəfsə çox inanıram. Öz gözlərimin şahidi olmuşam. Hər dəfə də üzərlik yandırıram.
- Qocalıqdan qorxmursunuz ki?
- Allah mənə qismət etsin qocalığı. Qocalığın öz gözəlliyi var.
- Yuxulara necə, inanırsınız?
- Yuxuda nə görürəmsə, çin çıxır. Elə olur ki. yuxuda görürəm, səhər gördüyüm olur, ürəyimə daman olur.
- Özündənrazı adamsınız?
- Xarakterimdən irəli gəlir. Zarafat edib, gülməyi də xoşlayıram. Bu sözü çox eşitmişəm ki, deyirlər, özündənrazıdır. Amma ürəyim mülayimdir. Məni yaxından görüb, tanıyandan sonra deyirlər ki, heç elə insan deyiləm, simaca hökmlü görsənirəm.
- Şəlalə nə deməkdir sizin üçün?
- Qəbələyə getdim, “Yeddi gözəl” şəlaləsini gördüm. İnsan baxdıqca doymur. İsmayıllı da çox gözəl yerdir. Sənin də adın gözəl addır, çox sevirəm Şəlalə adını.
- Hazırda sənət aləmində kiminlə dostluq edirsiniz?
- Hazırda hamı ilə münasibətim yaxşıdır. Səkinə İsmayılova ilə çox yaxınam, çünki ikimiz də hacı xanımıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
|