![Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası](/uploads/posts/2016-05/thumbs/1464669727_0001.jpg)
Son vaxtlar ayrı-ayrı məmurların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı məlumatlar intensiv xarakter alıb. Artıq bu sırada regional məmurlar da “seçilməyə” ba.layıb. Bu dəfə cumhuriyyet.az-ın elektron poçtuna Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin oğlanları və bu ailəyə məxsus bahalı avtomobillərin fotosu göndərilib.
Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə icra başçısının müavini A.Allahverdiyevin adı 2011-ci ildə rayonda çəkilən yolla bağlı korrupsiyada, Qəbələ RLS-in hərbi şəhərciyindəki evlərin satışında hallanıb. Eyni zamanda cumhuriyyet.az-ın elektron poçtuna icra başçısının müavininin rayonda olan “Sahil” adlı böyük restoranından da yazıblar. Onların dediyinə görə, Arif Allahverdiyevin qardaşının işlətdiyi bu restorandakı qiymətlər “Yeddi ulduz”lu otellərdəki qiymətlərlə müqayisə oluna bilər:” Burada bir çaynik çayın qiyməti on manatdır. Başqa xidmətlərə isə heç yaxın düşmək də mümkün deyil. Ümumiyyətlə isə belə nəhəng bir objektdən heç vergi də alınmır.”
![Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası](/uploads/posts/2016-05/1464669715_991.png)
![Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası](/uploads/posts/2016-05/1464669730_992.png)
![Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası](/uploads/posts/2016-05/1464669704_993.png)
![Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası](/uploads/posts/2016-05/1464669734_994.png)
![Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası](/uploads/posts/2016-05/1464669742_995.png)