Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb .....                     London Kiyevə yeni hərbi yardım paketi ayırır .....                     “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı .....                     "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" .....                     Tramp-Putin razılaşması Bakıdan necə görünür .....                     Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar .....                     Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir .....                     Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? .....                     Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... .....                     Zelenski Trampla danışıqlarını açıqladı: .....                     “Kiyevdə dəhşət, Moskvada sevinc” .....                     Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                 

Məcburi köçkünlərin haqqını yeyənlər: - Hüseyn Əliyevdən Pənah Əliyevə qədər…
Tarix: 7-06-2016, 08:05 | Çap et
Məcburi köçkünlərin haqqını yeyənlər:
Mayın 31-də Qafqaznews.az saytında “Ağdam RİH-də tragikomediya: “Rüşvət cinayətdir, amma səs yazısını yaymayın” – AUDİO” başlıqlı yazı dərc olunmuş və məcburi köçkündən rüşvət tələb edən məmurun səs yazısı yayımlanmışdı. Xatırlatma üçün bildirək ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə Ağdamın Əhmədavar kənd sakini Şəndə İsmayılova müraciət etmişdi. Xocalı şəhərinə yaxınlıqda yerləşən Əhmədavar kəndi Xıdırlı kənd icra nümayəndəliyinə tabedir. 1992-ci ildən məcburi köçkün olan İsmayılovlar ailəsi 2012-ci ilin fevralından müavinətə həsrət qalıb və dəfələrlə kənd icra nümayəndəsi Hüseyn Əliyevə müraciət etsələr də, bank kartlarını yeniləyə bilməyiblər – çünki onlardan adambaşına 100 manat rüşvət istənilib. Hətta, Ş.İsmayılovanın sözlərinə görə, 2010-cu ilin oktyabr ayında hərbi xidmətdən qayıdan oğlu Anar İsmayılov məhz rüşvət vermədiyinə görə müavinət siyahısına salınmayıb.

“Gəlinim anasıgilin kəndində qeydiyyatdadır, qızım isə bizim qeydiyyatdan çıxıb, hazırda 3 nəfərik. Mayın 27-də yoldaşım, mən və oğlum üçün müavinət kartını bərpa etmək istədim, Hüseyn Əliyev mənə dedi ki, 300 manat verməliyəm”, – deyə Ş.İsmayılova qeyd edib. Biz səs yazısını diqqətlə dinlədik. Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyev həqiqətən də vətəndaşa bildirir ki, yemək xərci müavinətini bərpa etmək üçün 300 manat lazımdır və bu puldan “başqalarına da çatacaq”.

Həmçinin, H.Əliyev möcburi köçkünə “artıq siyahıdan çıxdığını” deyir. H.Əliyev bizə zəng edib rüşvət istədiyini təkzib etdi, hətta iki oğlunun canına and içdi ki, bir qəpik də Şəndə xanımdan rüşvət istəməyib.

Biz Ağdam RİH-lə də əlaqə saxladıq, lakin onlar da Hüseyn Əliyevi tərifləməkdən və “bəlkə sənədləri düz deyil” deyərək, dolayısıyla rüşvətə haqq qazandırmaqdan başqa bir şey bacarmadılar. Deyə bilmərik, bu rüşvət ierarxiyasında Ağdam RİH başçısı Raqub Məmmədov və ya başqa məmurlar hansı rolları icra edirlər… Lakin onu deyə bilərik ki, Şəndə İsmayılovanın haqqı bərpa olunana və bu illər ərzində ona verilməli olan məbləğin hamısı qaytarılana qədər, Qafqaz Xəbər Agentliyi şikayətçinin yanında olacaq. Əslində, kənd icra nümayəndəsi bu məsələdə çox kiçik fiqurdur. Və kim bilir, haqqı tapdanılan və müavinəti mənimsənilən çox sayda məcburi köçkün var… Bəlkə də, Hüseyn Əliyevin “başqalarına da verməliyəm” deyərkən nəzərdə tutduğu şəxslər arasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin də yüksək vəzifəli məmurları var?

Oxuculara xatırladaq ki, 2015-ci ildə Qafqaznews.az saytında “Qaçqınkom”un yüksək vəzifəli məmurlarından biri haqqında silsilə yazılar dərc olunmuşdu. Yazılarda Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən bəhs olunmuşdu. Qafqaznews.az saytı apardığı araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə etmiş, ictimailəşdirmişdi. Pənah Əliyevin oğlu Tural Əliyev haqqında yazmışdıq ki, Qaradağ rayonunda hüquq- mühafizə orqanında xidmət edən və ayda 400 manat əmək haqqı alan bu şəxs işə 235 min manat dəyəri olan “Range Rover”lə gedir.

Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi “Audi” markalı avtomobilini sataraq Range Rover Cip-i almaq üçün bankdan öz adına kredit götürüb. Sual olunur ki, 900 seriyalı bu bahalı avtomobilin aylıq kreditini 400 manat maaşla Tural Əliyev necə ödəyir..? “Pənah Əliyev heç bir yerdə işləməyən və hərbi xidmətə hazırlaşan kürəkəninə Nərimanov rayonu ərazisində ipoteka ilə ev alıb. Görəsən heç yerdə işləməyən kürəkən bu ipotekanı necə ödəyir..? Əlbəttə, oğlunun da, kürəkəninin də aylıq ödənişlərini cənab Pənah Əliyev ödəyir, özü də “Qaçqınkom”dan gələn pulların hesabına.

Digər tərəfdən Pənah Əliyev paytaxtda böyük əmlak sahibidir. 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental”klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, “Qızıltac” restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, “Vorovski”dəki villası böyük bir siyahının kiçik hissəsidir. Pənah Əliyev yaxın dairəsi ilə söhbətdə fərəhlə danışır ki, oğlumu oxutdurub işə düzəltmək, evli- eşikli etmək, maşınlı-avtolu etmək… bir milyondan yuxarı başa gəlib. Görəsən bu qədər pul “Qaçqınkom”un departament rəhbərində hardandır?”, – deyə məqalədə bildirilirdi.

Həmçinin, Pənah Əliyevin 20 min manata aldığı bahalı at barədə də məlumat vermişdik: “Redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli olub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar”.

Eyni zamanda, Qafqaznews.az-a məlumat verən mənbə bildirmişdi ki, Pənah Əliyev məcburi köçkünlər üçün ayrılan dövlət vəsaitindən mənimsədiyi puldan bir dostuna 300 min manat verib, həmin dostu isə “pul sənin deyil ki, dövlətindir” deyərək, qaytarmaqdan boyun qaçırıb. Pənah Əliyev özü haqqında məlumatların mətbuata sızdırılmasında həmin dostundan şübhələnmişdi. Lakin qeyd edək ki, Qafqaznews.az öz araşdırmalarını Pənah Əliyevin sabiq dost və şəriklərinin yox, məhz haqqını yediyi məcburi köçkünlərin şikayətləri əsasında aparıb.

Xatırladaq ki, bu yazılardan sonra baş nazirin müavini, komitə sədri Əli Həsənovun qəzəblənməsi və departament rəhbərini sərt tənbeh edərək, sonra da vəzifədən azad etməsi barədə də yazmışdıq. Maraqlıdır, Pənah Əliyevlə bağlı bu qədər qalmaqallı faktlar olmasına baxmayaraq, onu cinayət məsuliyyətinə cəlb etmədilər. Sadəcə, tutduğu vəzifədən azad edildi… Görəsən, Pənah Əliyev istintaq və məhkəmə qarşısına çıxsaydı, daha kimlərin “yeyinti”lərini ifşa edəcəkdi? Pənah Əliyev bu gün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində işləmir, hətta “görüntü” xatirinə bahalı maşınları da satıb. Lakin əldə etdiyimiz məlumatlara görə, o, yenə də əvvəlki kimi zəngin həyat sürür və sabiq komitə yoldaşları ilə də vaxtaşırı görüşür, yeyib-içir… Hətta keçən il dərc etdiyimiz yazılardan birində bildirmişdik ki, bu qalmaqaldan sonra, Əli Həsənovdan qisas almaq üçün onun nəvələri ilə bağlı materialların da mətbuata sızdırılmasında Pənah Əliyevin “barmağı” olduğunu öyrənmişik. Bəlkə, Hüseyn Əliyevin dediyi kimi, Pənah Əliyev də mənimsədiyi vəsaiti “kimlərləsə bölüşürdü” deyə, cinayət məsuliyyətinə cəlb olunmadı və indi rahat-arxayın öz biznesinin başındadır? Yoxsa, komitədə Əli Həsənovun zəifliyindən, ya da yaşlanmasından sui-istifadə edənlər var?

Yəqin ki, cənab baş nazir müavini Əli Həsənovun komitədə hər şeyə nəzarət etmək imkanları məhduddur. Ətrafındakı müavin və şöbə müdirləri ondan Pənah Əliyevin üzərinə çox getməməyi xahiş ediblərsə, deyə bilərik ki, korrupsiya kabusu hələ də bu komitənin dəhlizlərində dolaşmaqdadır. Ümid edirik, bu yazımızdan sonra cənab baş nazir müavini şəxsən vəziyyəti nəzarətə götürəcək və istər Şəndə İsmayılovanın, istərsə də digər məcburi köçkünlərin haqqını mənimsəyən məmurları sərt cəzalandıracaq.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Dünən, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru